"Azərlotoreya" düzəlmir ki düzəlmir...-
"Mənim Azərlotoreyada işləyən işçilərlə xoş münasibətim var. 2 dəfə də tədbirlərinə dəvət alıb getmişəm. İş gəldi-gedərdi, münasibət qalıcı. Ağıllı adamlar işə görə münasibəti korlamır. Nöqsan, şikayət varsa, onu işıqlandırmaq mənim peşə borcumdu.
Problemi yazmışam, vətəndaşın udduğu 865 manatı bəhanə gətirib vermirlər. Bir iki qurum və ekspertlərin sorğuya cavabını gözləyirəm geniş yazım."
Teref.az yazır ki, bunu xanım jurnalistimiz Elnurə Abuşova yazıb. Daha sonra xanım jurnalistimiz davam edərək yazır:
"İşçilər qalıb bir kənarda, onlardan aylıq alan media nümayəndələri düşüb ortaya. Papadan artıq katolik olublar. Siz pulu reklam və press reliz yayımı üçün alırsız. Daha əlinizə qalxan götürüb trolluq etməyə yox..."
Teref.az olaraq qarşı tərəfin mövqeyini ndərc etməyə hazırıq!
Teref.az
 

Dünyapress TV

Xəbər lenti