Ardını oxu...
Cəlilabadı talan edirlər. Bu rayondan Əziz Əzizovu vəzifəsindən çıxartdılar. Namiq Zeynalovu həbs etdilər. İndidə rayona Rafiq Cəlilovu İcra başçısı təyin ediblər. Rayonu xaraba qoyub talan edirlər.

TEREF "Azərbaycan Reallığı"na istinadla xəbər verir ki, bu sözləri YouTube sosial şəbəkə kanallarında Birinci Vətən Müharibəsinin Qarabağ qazisi deyib. O üzünü ölkə başçısına tutaraq ondan kömək istəyib. Rafiq Cəlilov rayona gələndən rayonda satmadığı torpağ qalmayıb. Qazi və veteranların adından iş adamlarından pullar yığıb, heç kəsə kömək etməyib, hamısını özü yeyib. Müavini Elnarə Həsənovada qara kassasıdır. Rayonu talan edib, görün torpağları hansı hala salıblar?

Kərəm Həsənov Malik Həsənov Rafiq Cəlilov gözləriniz doymur? Bəsdirin! Cəllabadlılardan nə istəyirsiz? Cənab Prezident Sizin iradənizlə 44 günə Qarabağ torpağları işğaldan azad olundu amma bu Cəlilabada təyin etdiyiniz məmurlar rayonu talan edir. Satmadığları yer qalmadı. Dəfələrlə sizə telegramlar vurub məktublar yazsamda ünvana çatmağa imkan vermirlər. Xahiş edirəm kömək edin. Deyə sonda vətəndaş bildirib.

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Türkiyə beynəlxalq sistemin yenidən aktivləşdirilməsi, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Təhlükəsizlik Şurasının yenidən qurulması üçün məlumatlılığı artırmaq istəyir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamenti 12 ölkədə “BMT Təhlükəsizlik Şurasının islahatı: beynəlxalq nizamın yenidən qurulmasına yanaşma” mövzusunda panel silsiləsi təşkil edir.

Birincisi 2022-ci ilin aprel və iyun aylarında İtaliya və Argentinada olacaq tədbirin ikincisi avqustin 16-da Fransanın paytaxtı Parisdə, sonra 18-də Londonda (Böyük Britaniya), 22-də Osloda (Norveç), 24-də Stokholmda (İsveç) və 26-da Amsterdamda (Hollandiya) keçiriləcək.

Sonra Cənubi Afrika, Almaniya, Cənubi Koreya, Yaponiya, İspaniya və Rusiyada da belə panellər təşkil olunacaq. Sonuncu tədbir sentyabrda Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçiriləcək.

Bu tədbirlər zəncirini təşkil etməkdə Türkiyənin məqsədi yerli və xarici mütəxəssislərin iştirakı BMT islahatına dair siyasətini qlobal miqyasda beynəlxalq ictimaiyyətlə bir arada müzakirə etməkdir.
 
 

Ardını oxu...
“Taliban” nümayəndə heyəti avqustun 15-də Kabilin ələ keçirilməsinin ildönümündə Moskva və Kazana səfər edəcək.

Bu barədə Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov bildirib.

Tərəflər yağ, buğda, un və günəbaxan yağının alınmasını müzakirə edəcəklər.

Qeyd edək ki, hazırda Rusiya Əfqanıstana mühərriklər üçün elektrik avadanlıqları, ağac və taxta məmulatları, un, mərci, maya, noxud və yağlar ixrac edir. Buna cavab olaraq ölkədən qurudulmuş üzüm və ərik, badam, pendir, çay və qəhvə, yerkökü, çuğundur, konsentratlar və nasoslar alır.

Mənbə: lenta.ru
 
 
 
Ardını oxu...
ABŞ Rusiyanı terrorizmə sponsorluq edən ölkə kimi tanısa, Moskva Vaşinqtonla münasibətləri kəsəcək.

TEREF xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Biz bu barədə danışdıq və təkcə şifahi deyil, həm də bu şərhləri yazılı şəkildə yerləşdirdik və hətta ingilis dilinə tərcümə etdik. Hər şey dəfələrlə bəyan edilib”, – Mariya Zaxarova “Rossiya-1”in efirində deyib.

Zaxarovanın sözlərinə görə, ABŞ Qərb ölkələrini Rusiyanı terrorizmin sponsoru kimi tanımağa məcbur edir.

Avqustun 11-də Latviya Seyminin deputatları Rusiyanı terrorun dövlət himayədarı elan ediblər. Bundan sonra latviyalı deputatlar Avropa İttifaqı ölkələrini ruslara vizaların verilməsini dərhal dayandırmağa çağırıblar.Sfera.az
 
Ardını oxu...
Fransa prezidenti Emmanuel Makron Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları imzalayıb.
Bakupost.az xəbər verir ki, bu barədə AFP Yelisey sarayına istinadən məlumat yayıb.
“Finlandiya və İsveçin bu suveren hüququ onların təhlükəsizliyini gücləndirəcək. İki tərəfdaş ölkənin imkanlarını nəzərə alaraq bu, Avropada təhlükəsizliyimizə əhəmiyyətli töhfə verəcək”, - deyə məlumatda bildirilib.
 
 
 
Ardını oxu...
Görüşün noyabr ayında keçiriləcəyi gözlənilir

ABŞ Prezidenti Co Bayden noyabrda Çin Prezidenti Si Cinpinlə ilk təkbətək görüşünü keçirə bilər.

