Məktəb direktorundan şəhid xanımına:  - "O, hamıya şər atır" - VİDEO
Şəhidlər müqəddəsdir, onlar bizim and yerimizdir. Onların əmanətlərinə sahib çıxmaq, adlarını uca tutmaq müqəddəs borcumuzdur.

DogruXeber.az: - Biz bu sözlərlə, bu tövsiyələrlə böyüdük. 11 il orta məktəbdə bizə bu öyrədildi. Eləcə də illərdir ki, məktəblərdə müəllimlər tərəfindən bütün hər kəsə birinci növbədə bunlar aşılanır. Müəllim adının müəssisəliyi həm də insanlara lap kiçik yaşlarından müqəddəs dəyərlərimizi hər kəsə tanıtmasında, sevdirməsindədir.

Amma, nə yazıq ki, bəzən nəfs və şəxsi maraqlar o, qədər gücü müqəddəs dəyərlərimizi müəllimin özünə belə unutdura bilir.
Yox, təbii ki, bunu bütün müəllimlərə şamil etmirik, amma təəssüf ki, belə istisnalar da az deyil.

Birinci növbədə ordan başlayaq ki, illərdir məktəblərdə dəyişdirilməsi mümkün olmayan "qaydalar"dan biri şagirdlərdən müxtəlif bəhanələrlə pul yığılmasıdır. Bu qanunlara zidd olunsa da müəyyən tədbirlərdə, müxtəlif bayramlarda hələ də "mental dəyər" kimi davam etdirilir, baxmayaraq ki, mental dəyərlərimizin əksəriyyəti artıq sıradan çıxarılıb, unudulub.

Bir neçə il əvvəl məktəbli forması qaydasının məktəblərdə yenidən tətbiq olunması barəsində müzakirələrə başlanıldıqda, bütün valideynlər həm başları ilə, həm dilləri ilə bunu razılıq edərək, televiziya ekranları qarşısında oturub, az qala bu barədə danışan ekspertlərlə dialoq qururdular: "Ay sağol, Allah atana rəhmət eləsin, sovetin vaxtında eləydi, heyf deyil o, günlər? varlının-kasıbın balası seçilmirdi" kimi cümlələrlə bu qaydanın yenidən tətbiq olunması üçün ikiəlli razılıq edirdilər.

Amma, təəssüflər olsun ki, bu qayda heç də gözlənildiyi, yaxud sovetlər dönəmində olduğu kimi sərfəli olmadı. Məktəbli formalarına elə qiymət qoyuldu ki, ala bilməyən xalqın öz dili ilə desək, kasıb balaları ümumiyyətlə məktəbə gedə bilmədi. Çünki, olanını geyinib getmək ixtiyarı yox idi, məktəbli forması da baha. Üstəlik də yalnız məktəb direktorunun tövsiyyə etdiyi ünvandan alınmalı idi.

Əlqərəz...

Güya bütün bunları nəzərə alan hazırkı Elm və Təhsil naziri Emin Əmrullayev çıxışlarından birində imkansız ailələrin övladlarının onların tərəfindən məktəbli forması ilə təmin olunacağını deyib. Bu xəbərə sevinən İmişli rayon sakini, şəhid xanımı Adilə Babaşova üz tutub nəvələrinin təhsil aldığı İmişli şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbinə. Məktəbin direktoru Fami Fərəcov bildirib ki, "bizdən siyahı istədilər 50 uşaq adının siyahısını verdik, amma cəmi 4 dəst geyim veriblər, onun ikisini sənin nəvələrinə verəcəm." Lakin, bir neçə gün sonra verdiyi sözü danan direktor Famil müəllim xanıma aqressiv cavab verib ki, "paltar yoxdur, mən sənə söz verməmişəm".



Uzun sözün qısası, xanımın sözlərinə görə Famil müəllimin onun üstünə qışqırmasından sonra, utanıb, daha bir də geyim üçün getməyib.

Amma, bu məktəbin problemi bununla bitmir ki...

Xanımın sözlərinə görə bir neçə ailə övladını 2 nömrəli məktəbdən çıxarıb, başqa məktəbə keçiriblər ki, direktor şagirdlərin yanında nalayiq ifadələr işlədir. Xanım bunu Famil Fərəcova dedikdə, hər kəlməsində 34 ildir direktor olduğu ilə öyünən Famil müəllim rişxəndlə "5-i gedir, yerinə 50-si gəlir" deyə cavab verib.

Şəhid xanımı redaksiyamıza təkrar müraciət edərək, noyabr ayının 7-də məktəbdə keçiriləcək tədbir üçün yenə də hər şagirddən 1 manatdan pul yığılması, həmçinin şagirdlərdən həmin gün ağ köynək və ağ şalvar geyinmələri, həmçinin ağ köynəklərin arxasında şəhid şəkillərinin vurulması tələb olunur ki, təbii olaraq, bunun üçün də valideynlərdən xərc tələb olunur.

"DogruXeber.az" informasiya agentliyinin rəhbəri, eyni zamanda agentliyin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramının aparıcısı Kamal Əsgərov elə canlı efirdə məktəbin direktoru Famil Fərəcova zəng edib, xanımın narazılıqları barəsində mövqeyini və tez-tez şagirdlərdən pul yığılması barəsində hər hansı bir açıqlamasının olmasını soruşdu.

Verilən suallara ötəri cavab verib, geyim üçün məsuliyyəti nazirliyin üzərinə yönəldirən Famil Fərəcov tələm-tələsik keçid aldı şəhid xanımı barəsində fikirlər bildirməyə.

Deyir, "O, qadın yalan danışır, şər-böhtan danışır, o, hamıya şər atır. Hələ onun barəsində başqa şeylər də bilirəm, özüm demirəm".

Tarixini, milli dəyərlərimizi, gələcəyimizi yaşadacaq olan uşaqlara bütün bunları təbliğ etməli, öyrətməli olan məktəb direktorunun Şəhid xanımı barəsində onun işlətdiyi bu ifadə izləyicilərimiz də təsdiq edər ki, birmənalı səslənmir və şəhidin yadigarı olan, atasız iki igid böyüdən qeyrətli Azərbaycan xanımı barəsində uyğunsuz fikir formalaşdırır.

Məktəb direktorunun bu cavabını efirdən izləyən xanım redaksiyamız ilə telefon əlaqə saxlayaraq, Famil Fərəcovun onun barəsindəki layiqsiz ifadəyə görə əsəbləşdiyi və səhhətində problem yarandığını bildirib.



Atalar burda deyib, "doğru deyəni 7 eldən qovublar". Tez-tez müxtəlif bəhanələrlə məktəbdə şagirdlərdən pul yığıldığını və bunu hər dəfə vermək imkanı olmadığını deyən şəxs, özü də şəhid xanımı ağzını açdı, narazılığını bildirdi, əvəzində isə məktəbin direktoru tərəfindən qanını qaraldacaq, cəmiyyət arasında adına uyğunsuz fikir yaradacaq ifadələr eşitdi.

Qeyd edək ki, bu barədə redaksiyamız tərəfindən aidiyyatı üzrə Elm və Təhsil Nazirliyinə göndərilməsi üçün sorğu hazırlanır.

Mövzuya təkrar qayıdacağıq!

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Jalə Asiman

Bölmənin digər xəbərləri

26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…

Dünyapress TV

Xəbər lenti