Peşə liseyində BİABIRÇILIQ: Müəllimləri işdən çıxarıb, məsuliyyəti onların üzərinə ATDILAR – Saxta əmr QALMAQALI
16 saylı Bakı peşə liseyinin istehsalat təlimi ustası Zahidə Muxtarova müəssisədə qarşılaşdığı qanunsuzluqla bağlı Yenicag.az-a şikayət ünvanlayıb.

Şikayətdə qeyd olunur ki, sözügedən müəssisənin kadrlar şöbəsi üzrə inspektoru Təranə Şıxəliyeva 28 iyun tarixində Zahidə Muxtarovaya Peşə Təhsili Agentliyinin məktubu əsasında işinə xitam verildiyi ilə bağlı məlumat verib. Lakin müqavilənin qüvvədən düşmə müddəti 15.09.2024-dür. 01.07.2024-də isə müqaviləyə xitam verildiyi bildirilir.

Şikayətçi məktubda belə bir şey olmadığını, yeni vakant yerlərinin açılması ilə bağlı olduğunu diqqətə çatdırıb. Əlavə olaraq, xitam əmrinin saxta, üzərində agentliyin möhürü olmadığını bildirib.

Zahidə Muxtarova sözügedən agentliyə zəng vuraraq, şikayətinə baxılması üçün İnsan Resurları şöbəsindən Özal bəy ilə görüş günü təyin edib. Eyni zamanda, məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət ünvanlayıb.

Sonrakı günlərdə işinə davam etmək üçün liseyə gedən Zahidə Muxtarova istehsalat təlimi ustalarının baş ustası Sürəyya Məmmədova tərəfindən otağa çağırılaraq, müqaviləsinə xitam verildiyi və işə gəlməməsi ilə bağlı təzyiqlə qarşılaşıb. Müəllim özünü “my.gov.az”da işçi statusunda gördüyünü və xitam əmri göstərilməyənə qədər işə davam edəcəyini deyib.

Zahidə Muxtarova bildirib ki, daha sonra təlim tərbiyə işləri üzrə direktor müavini Azər Əmirov, direktor Günay Mayılova, Sürəyya Məmmədova otağa çağırdı.

“Əmri mənə göstərdilər. Tədris ilinin sonuna qədər müqavilənin bitdiyi qeyd olunurdu. Maraqlı sual yaranır, tədris ili bitibsə, digər müəllimlər bu vaxta qədər fəaliyyətini davam etdirir, ancaq bizə görə tədris müddəti bitmiş sayılır? Məktuba təkrar baxmaq istədikdə müxtəlif bəhanələr gətirdilər. Agentliyə müraciət etməli olduğumu dedilər.

Daha sonra Azər Əmirov dedi ki, “nə durmusan, get də, başqa vaxt icazə istəyirsən, bu da sənin üçün ömürlük icazə, get, otur evində”. Mən isə bir daha işə gəlib-gedəcəyimi bildirdim.

Səhəri gün işə gəldikdə qapıda məni 6 nəfər mühafizə qarşıladı. İçəri buraxmadıqlarına görə iradımı bildirdim, qarşılığında isə polisin çağırılacağı ilə hədələndim. Azər də çöldə idi. Anama “dünən bir Quranlıq söz danışdıq qızının çıxartdığı hoqqaya bax”, – dedi.

Əlavə olaraq, Əmək Məcəlləsinə görə müəssisənin Həmkarlar İttifaqı sədrinin rəyi olmadan işçi azad edilə bilməz. Sədr Səadət Misirova da yanımızda olmasına baxmayaraq, guya xəbəri yox imiş kimi davrandı”, – deyə şikayətçi qeyd edib.

Əlavə olaraq şikayətçi Peşə Təhsili üzrə Dövlət Agentliyində görüşə getdiyini, lakin laqeyd münasibətlə qarşılaşdığını qeyd edib:

“İnsan Resurları şöbəsindən Özal yüksək tonla danışaraq, məsələnin direktorla müəllim arasında həll olunmalı olduğunu. Həmçinin “istəyirsiniz gedin məhkəməyə verin, ancaq hansı əsasla?”, -dedi. Məsələnin mediada işıqlandırılacağını bildirdim. Sonra yumşaq münasibət bəslədiyinin şahidi oldum. Həqiqətən də haqlı olduğumu sübut etdim. Nəticədə direktora səhvinin düzəldilməsi üçün göstəriş veriləcəyini söylədi”.

