Ardını oxu...
Türkiyəli məşhur sənətçilər Demet Özdemir və Oğuzhan Koçun toy mərasiminə qatılan məşhurlar göz qamaşdırıblar.

Şou dünyasının nümayəndələri Demetin toyunda geyindikləri paltarlarla diqqət çəkiblər.

İlin toyunda Bensu Soral, Selin Cigerci, Pelin Karahan, Selin Şekerci, Berfu Yenenler, Ayça Çağla Altunkaya, Hande Doğandemir və bir çox tanınmış simalar iştirak ediblər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Sondakika
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, aktrisa Demet Özdemir və müğənni Oğuzhan Koç ötən gecə möhtəşəm bir toy mərasimi ilə evləniblər.
Bakupost.az xəbər verir ki, toyda ən diqqət çəkən detallar isə Demetin gəlinliyi ilə yanaşı, Oğuzhanın ona hədiyyə etdiyi boyunbağı və bəyin geyindiyi ayaqqabılar olub.
Məlum olub ki, Oğuzhanın toy hədiyyəsi olaraq Demetə aldığı "Bulgari" boyunbağının qiyməti 47 min avrodur. Müğənni toy mərasimi üçün ümumilikdə 4 milyon lirə xərcləyib.
Oğuzhanın gəlindən qısa görünməmək üçün platform ayaqqabı geyinməsi də toy mərasiminə damğa vurub.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Prodüser-aparıcı Tarix Əliyev müğənni Damlanın geyimlərini tənqid edib. DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, o, ifaçının ötən gün verdiyi konsertdəki görüntüyə reaksiya verib. Bu haqda "show_news" səhifəsində yazan Tolik bunları qeyd edib:

"Bura evimin qarşısıdır və orada bütün konsertlər belə olur. İnsanlar burada çox olur. İndi gələk ikinci məsələyə: Bu geyim Damlanın bədən quruluşuna uyğun deyil. Yaxşı qızdır, həm safdır, həm ağıllıdır, həm də biclik edir. Bilir ki, belə geyinsə, hamı yazacaq. Konsert kiməsə maraqlı olmayacaq. bir də öz aləmində kişicik olan stilistlər, özləri qadın geyimi geyinirlər. onu da belə geyindiriblər ki, sən CeyLosan. Amma demirlər ki, CeyLo bunu daşıya bilir. Yazıq Damlanı arvad simalı stilistlər pis günə qoyurlar".

Tolik Damla ilə küsülü olması haqda suallara isə "Damla ilə beş gün əvvəl restoranda söhbət etmişəm. Müğənni ilə işləmirəm. İşlədiyim müğənniləri isə vaxtında görmüsünüz. Sözümü hamıya deyirəm: dostluq başqa, iş başqa. Tənqidi qəbul etmək lazımdır, kimisə təhqir etmirəm" cavabını verib.

O, əlavə edib ki, Damla yaxşı klip çəkdirsə də, maraq qazana bilmir:

"Damla və komandası buna öyrəşib. Damla pul buraxır, gözəl kliplər çəkir, amma işləri gündəm olmur. Yalnız ya geyimi, ya da hansısa epizod. Bu da müğənninin ən böyük uğursuzluğudur. Gərək müğənninin klipi də, hər layihəsi də gündəm olsun. Geyimləri də zövqsüz: biri var brend ola, biri də var CeyLo-nun "kitayski poddelka"sı".

Qeyd edək ki, Damla Heydər Əliyev Mərkəzinin parkında konsert verib.

Ardını oxu...
 

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə müğənni Nazənin mərhum “qanuni oğru” “Quli” ləqəbli Nadir Səlifovun qızının və ailə üzvlərinin fotosunu paylaşıb.

Müğənninin prodüseri Musavat.com-a bildirdi ki, fotolar səhvən paylaşılıb:

“Bununla bağlı bizə çoxsaylı zənglər oldu. Fotoları Nazənin xanımın İnstaqram səhifəsini işlədən şəxs səhvən paylaşıb. Bundan xəbər tutan kimi şəkilləri sildik”.
 
Ardını oxu...
Amerikalı pop müğənni Cennifer Lopez komandasına işçiləri ulduz falı ilə seçir.

Bu barədə amerikalı rəqqasə Heyzer Morris danışıb. O, həmkarlarının onunla bölüşdüyü hekayəni xatırlayıb.

Morrisin sözlərinə görə, rəfiqəsi buna Loipezin turlarının birində şahid olub.

“JLo turlarından birindən əvvəl rəqs dinləmələri keçirirmiş. İfaçı otağa girərək, gənclərə təşəkkür edib. Sonra deyib ki, otaqda Qız bürcü varsa, əllərini qaldırsın”, - deyə Morres rəfiqəsinin dediklərini çatdırıb.

