Qaz limitini keçəndə maaşını "Azəriqaz"a yedirən vətəndaş... -
Bakının mərkəzindən bir qədər kənarda yerləşən qəsəbələrin həyət evlərində insanların bir çoxu "ceyran peçi" və ya "İran sobası" adlanan istilik vasitələrindən istifadə edirlər. Bəzi evlərdə bu sobalar uzun illərdən qalır və necə deyərlər, dədə-baba yadigarıdır. Bəziləri illərdir kirayə yaşadığı evdən "qurtulub", özünə yarı ac, yarı tox, suvaqsız, ailəsini içinə yığa biləcəyi bir "dam" tikir və həmin evi qızdırmaq yenə "ceyran peçi"nin, "iran sobası"nın öhdəliyinə düşür. Ona görə ki, bu vasitələr digərlərinə nisbətən daha ucuzdur.
..."İstilik mənbəyi" olan vasitələrin əhlükəli tərəfləri insanları maraqlandırmır. Bu məsələ barədə hər il, hər qış hansısa ekspert, ya hansısa aidiyyəti qurum açıqlama verir və xəbərdarlıq mesajları göndərir ki, "bu qəbildən olan istilik vasitələrindən, sobalardan uzaq durun, çünki onların sızma, yanğın törətmə, partlayışa səbəb olma ehtimalı daha çoxdur". Nəticə "sıfır": 3 aylıq qış fəsli ərzində ya hansısa evdə dəmqazından ölüm hadisəsi baş verir, ya yanğın törənir, ya da partlayış...

Təəssüf ki, "ceyran peçi" istifadə edən bəzi vətəndaşlar bu xəbərdarlıqlarla, açıqlamalarla razılaşa bilmir. "Bunlar insanlar üçün təhlükəlidir, almayın, uzaq durun, istifadə etməyin, daha müasirlərini alın" demək asandır. Bu həyatda ən asan şey məsləhət verməkdir: həm pulun cibində qalır, həm də enerjin. Yəni heç nə tükətmədən, sadəcə dilini tərpədərək deyirsən ki, "təhlükəlidir, olmaz, doğru deyil". Yaxşı, indi sual verirəm, biz bunu görə və ya düşünə bilmirik? Biz də hər kəs kimi xəbərləri oxuyur, izləyir, baş verənlərdən narahat oluruq. Sonra nə edək? Bazarda hər şey od qiymətinədir, evinə kombi çəkməyə hər kəsin maddi imkanı çatmır, digər tərəfdən, qazın limitini keçdinsə, qışda bütün əməkhaqqını "Azəriqaz"a yedirirsən. İstilik sistemləri çox bahadır, "ceyran peçi" necə deyərlər, kasıbın dostudur.

İndi o evədolma, qazsızma hadisəsini izah edim necə olur, bilin. Hava bərk küləkli olanda və yatmısınızsa, soba da yanırsa, onun sönmə ehtimalı yaranır və sönəndə xəbəriniz olmur. Lakin bu hal elə də tez tez baş vermir. Əsas problem qazın qəfil kəsilməsi və bir neçə saatdan sonra verilməsidir.

Məsələn, axşamüstü hava soyuq olanda sobanı yandırırsan, qəfil qaz kəsilir. Gərək həmin vaxt kimsə oyaq olsun, ya da sobaya nəzarət etməkçün oturub gözləsin. Qazı kəsirlər və bir müddət sonra gələn qaz evə dolmağa başlayır. Bundan sonra da hadisə baş verir. Yəni bu sobanın təhlükəli olmasının bir səbəbi küləkdirsə, digəri də o qazı qəfil kəsib, "təmir işləri" görən qurumun özüdür.

İndi elə vəziyyət yaradıblar ki, daha bu sobanın da mənası qalmayıb, bir də görürsən, qazı açırıq ki, sobanı yandıraq, qaz borusundan hava püləyir. Bununla dəfərlə rastlaşmışıq. Bizim təhlükəsizliyimizi düşünənlər gərək öncə digər problemləri də görələr, onları da dilə gətirələr. Yoxsa "təhlükəlidir, etməyin" deməklə, iş bitmir. Bazarda qiymətlər bahadır. Üstəgəl, qaz tez-tez kəsilir. Hələ "limit qorxusu" imkan vermir ki, insanlar evində yetərli qaz istifadə edə bilsinlər. Limiti ləğv etsinlər, istilik vasitələrinin qiymətləri əlçatan olsun, "Azəriqaz" könlünün istədiyi zaman qəfil qazı kəsməsin, onda görək, bu hadisələr olacaqmı?

"Ceyran peçi" və ya dəm qazı yox, insanların öz nöqsanlarını görməməsi, etməli olduğu şeyləri etməməsi və başqalarına biganə qalması öldürür...
 

Bölmənin digər xəbərləri

13 May 2024 Nədən istər işəgötürənlər və ya ixtiyarı məsul vəzifəli şəxslər istədikləri vaxt əmək qanunvericiliyini pozurlar?
13 May 2024 Azərbaycanda maaşlarla bağlı ŞOK YENİLİK - VİDEO
12 May 2024 Valideyn məsuliyyəti: Bəziləri dərk etmir?
11 May 2024 Niyə ölkə qanunvericiliyini pozan bu kimi şəxslər hələ də cəzasız qalıb! Niyə?
11 May 2024 Pensiya və maaşlarda artım olacaq? - AÇIQLAMA
10 May 2024 Kirayə evlərlə bağlı VACİB MƏLUMAT: Ev sahibləri... / VİDEO
09 May 2024 Yüksək bal toplayan abituriyentlərin sayının çox olması subbakalavrların şansını azaldıb - VİDEO
09 May 2024 Bir çox şəxsə bəraət veriləcək -ŞAD XƏBƏR
09 May 2024 Ev bazarında çaşqınlıq yaranıb: - Avqust ayına qədər...
08 May 2024 Deputatdan media nümayəndələri ilə bağlı TƏKLİF: - Bu binalarda jurnalistlərə mənzil verilə bilər
08 May 2024  "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir" - NARAZILIQ VAR...
08 May 2024 Ən çox istifadə edilən sosial şəbəkələr – SİYAHI
07 May 2024 Abituriyentlərin qəbul imtahanında iştirakı üçün qeydiyyatı başa çatıb
06 May 2024 AR ƏM bu tələbinə əməl etməyən işəgötürən üçün hansı maddi, mənəvi və inzibati məsuliyyət nəzərdə tutulur
06 May 2024 DİN valideynlərə müraciət etdi
06 May 2024 Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ ilə əlaqədar,...
04 May 2024 "İsrail vətəndaşları BMT-nin humanitar yükünün bir hissəsini məhv ediblər" - Fərhan Haq
04 May 2024 Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri müəyyənləşdirilib
03 May 2024 Qazi Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi qarşısında üsyan etdi VİDEO
02 May 2024 “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir

Dünyapress TV

Xəbər lenti