Zahidə Muxtarova məsələ ilə bağlı zərərçəkən digər bir neçə nəfərin olduğunu diqqətə çatdırıb:

“Məsələ sübuta yetirildikdən sonra qanunsuz yolla işdən azad edilən müəllimlər geri çağırıldı və işlərinin başında olduqları il bağlı ərizə yazdırıldı. Mən isə yazmadım və müəssisənin səhvidirsə özü düzəltsin dedim”.

Məsələ ilə bağlı Yenicag.az Peşə Təhsil üzrə Dövlət Agentliyinə rəsmi sorğu ilə müraciət edib. Müraciətə tezliklə cavab veriləcəyi bildirilsə də, dünəndən bəri cavab gəlməyib. Sorğunun cavabını gözləyirik, Peşə Təhsili üzrə Dövlət Agentliyinin də cavabını dərc etməyə hazır olduğumuzu bildiririk.
 

Bölmənin digər xəbərləri

05 Oktyabr 2024 136 nömrəli məktəbdə Müəllimlər Günü ilə bağlı pul yığılır?
05 Oktyabr 2024 "Demək olar ki, bu məktəbi valideyinlər komitəsi idarə edir və pul yığımınada onlar start verdilər!"
05 Oktyabr 2024 Estetik əməliyyatın növbəti qurbanbanı bu xanım oldu - “Yasamal Hospital”ın baş həkimi daha bir qadını ölümcül hala SALIB
05 Oktyabr 2024 ƏIviz Qasımovun ,, TRAVMALI " İDARƏÇİLİYİ və ya "Respublikanski" xəstəxanada nə baş verir?
05 Oktyabr 2024 Kimin nə deməyindən asılı olmayaraq Elşad Həsənov öz "işindədir" - Yasamalda çoxillik ağaclar kəsildi
04 Oktyabr 2024 Azərbaycanda yeni sayt-Prayk.com
04 Oktyabr 2024 1-ci sinif şagirdi nadinc olduğu üçün dərsdən kənarlaşdırılır? - İddialara RƏSMİ CAVAB
04 Oktyabr 2024 335 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan
04 Oktyabr 2024 “O məktəbin direktoru deputatın atasıdır…” – Liseydə PUL QALMAQALI
04 Oktyabr 2024 Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – TƏFƏRRÜAT
04 Oktyabr 2024 Tovuz "MERO"-sunda nə baş verir?
03 Oktyabr 2024 AYNA-nın Ramin Əliyev KABUSU – Anar Rzayevin yaxın adamı Tarqovıda “AT OYNADIR”
03 Oktyabr 2024 Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... - Prezidentə müraciət olundu
03 Oktyabr 2024 “İstəyirlər ki, yeyib taladıqları dövlət büdcəsinin kəsirini bizim maaşların hesabına doldursunlar." -= Naxçıvanda
03 Oktyabr 2024 Naxçıvanda Saxta Reklamlarla Bazara Çevrilən Samiq Sadıxovun Səhiyyə Biznesi – VİDEO
03 Oktyabr 2024 Sirat körpüsündən yıxılan təhsilimiz lay-lay...
03 Oktyabr 2024 “Pilot 16”-nın COP29-a “töhfə”si: Zəhərli hava, xəstəlik mənbəyi olan zibilliklər, dağıdılmış yollar
02 Oktyabr 2024 Biznesmen idarə müdiri icra başçısını təhqir etdi - VİDEO
02 Oktyabr 2024 AQTA-nın sədri Qoşqar Təhməzli Vüqar Zeynalovun əməllərinə niyə göz yumur?
02 Oktyabr 2024 Naməlum şəxslər tərəfindən gecə saatlarında maşını qəsdən yandırıldı, şikayətinə baxılmır - İDDİA

Dünyapress TV

Xəbər lenti