Qızın sözlərinə görə, aktrisa üzünü həmin rəqqaslara tutaraq gəldikləri üçün təşəkkür edib və 23 avqust-23 sentyabr tarixləri arasında doğulmuş namizədlərin qəbul olunmadığını deyib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Billboard
 

Ardını oxu...
“Bu gün sıravi vətəndaşlar sadəliyə daha çox qiymət verir. Mən vaxtilə demişdim ki, gün gələcək yanında 5 mühafizəçi ilə gəzən məşhurlar hamısı sıradan çıxacaq...”

DİA.AZ xəbər verir ki, bu sözləri Yenisabah.az-a müğənni Əlikram Bayramov deyib.

Sənətçi insanların şou-biznes nümayəndələrini sadə görmək istədiyini deyib. Onun sözlərinə görə, müğənni ilk növbədə xalqın sevgisini qazanmalıdır:

“Vallah-billah, bu gün heç kəs baxmır ki, filan müğənni hansı maşınla gəlib, markası nədir, qiyməti nədir. Onlara ilk növbədə insanlıq maraqlıdır. Heç kəs demir ki, “Vay dədəm, gör, Əlikram hansı maşınla məclisə gəlib”. Şükür Allaha ki, artıq belə şeylər yoxdur, bu əla oldu. Sadəliyi insanlardan öyrənmək lazımdır, sənət adamı sadə olar. Həmkarım Nüşabənin oğlunun toyuna Türkiyədən İbrahim Tatlısəs gəldi, biz o məclisdə gördük ki, kişi necə sadə adamdır. Xaricilər bizimkilər kimi deyil, biz onları tanıyırıq, onlar bizi tanımır, amma bizdən daha təvazökardırlar. Biz özümüzdən əməlli-başlı ulduz düzəltmişik. İki dənə mahnı oxuyub, beş adamın sevgisini qazanmısan, get onların qarşısında baş əy. Sən xalqa xidmət etməlisən, onlara qaynayıb-qarışmalısan. Adam tanıyıram ki, onu 15 dəqiqə təqdim etməsəm buyurub məclisə gəlmir. Qapının ağzında dayanır, gözləyir ki, onu təqdim edib, çağırım, sonra içəri girsin, ona qədər də orda-burda gizlənir, dayanıb gözləyir. Bəlkə də şou-biznesin qanunu onlar bilir, mən yox. Elə ona görə də Biləcəridən o tərəfə tanınmırlar. Allah kimə nə verirsə, sadəliyə görə verir. Bu millətə canım qurban. Elə sənətçilər var ki, yolda pərəstişkarları yaxınlaşır, şəkil çəkdirmək istəyir, amma onu əli ilə itələyir. Onlar nankor adamlardır. Səni ulduz edən məhz o itələdiyin xalqdır, onların gözündən düşməyin üçün bircə an kifayətdir”.

Müğənni tez-tez fəxri ad davası döyən həmkarlarına da cavab verib:

