Şadlıq saraylarında toy sifarişlərinin sayı kəskin azaldı - SƏBƏB - AÇIQLAMA
Azərbaycanda şadlıq saraylarında gələn ay üçün sifarişlərin sayı kəskin azalıb.

İqtisadiyyat.az paytaxtdakı bəzi şadlıq sarayları arasında sorğu keçirib.

Sorğu nəticəsində məlum olub ki, may ayında toy mərasimlərinin keçirilməsi ilə əlaqədar sifarişlərin sayında azalmalar mövcuddur. Qeyd edilir ki, əvvəlki aylarda demək olar, hər gün üçün sifarişlərin mövcud olmasına baxmayaraq, may ayı üçün bu rəqəm təxminən bir həftəyə enib.

Buna səbəb isə bu ayda toy etməyin uğursuzluqla nəticələnəcəyi ilə bağlı iddia olunan ənənə göstərilir. Restoran rəhbərləri deyir ki, buna baxmayaraq əvvəlki illərlə müqayisədə son illər may ayında toy edənlərin sayında artım müşahidə olunur.

Bəs may ayında niyə toy etmək olmaz?

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu İqtisadiyyat.az-a açıqlamasında deyib ki, may ayında toy edilməməsi ilə bağlı bu günə qədər heç bir dini, psixoloji, astroloji əsasa rast gəlinməyib.

Onun sözlərinə görə, əksinə, bu ay gül-çiçəyin daha çox olduğu, ağacların çiçəkləndiyi, havaların isindiyi ən gözəl aylardan biridir. E.İslamoğlu deyir ki, sadəcə bir qayda olaraq Azərbaycan toylarının payızda keçirildiyinə rast gəlinir:

"Çünki payız aylarında meyvələr yetişir, dənli bitkilər biçilir, bir sözlə bolluq olur. Bununla yanaşı, həm də toy vaxtı kəsiləcək heyvanlar daha ətli-canlı olurlar. Amma yaz aylarında isə xüsusilə də mayda mal-heyvan qışdan yeni çıxdığına görə onlar arıq və kəsimə bir o qədər də yararlı sayılmırlar. Bu da təbii ki, toy vaxtı ət tədarükünü qarşılamağa bir az çətinlik yaradır. Mayda toy etməməklə bağlı bundan başqa elə bir ciddi problem yoxdur. Amma hal-hazırda restoranlarda, şadlıq evlərində toylar keçirilir və ilin istənilən fəslində bütün meyvələri, eləcə də digər azuqələri tapmaq mümkündür. Ona görə də insanlar rahat şəkildə may ayında toylarını edə bilərlər".

Müsahibimiz söyləyib ki, Azərbaycanda may ayında toy etməməklə bağlı inancların formalaşması, əsasən, rus və ermənilərdən keçib: "Belə ki, ermənilər qondarma soyqırımlarına aprel ayının sonlarından başlayaraq yas saxlamağa çalışırlar və 40 gün davam edən dövr may ayını da əhatə etmiş olur. Bununla yanaşı, ruslarda da mayda toy edilməməsi ilə bağlı formalaşmış inanclar var. Onlar inanclarını mayın çətin, ağır ay olması ilə əsaslandırmağa çalışırlar. Ona görə də onlar may ayında toy etmirlər. Yəni may ayında toy etməməyin Azərbaycanla heç bir bağlılığı yoxdur. Əksinə, insanlar istədiyi formada may ayında rahat şəkildə toy edə bilərlər. Bu ayda toy edənlərin bədbəxt olması, xoşbəxt olmaması, güzəranların çətin olması ilə bağlı heç bir əsas yoxdur".
 

Bölmənin digər xəbərləri

12 May 2024 Valideyn məsuliyyəti: Bəziləri dərk etmir?
11 May 2024 Niyə ölkə qanunvericiliyini pozan bu kimi şəxslər hələ də cəzasız qalıb! Niyə?
11 May 2024 Pensiya və maaşlarda artım olacaq? - AÇIQLAMA
10 May 2024 Kirayə evlərlə bağlı VACİB MƏLUMAT: Ev sahibləri... / VİDEO
09 May 2024 Yüksək bal toplayan abituriyentlərin sayının çox olması subbakalavrların şansını azaldıb - VİDEO
09 May 2024 Bir çox şəxsə bəraət veriləcək -ŞAD XƏBƏR
09 May 2024 Ev bazarında çaşqınlıq yaranıb: - Avqust ayına qədər...
08 May 2024 Deputatdan media nümayəndələri ilə bağlı TƏKLİF: - Bu binalarda jurnalistlərə mənzil verilə bilər
08 May 2024  "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir" - NARAZILIQ VAR...
08 May 2024 Ən çox istifadə edilən sosial şəbəkələr – SİYAHI
07 May 2024 Abituriyentlərin qəbul imtahanında iştirakı üçün qeydiyyatı başa çatıb
06 May 2024 AR ƏM bu tələbinə əməl etməyən işəgötürən üçün hansı maddi, mənəvi və inzibati məsuliyyət nəzərdə tutulur
06 May 2024 DİN valideynlərə müraciət etdi
06 May 2024 Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ ilə əlaqədar,...
04 May 2024 "İsrail vətəndaşları BMT-nin humanitar yükünün bir hissəsini məhv ediblər" - Fərhan Haq
04 May 2024 Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri müəyyənləşdirilib
03 May 2024 Qazi Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi qarşısında üsyan etdi VİDEO
02 May 2024 “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir
02 May 2024 Repetitorlara zərbə: X-XI siniflərdə təhsil pullu olacaq? - "Burada “qara iqtisadiyyat” yaranır"
01 May 2024 Qarabağ Qazisi başçıdan giley edir - "Bizə bildirirlər ki..."

Dünyapress TV

Xəbər lenti