Şəhid anasına söz verən başçıya  3 ildir sözünü tutmağa nə mane olur?  - VİDEO
Taleh Qaraşov.
5 rayon əhalisi arasında mehribançılıq yaradan, onlarda bir birinə qarşı mərhəmət hissi oyadan bu şəxs haqqında yerli mətbuatda saysız-hesabsız tənqidi materiallar və sərvət siyahıları yer alır.

Əvvəla başlayaq, ilk başda qeyd etdiyimiz "mehribançılıq və mərhəmət" söhbətindən.

İlk dəfə 1996-cı ildə doğulduğu Kürdəmir rayonunun icra hakimiyyəti başçısı vəzifəsinə təyin edilən Taleh Qaraşov, rayon əhalisinə nə günlər, daha doğrusu illər yaşatdısa, 2002-ci ildə həmin postundan azad edilib, Cəlilabad rayonuna icra başçısı gedəndə, bütün Kürdəmir əhalisinin Cəlilabad əhalisinə canı yandı və 2006-cı ilə qədər onlara dua edib, səbr dilədilər.

Beləcə, 2006-cı ildən 2011-ci ilə qədər Cəlilabad Neftçalaya, 2011- ci ildən 2012-ci ilə qədər Neftçala Astaraya, 2012-ci ildən bu günə qədər isə onların hamısı Lənkəran əhalisinə dua edir, səbr diləyirlər.

Görünür, dualardan keçərli olanı yalnız arzulanan səbrdir ki, 10 ildən çoxdur Lənkəran əhalisi səbr edib susur.

Yox, əslində tam olaraq susmaq da demək olmaz. Çünki, müstəqil fəaliyyət göstərən saytlarda və sosial şəbəkələrdə Taleh Qaraşov haqqında kifayət qədər tənqidi yazılar və vətəndaş şikayətləri yer alır.

Təkcə, index.az saytında yer alan bu məlumatlara nəzər salmaq kifayətdir ki, Qaraşovun "yağ-bal içində" yaşadığını görmüş olaq.

Məlumatda bildirilir ki, Qaraşov istirahət üçün tez-tez xarici ölkələrə səyahət etməyi sevir. Hətta, 2018-ci ildə yayılan məlumatlarda onun 11 nəfərlik ailə üzvləri ilə, təyyarədə "biznesklass"la Praqa reysi ilə Çexiyaya getməsi, orada 21 günlük istirahət üçün yüz minlərlə dollar vəsait xərcləməsi yer alırdı.

Bu qədər vəsait xərcləyən bu nadir "karlı turistlərin" xərclədiyi vəsait getdiyi ölkənin də gündəminə bomba kimi düşüb. Belə ki, sözügedən ölkənin mətbuatı bu barədə məlumatlar çatdırıblar.

Çexiya yaranış tarixində bəlkə də ilk dəfə belə turist qarşılayıb.

Deyilənə görə "Hacı" ləqəbli oğlu Seymur Qaraşov da rayon ərazisindəki bütün tikinti biznesini idarə edir.

Yerli sakinlərin mətbuata bildirdiyinə görə o günün birinci yarısı "Lexus", günün ikinci yarısında isə eyni dövlət nömrə nişanı ilə "Porsche" markalı avtomobil idarə edir...

Binəva Lənkəran camaatına da Qaraşovlar ailəsinin yediyinə baxıb, "udqunmaq" qalır.

Lənkəranda, nəinki sıravi sakinlər, şəhid ailələri, qazilər belə Qaraşov biganəliyindən zara gəliblər.

Yerli mətbuatda da deyildiyi kimi, sərvətləri, əmlakları bəzi İstirahət rayonlarından əlavə, Bakının Ağ şəhərinə qədəri əhatə edən Taleh Qaraşov 3 ildir ki, Lənkəran rayonunun Alazəpin kəndinin yollarına əl gəzdirmir.