“Azərbaycan incəsənətinin böyük xalq sənətkarları var, bizlər də oxuyuruq, sevilirik. Mən toydan bura gəlmişəm. Bəzən kinayəli-kinayəli deyirlər ki, “sən toy müğənnisisən”, bəli, bunu danmıram, məni toydan buralara gətiriblər. Toy müğənnisi olmaq məgər pisdir? Heydər Əliyevin olduğu məclisdə iştirak edirdim, orda Ulu öndər dedi ki, “Toydan böyük bayram yoxdur”. Musiqidə inkişaf etmək üçün birinci xalqın sevgisini qazanmaq lazımdır. Bəzən heç nə etməmiş, oxumaqla deyirlər ki, “Bəs mənim fəxri adım nə oldu?!” Nə olsun, yaxşı oxuyursan, oxuyursansa, xalq səni sevir, ondan böyük sevgi varmı? Mən belə qəbul edirəm, 30 ildir həmçinin dövlət işində çalışıram, amma bir dəfə də deməmişəm ki, mənə niyə ad vermirsiniz?”
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Gülşən Çolakoğlu həbs edilib. Gülşən haqqında İmam Hatip tərəfdarlarını hədəf alan sözlərindən sonra həbs qərarı verilib.
Yeniavaz.com xəbər verir ki, Türkiyənin bir çox məşhur sənət adamları Gülşənin həbs qərarına qarşı çıxıb və müğənniyə dəstəklərini ifadə ediblər.
Aktyor Selçuk Yöntem Gülşənin həbsini ədalətli hesab etmədiyini bildirib:
“Hüququn siyasi düşüncələrə uyğun formalaşdığı ölkəmizdə həbs olunması lazım olan onlarla insan “nə də olsa, mənə bir şey olmaz” rahatlığı ilə gəzərkən, bir sənətçinin düşüncəsindən dolayı mühakimə və həbs olunmasını “ədalət”li hesab etmirəm”.
Ardını oxu...
Türkiyəni Avroviziya mahnı müsabiqəsində təmsil etmiş müğənni Hadise Gülşənin həbsini digər cinayət hadisələri ilə müqayisə edib:
“Hamımız insanıq. Yanlışlar və xətalara yol verə bilərik, çünki insanıq. Üzr istəmək ləyaqətdir, üzr də istənildi. Sizə sual verirəm, qadınları vəhşicəsinə öldürən, “iki ay yatıb çıxaram” deyən adamları, uşaqlarının yanında həyat yoldaşını döyən adamları bu gün Gülşənin həbs olunduğu kimi həbs etsəydilər, neçə qadın bu gün həyatda olardı?”
Ardını oxu...
Müğənni Sıla Gençoğlu da bu sözlərlə hadisəyə reaksiya verib:
“Ədalət hər kəsə lazımdır, həmişə lazımdır və hər kəsə bərabər lazımdır. Həbs olunmaq nədir?”
Ardını oxu...
Müğənni Göksel hadisənin aylar öncə olmağına diqqət çəkib:
“Aylar öncə deyilmiş bir cümlə üzündən həbs olunmaq? Bu heç ədalətli deyil. Ədalət hər kəsə eyni davranmaq deyilmi? Qaldı ki, Gülşənə, o, üzr istədi. Çox üzülmüşəm”.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bu gün polis bölməsində ifadəsi alınan məşhur müğənni Gülşən haqda həbs qərarı verilib.
Bakupost.az Türkiyə mətbuatına istinadən bildirir ki, polis idarəsinə həyat yoldaşı Ozan Çolakoğlu və vəkili ilə gələn ifaçı həbs edilərək Bakırköy qadın həbsxanasına göndərilib.
Xatırladaq ki, Gülşən aprel ayında baş tutan konsertlərindən birində “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - cümləsini işlədib. Sənətçinin bu sözlərlə həmin liseydə oxuyanları, oranın məzunlarını və dindarları təhqir etdiyi iddia olunub. Sosial şəbəkələrdə müğənninin həbs olunması üçün #gulsentutuklansın həşteqi açılıb.
İfaçı son zamanlar geyim tərzinə görə də tənqidlərə məruz qalırdı.


Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Rusiyanın məşhur azərbaycanlı müğənnisi Nəvai Bəkirov çantasında gəzdirdiklərini nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, bunları isə sənətçi sosial şəbəkə hesabında çəkib, paylaşdığı videoda göstərib.

“Black phantom memento mori fragrantica by Kilian” ətrindən istifadə edirəm. Çantamdan əlavə avtomobilimdə də bu ətirdən var (təxmini qiymət 287 manat).

“Apple” markasına məxsus qulaqcıqlar. Həmişə çantamda və ya üzərimdə nağd pul olmalıdır. Bir paçka 5000 rubl (təxminən 14100 manat). Əgər gəzməyə gedirəmsə bəxşiş verməyi sevirəm. Özümlə çanta gəzdirməyi o qədər də sevmirəm. Amma üzərimdə başqa nağd pulum da olur (təxminən 6000 manat). Görürsünüz ki, pulun arasında bank pul kartım var.
Onlar isə hamısı rezinlə bərkidilib. Pulu məhz rezinlə bərkitmək özüməməxsus bir tərzimdir. Çantamda həmçinin idarə etdiyim avtomobillərimin açarlarını, ehtiyat telefonumu da görürsünüz. Sənədlərimi də üstümdə səliqəli şəkildə gəzdirirəm. Bundan savayı çantamda eynəyim də var. Vəssalam!”.

 
 
 
Ardını oxu...
Müğənni Əminə Şirin şəxsi həyatı ilə bağlı açıqlama verib.

Xeberoxu.Az xəbər verir ki, "Şourum" proqramına qonaq olan ifaçı ilk dəfə həbsxanada evlənməsindən danışıb. Sənətçi ikinci həyat yoldaşının məhkum olunduğunu, buna görə də həbsdə evlənməli olduğunu dilə gətirib.

Müğənninin bu evlilikdən bir qız övladı dünyaya gəlib.

O, hazırda ikinci həyat yoldaşından ayrılıb.

Əminə buna səbəb kimi həmin insanın həbsdən çıxdıqdan sonra tamamilə dəyişdiyini göstərib.
 

Dünyapress TV

Xəbər lenti