Seçkilərin ilkin nəticələrinin açıqlanacağı vaxt məlum oldu
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərinin ilkin nəticələrinin açıqlanacağı vaxtı elan edib.

Onun sözlərinə görə, ilkin nəticələr saat 21:00-da elan edilə bilər.

"Bütün təcrübəmizdən irəli gələrək deyə bilərik ki, saat 21:00-da ilkin nəticələri elan edəcəyik".

MSK sədri qeyd edib ki, fevralın 9-da isə ilkin, lakin qeyri-rəsmi nəticələri elan edəcəklər.

Dünyapress TV

Xəbər lenti