ŞOK: Bu cinayət əməlinin başında duran Azəddin Cəlilov deyir ki, buna görə 150 min vermişəm...
Qısa məlumat üçün qeyd edək ki, 10 may 2023-cü il tarixdə APA-nın Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadla yaydığı məlumatdan bəlli olur ki, 2023-cü il may ayının 1-də saat 04:25 radələrində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-KU-990 dövlət nömrə nişanlı “KİA” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü, Əliyev Murad Əkbər oğlu və Şərur rayon sakini, 1983-cü il təvəllüdlü, Əsgərov Emin Xubeş oğlu saxlanılıb. Avtomobilə baxış keçirilən zaman, ümumi çəkisi 31 kiloqram 500 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu təxminən 3 ay öncə APA-nın yaydığı rəsmi məlumatdır.
Biz bir media olaraq bu tip məlumatlara çox həssas yanaşırıq və anındaca konkret mövqe bildiririk. Çünki bu gün az qala bütün dünya AĞ ÖLÜM deyilən bu fəlakətlə mübarizə aparır. Və yuxarıdakı rəsmi məlumatdan aydın olur ki, söhbət 31,5 kiloqram natkotikdən gedir. Yəni hansısa uşaq-muşaqdan, həvəskar dəstədən deyil, təcrübəli narkotacirlərdən söhbət gedir. Bütün bunlara görə apardığımız araşdırma nəticəsində bəlli oldu ki, narkotik maddənin daşınmasında istifadə olunan 99-KU-990 dövlət nömrə nişanlı KİA markalı avtomobilin sahibi Naxçıvanın, Şərur rayonundan olan Cəlilov Azəddin Əbülfəz oğludur. Onun hazırda yaşadığı ünvan: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev32, giriş 2A, mənzil 30. Həm də maraqlı odur ki, bu cinayət əməlində istifadə olunan, nakotikin daşındığı avtomobilin kimə məxsus olması barədə mediada, rəsmi xəbərlərdə bircə cümlə də yoxdur. Görünür, maraqlı qüvvələr bu cinayət əməlini sonadək araşdırmaq istəməyib.
Təsəvvür edirsiniz bu boyda cinayət əməlinin üstündən 3 ay keçib, amma heç kim soruşmayıb ki, bu avtomobil kimə məxsusdur..? Bu avtomobilin sahibi kimdir, nəçidir..? Bu hələ harasıdır..? Bizim araşdırmamız zamanı bəlli oldu ki, istintaq başa çatmamış həmin avtomobil öz sahibinə, yəni Azəddin Cəlilova qaytarılıb.
Təsəvvür edirsiniz, istintaq prosesində əşyayi-dəlil kimi hətta adi bir bıçaq da kənara qoyula bilməz, amma DSX-nin istintaqçıları 31,5 kiloqram narkotikin daşındığı avtomobili RAHATCA öz sahibinə qaytarıblar. Doğrudanmı, RAHATCA..? Bəlkə...?
Gəlin görək, bu barədə avtomobilin sahibi, el arasında Azad deyilən, Cəlilov Azəddin Əbülfəz oğlu yaxınlarına nə deyir: May ayından bugünədək qazandıqlarımın hamısı əlimdən çıxdı... Maraqlıdır, hadisə may ayında baş verib və o gündən bu günədək Azəddinin yığdıqları əlindən çıxıb...
Bu məqamda Azəddindən soruşan lazımdır ki, kimlərə nə qədər vermisən ki, canını cəzadan qurtara bilmisən...?
Sonrakı araşdrımamız zamanı bəlli oldu ki, Azəddinin özünü, avtomobilini XİLAS etməsi bir yana, indi də cinayət ortağı, hazırda həbsdə olan Emin Xubeş oğlu Əsgərovu azadlığa çıxartmaq istəyir. Təsəvvür edirsiniz nələr baş verir...? Bəli, Emin Xubeş oğlu Əsgərov ultimatium göndərib ki, əgər 4 aylıq həbs qəti imkan tədbiri başa çatarkən məni azad etməsəniz, açacam sandığı, tökəcəm pambığı, əsl cinayətkarın adını açıb məhkəmədə deyəcəm... Və Azəddin Emin Əsgərovun həbsdən azad olunması üçün bütün gücünü, pulunu-varını ortaya qoyaraq, yükək vəzifədə çalışan dostlarını səfərbər edib. Və...
Və qısa müddət əvvəl redaksiyamıza daxil olan məlumata görə, yaxın saatlarda Emin Əsgərovun cinayət əməlinə xitam veriləcək və o azadlığa buraxılacaq. Və 31,5 kiloqram narkotikin guya başqa bir şəxsə məxsus olması versiyası ortaya atılacaq. Budur, Emin Xubeş oğlu Əsgərovun 31.5 kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan sərhədlərini pozaraq, ölkəmizə gətirməsi, gətirərkən həbs zamanı hadisə yerindən qaçması, əsgərlərimiz tərəfindən tutularaq həbs olunması yalan çıxdı. İşə xitam, Emin Xubeş oğlu Əsgərova isə daha çoxlu şey-şüy gətirmək nəsib oldu. Görəsən, bu dövlətin hüquq-mühafizə orqanları, məhkəməsi, prokuroru hara baxır..? Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev isə arın-arxayın öz işindədir.