AYNA xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Bildirilir ki, Si Cinpinin Cənub-Şərqi Asiyaya səfəri və noyabrda Baydenlə görüşü planlaşdırılır.

Qeyd olunur ki, bu, Çin rəhbərinin təxminən 3 ildə ABŞ-a ilk səfəri və Amerika prezidenti vəzifəyə başladıqdan sonra onun Baydenlə ilk görüşü ola bilər.

Qəzetin yazdığına görə, Si Cinpin 15-16 noyabrda Bali adasında keçiriləcək G20 sammitində iştirak edə, oradan isə APEC sammiti üçün Banqkoka gedə bilər.
 
Ardını oxu...
Türkiyə və Ermənistan arasında ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqların 5-ci raundu bu ilin sentyabrına planlaşdırılıb. Bu mərhələ iki ölkə arasında etimad mexanizminin yaradılması gətirib çıxara bilər.

Axar.az xəbər verir ki, bu sözləri rusiyal ekspert Stanislav Pritçin deyib.

O bildirib ki, regional sülh və sabitlik olması üçün Ankara və İrəvan arasında münasibətlərin normallaşması kontekstində Rusiya, Azərbaycan və Ermənistanın birgə bəyannaməsinə riayət olunması vacibdir:

“Türkiyə Azərbaycanın müttəfiqi kimi Ermənistan istiqamətində bütün səylərini mümkün qədər onunla əlaqələndirməyə çalışır. Bu, Ermənistana əlavə təzyiq vasitəsi kimi, o cümlədən Ermənistanı Azərbaycanla dialoq kontekstində daha münasib hala gətirmək üçün istifadə olunur. Ancaq bu, həmişə gözlənilən effekti vermir. Qarabağdakı son hadisələr də vəziyyətin bəzən əks istiqamətdə inkişaf edə biləcəyini göstərdi”.
 
Ardını oxu...
Estoniya və Finlandiya sahil mühafizəsi üzrə raket sistemlərini birləşdirəcək. Bu, daha əvvəl elan edilmiş mühafizə planlarının inteqrasiyası çərçivəsində baş tutacaq.

Bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur məlumat verib.

“Biz sahil mühafizəsi raket sistemlərimizi inteqrasiya etməliyik. Estoniya və Finlandiya raketlərinin fəaliyyət diapazonu Finlandiya körfəzinin genişliyindən çoxdur. Bu o deməkdir ki, biz raketdən müdafiə sistemimizi birləşdirəcəyik və bütün məlumatları bir-birimizlə paylaşacağıq”, - deyə o qeyd edib.

Estoniya Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, bu qərar Finlandiya körfəzinin Rusiya hərbi gəmiləri üçün bağlanmasına imkan verəcək.

“Finlandiya və İsveç NATO-ya daxil olanda Baltik dənizi NATO-nun daxili dənizinə çevriləcək. Vəziyyət dəyişəcək”, - deyə o əlavə edib.

Mənbə: Evropeyskaya pravda
 
Ardını oxu...
Çeçenistan hökumətinin başçısı Ramzan Kadırov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və MİT rəhbəri Hakan Fidanla görüşdüyünü deyib.

KONKRET.az xəbər verir ki, Ramazan Kadırov Ərdoğanla Putin Soçidə görüşərkən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və MİT rəhbəri Hakan Fidanla görüşdüyünü iddia edib .

Kadırovun açıqlamalarından 24 saat keçməsinə baxmayaraq , türklər tərəfindən təkzib xəbəri yoxdur.

Ramazan Kadırov Telegram hesabında da açıqlama verib:

“Mən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və MİT rəhbəri Hakan Fidanla şəxsən görüşdüm. Məhsuldar qeyri-rəsmi görüş oldu. Çavuşoğlu bu görüşün əlaqələrin inkişafı üçün başlanğıc olmasını arzuladı. Görüşün sonunda qonaqlar müxtəlif məsələlərdə əməkdaşlıq etmək üçün məni Türkiyəyə dəvət etdilər. Təbii ki, mən bunu qəbul etdim”-bildirib.
 
Ardını oxu...
İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Telefon danışığı zamanı tərəflər qarşlılıqlı əlaqələri müzakirə ediblər.
İbrahim Rəisi bildirib ki, iki ölkə arasında dərin tarixi əlaqələr mövcuddur. Tehran və İrəvan arasında davamlı iqtisadi əməkdaşlıq səviyyəsinin artırılması zəruridir.
“Üçtərəfli atəşkəs bəyanatını imzalayan dövlətlərin onun müddəalarına sadiq qalması və qalan məsələlərin dialoq və diplomatik yolla həlli Qafqaz regionunda sülh və təhlükəsizliyin bərqərar olmasının ən yaxşı yoludur” – deyə Rəisi qeyd edib.
Nikol Paşinyan telefon danışığı zamanı Azərbaycanla sərhəddə baş verən qarşıdurmalar barədə məlumat verib.
Ermənistanın Baş naziri Tehran-İrəvan əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib və ölkəsinin iki ölkə arasında yüklərin tranzitini asanlaşdırmağa, infrastruktur, o cümlədən yol və enerji sahələrində əməkdaşlığı artırmağa hazır olduğunu vurğulayıb./APA
 

Dünyapress TV

Xəbər lenti