Alazəpin kəndindən şəhid Raqim Hadıyevin anası Nəzakət xanım Hadıyeva "DogruXeber.az" redaksiyasına müraciətində bildirir ki, "Taleh Qaraşov oğlum şəhid olandan sonra ümumiyyətlə bizim kəndə gəlməmişdi. Mən dəfələrlə cənab prezidentə məktub yazıb, narazılıq bildirdikdən sonra, nəhayət məcburiyyət qarşısında qalıb, yolunu burdan saldı. Gəlişində də sakinlər qarşısında söz verdi ki, "gələn il (yəni 2021-ci ildə) mən sizin kəndin yollarını düzəltdirəcəm".

Ananın sözlərinə görə, verdiyi sözdən bəri Qaraşov nə yolu çəkdirib, nə də ikinci dəfə Alazəpin kəndinə ayaq basıb.

Halbuki, İkinci vətən müharibəsi şəhidi Raqim Hadıyev həmin kəndin qonşuluğundakı kənd qəbiristanlığında uyuyur. Onun məzarını ziyarət etmək üçün isə ana hər dəfə kolun-kosun içi ilə kilometrlərlə yolu piyada yerimək məcburiyyətində qalır.
Ziyarətinə getmək istəyənlər də, yolsuzluq səbəbilə heçolmasa ara-sıra gedib şəhidi ziyarət edə bilmirlər.

Nəzakət ana deyir ki, "mənim ziyarətinə, məclisinə getdiyim şəhidlərin ailələri də bura gəlmək istəyir, yol yoxdur deyə gələ bilmirlər".

Çarəsiz ana, başçıdan yolun çəkilməsinə dair söz aldığı sevinci ilə bir il, bir ildən sonra, "bəlkə" deyə daha bir il, ardından isə ümidini ondan tamamilə üzüb, daha bir il - ümumilikdə 3 il gözləyib.

Sonunda səbri tükənən ana, çarəni mətbuatda və ölkə başçısına müraciət etməkdə görüb.

Odur ki, mobil telefonun kamerası vasitəsilə sözügedən yolları lentə alıb, dərdini də həmin videoya danışıb və votsap vasitəsilə yayımlanması üçün "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün qaynar xətt nömrəsinə göndərib.



Onu da qeyd edək ki, Nəzakət ananın daha bir problemi də ev problemidir.

O, şəhid ailələrinə təqdim edilən mənzildən yararlansa da razı qalmadığını deyir.

Bildirir ki, "cəmi bir otaqlı mənzil verilib. Orada həyat yoldaşımla yaşasaq da şəhidimin əşyalarını yerləşdirməm mümkün deyil.
Mən heçolmasa iki otaq istəyirəm ki, birində övladımın əşyalarını yerləşdirim, digərində yaşayım.

Balamın məzarını yolsuz qəbristanlıqda, əşyalarını da baxımsız kənddə qoyub getmək mənə əzab verir.

Heçolmasa əşyaları ilə təskinlik tapıram. Ona verilən mənzilin bir otağında onun muzeyini yaratmaq istəyirəm."

Çarəsiz ananın istəyini anlamaq o qədər də çətin deyil. O qədər torpaqlarımızı geri almaq üçün ölümü gözə alan igidi yetişdirən ata-anaya bir otaq artıq verilsə kim nə itirəcək ki?!

Təbii ki, bu məsələni aidiyyatı qurumlar qarşısında qaldıracaq olan şəxslər Lənkəran rayonunun millət vəkili və icra hakimiyyətidir. Lakin, özü yol üçün söz verib, 3 ildir sözünü tutmayan icra başçısı Taleh Qaraşov kimdən nəyi tələb etsin ki?...

Mövzuya yenidən qayıdacağıq və növbəti yazılarımızda İcra Hakimiyyətinin də mövqeyini dərc edəcəyik. Təbii ki, bu həftədən fərqli olaraq, dəstəyi qaldırsalar.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Bölmənin digər xəbərləri

10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə
07 May 2025 Anar Quliyev axı hansı keyfiyyətlərinə görə BU MƏNSƏBDƏDİR?.. - Hələ nazir olacağı da deyilir...

Dünyapress TV

Xəbər lenti