Irəvandan Moskvaya xəyanət:
Hər ötən gün Rusiya-Ermənistan münasibətlərinin daha da pisləşdiyinin şahidi oluruq. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan martın 31-də deyib ki, Rusiya ilə münasibətlərdəki problemləri gizlətmək mümkün deyil. Ermənistan Qərb qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdə davam edir. Ermənistanın Rusiya ilə “siçan-pişik” oyununa bənzər tərzdə əlaqələrə rəvac verməsi, təbii ki, Kremldə normal qarşılanmır. İki ölkə arasında münasibətlər artıq münaqişə səviyyəsindədir və bir-birinə qarşı əks siyasi addımlar atırlar. Rusiyanın Ukrayna müharibəsi ilə Cənubi Qafqaz da daxil olmaqla müxtəlif coğrafiyalarda zəifləyən mövqeyi Ermənistanın özünə yeni havadar, hami axtarışı məsələsində həlledici oldu. Proseslər isə düşünməyə əsas verir ki, rəsmi İrəvan bu məsələdən artıq geri çəkilmək, anti-Rusiya addımlarından imtina etmək fikrində deyil.

Sözügedən məsələni Şərq.az-a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Ermənistandakı hazırki hakimiyyət birmənalı şəkildə antirusiya mövqeyinə malikdir:

“Qərbin Neo-imperializm şəbəkələri Ermənistanda Rusiyanın dayaqlarını zəiflətmək üçün əllərindəki bütün imkanlardan istifadə etməyə çalışırlar. Bu gün Ermənistandakı Avropa İttifaqının missiyası və Qərbin oynamaq istədiyi təhlükəli planlar Rusiyanın diqqət mərkəzindədir. Eyni zamanda, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsində azalma tendensiyası yoxdur. Son açıqlanan rəqəmlərdə iki ölkə arasında ticarət dövriyəsinin yeddi milyarddan çox olduğu müəyyən olundu. Bu Ermənistan ərazilərində iki qat oyunun getdiyini göstərir. Qərb Şimal qonşumuzun əleyhinə Ermənistanda tendensiya formalaşdırır. Digər tərəfdən isə Rusiya da Ermənistanda özünün varlığını qorumağa çalışır. Buna görə də əlini rəsmi İrəvandan çəkmir. Ümumiyyətlə, Ermənistanın xəyanətkar xisləti tarix boyu davam edib. Bu günki Ermənistan hakimiyyəti Qərbin əlində oyuncağa çevrildiyinin fərqindədir. Eynilə Ermənistandakı Paşinyan höküməti yaxşı anlayır ki, Qərb onlara Rusiyanın iqtisadi mövcudluğunu əvəzləyə bilməz. Buna görə də Ermənistan Rusiya ilə siyasi yöndə məsafə saxlasa da, iqtisadi baxımdan tam qopmur”.

Bölmənin digər xəbərləri

06 İyun 2024 Qalibaf, Cəlili və Laricani İran prezidentliyinə əsas namizədlər olacaq
06 İyun 2024 Çoxdan gözlənilən sülh: bir addım daha - Görünəni odur ki...
04 İyun 2024 Rəisinin iddiasız əvəzedicisi...
03 İyun 2024 Çin digər ölkələri də Sülh Sammitinə getməkdən çəkindirir - Zelenski
03 İyun 2024 Əhmədinejad yenidən prezidentliyə namizəd oldu
01 İyun 2024 Qərb Moskvanın heç vaxt nüvə silahından istifadə etməyəcəyini düşünürsə, səhv edir
31 May 2024 Sloveniya hökuməti Fələstini tanımaq qərarı verib
30 May 2024 Rusiyada həyəcan: Putin varisini elan etdi
30 May 2024 Əksər NATO ölkələri hesab edir ki, o, baş katiblik uğrunda mübarizədən çəkilməlidir – “Politico”
30 May 2024 İrəvandan Bakıya dəhlizlə bağlı təklif: “Hazırıq, istənilən vaxt…”
30 May 2024 Braziliya İsraildəki səfirini rəsmən geri çağırıb
29 May 2024 Türkiyə MTŞ: “Azərbaycanla Ermənistan arasında daimi sülhə yönələn bütün səylərə dəstək üçün hazırıq”
29 May 2024 Gürcüstan parlamenti prezidentin vetosunu ləğv etdi
28 May 2024 İranda prezident postuna iddiaçılar: 10 şəxsin adı hallanır
28 May 2024 İlham Əliyevdən Müstəqillik Günü PAYLAŞIMI
28 May 2024 Almaniya lideri: “Ermənistanla münaqişənin həlli üçün səyləriniz ölkələrimizi birləşdirir”
27 May 2024 Rusiya Prezidenti Vladimir Putin Özbəkistanda səfərdədir
27 May 2024 Yepiskop Qalstanyan Ermənistanın Baş naziri olmaq istəyir
27 May 2024 Cənubi Koreya və Yaponiya ABŞ ilə əməkdaşlığı gücləndirəcək
26 May 2024 İran prezidenti postuna namizədlərin yekun siyahısı nə vaxt bəli olacaq?

Dünyapress TV

Xəbər lenti