“Respublikanski”də nə baş verir:
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından (“Respublikanski xəstəxana” adı ilə daha çox tanınan bu səhiyyə ocağı) şikayət var.

Bu barədə xəstəxanadakı tibb işçiləri AzToday.az-a danışıblar.

Onlar bildiriblər ki, Respublika Klinik Xəstəxanası Səhiyyə Nazirliyindən alınıb TƏBİB-ə verildikdən bir müddət sonra Elviz Qasımov bu təşkilata rəhbər gətilildi və problemlər bir az da artdı.

“1962-ci ildən akademik Əziz Əliyev adını daşıyan Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu (ADHTİ) və akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanası ( RKX) lap əvvəldən Səhiyyə Nazirliyi nəzdində bir ərazidə fəaliyyət göstərib. Tibbin bütün müalicə sahələri (profilləri) üzrə kafedraları olan ADHTİ öz praktiki fəaliyyətini uyğun olaraq ölkənin çoxprofilli və ən böyük maddi-texniki bazası olan Respublika Klinik Xəstəxanası bazasında həyata keçirir.

ADHTİ-nin çoxsaylı əsas funksiyalarından sadəcə ikisi üzərində dayanmaq istərdik:

1) Aktiv fəaliyyət göstərən həkimlər üçün təkmilləşdirmə və ixtisasartırma kursları;
2) Universiteti bitirib ümumi tibbi biliklərə yiyələnmiş praktiki təcrübəsi olmayan gənc həkimlərin rezidentura şöbəsinə qəbul olunması və özləri seçdiyi profil üzrə ixtisaslaşmış həkim kimi yetişdirilməsi.

Əvvəla, həkim kimi yalnız vərdiş etdiyi gündəlik rutin müalicə metodlarından istifadə edərək deyil, tibbin inkişafını izləmək, yeni müalicə metodlarını mənimsəyə bilmək üçün ADHTİ-nin təşkil etdiyi yerli kurslar və iştirak etdiyi beynəlxalq konfranslarda həkimlərin yeni tibbi texnologiyalar, yeni müalicə metodları, yeni dərmanlar və s. tanışlığı təmin olunur. Bu, aktiv fəaliyyət göstərən həkimlərin zamanla ayaqlaşmasına, müntəzəm təkmilləşməsinə və ixtisaslaşmasına xidmət edir.
İkincisi, universitetdə ümumi təhsil alıb gəlmiş gənc həkim ADHTİ nin rezidentura şöbəsinə qəbul olur. Bu gənc həkim seçdiyi ixtisasa uyğun olaraq ADHTİ adından RKX-da praktiki fəaliyyət göstərən bir kafedra müəlliminə (müəllim-həkim) təhkim olunur. Seçdiyi ixtisasdan asılı olaraq o, 3-5 il ərzində təcrübəli həkim-müəllim yanında bütün müalicə və tədris proseslərində iştirak edrək təkmilləşir, ixtisasaslaşır və yeni mütəxəssis kimi yetişir”, – deyə onlar qeyd ediblər.

“Respublika Klinik Xəstəxanası Səhiyyə Nazirliyindən alınıb TƏBİB-ə verildikdən bir müddət sonra Elvis Qasımov bu təşkilata rəhbər gətirilir. O gəldiyi gündən hər ikisi dövlət müəssisəsi olan ADHTİ və RKX arasında illər əvvəl bağlanmış birgə fəaliyyət müqaviləsini yoxmuş kimi sayır. Kafedra işçilərini RKX bazasında yerləşən həkim otaqlarından kobudca qovmağa və həmin otaqlara həkimlər arasında gizli qeyri-qanuni videoçəkilişlər aparan, gizli səsyazılırı edən aparan və həkim kollektivi arasında idarəolunan intriqalar yaradan savadsız, təcrübəsiz cavan qızlar otuzdurulur. ADHTİ rektoru Nazim Qasımov isə Elviz Qasımova qarşı dirəniş göstərmir. Elviz öz ambisiyaları arxasında, Nazim isə öz kreslosunun hayındadır. Nəticədə nə baş verir:

1) 15-20 il ərzində gərgin iş şəraitində işləyərək praktiki təcrübə qazanmış reanimatoloq, kardioloq, mama-ginekoloq və s kimi həkimlər üzgün və pərişan halda RKX-nın dəhlizlərində nə edəcəklərini bilmirlər.

2) Əslən Qərbi Azərbaycandan olan TƏBİB-in nümayəndəsi direktor Elviz Qasımov əslən Qaxdan olan Səhiyyə Nazirliyi nümayəndəsi rektor Nazim Qasımovu ciddiyə almır. Çünki Elvizs Qasımov gözqorxutmaq üçünmü, yaxud lovğalanmaq üçünmü özü yaydığı yalan məlumata görə, guya “Mərkəzi Klinik Xəstəxanası”ında sıravi həkim işlədiyi vaxtdan ölkə rəhbərliyində çalışan şəxslərin travmotolq-həkimi olub, ona görə də onu əvvəlcə “Elmi Tədqiqat Ortopedik və Travmotologiya” İnstitutuna, ordan da indiki “Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxs”ə direktor təyin ediblər. Hərçənd Elviz Qasımov RKX-ya gəldikdən sonra idarəçilikdə baş verən səriştəsizlik göz önündədir”, – deyə narazı tibb işçiləri bildiriblər.

Onların sözlərinə görə, Elviz Qasımov safedra həkimlərini bir-bir çağırıb: “Sizə ehtiyacımız yoxdur, ərizənizi yazın!” – deyir.

Şikayətçilər Elviz Qasımovu bu vəzifəyə təyin edən aidiyyəti qurum rəhbərliyinə suallar da ünvanlayıblar:

“1) Əgər Elviz Qasımovun təcrübəli həkimə ehtiyacı yoxdursa, bəs işdən çıxarılmış işçilərin yerinə nə üçün yeni və məhz təcrübəsiz işçilər qəbul edilir?

2) Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tibbi-texniki bazası olmadıqda orada işləyən kafedra həkimlərinin aqibəti necə olacaq və universiteti ümumi tibbi biliklərlə bitirmiş gənc həkimlər praktiki təcrübə olmadan ixtisaslı həkim kimi necə və harda yetişdiriləcək?

3) Uzun illər regionlardan gələn patoloji xəstələrlə gərgin və kritik iş rejimində işləyərək savadlı uroloq, reanimotoloq, ginekoloq, travmatoloq kimi yetişmiş təcrübəli həkimləri dövlət xəstəxanalarından uzaqlaşdırmaqda özəl klinikilara istiqamətləndirməkdə məqsəd nədir?

4) Nə üçün biri arxalı-aqressiv, digəri qorxaq-komformist iki rəhbər arasında 20 illik təcrübəsi olan həkimlər bu cür stresslər keçirməli, əziyyət çəkməli, işindən olmalıdır?

5) Bütün bunlar TƏBİB-in tapşırığı yox, Elviz Qasımovun özbaşnalığı deyilsə, o zamana nə üçün TƏBİB tabeçiliyində olan “Sabunçu Tibb Mərkəzi”ndə analoji özbaşnalıqlar baş vermir?”

Yazıdakı iddialarla bağlı TƏBİB-in və Elviz Qasımovun da mövqeyini dərc etməyə hazırıq.

Bölmənin digər xəbərləri

27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...

Dünyapress TV

Xəbər lenti