b_400_300_16777215_00_https___modern.az_photo_885x575_2022_09_16_1663313097_163193967254810441_1000x669.jpg

Ötən iclasdan bəri illik faktiki inflyasiya səviyyəsində əhəmiyyətli dəyişiklik olmayıb.  

 

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

 

Qeyd edilib ki, mövsümi amillərin azaldıcı təsirlərinə baxmayaraq avqustda 0.9% səviyyəsində inflyasiya olub:

 

"Qeyri-ərzaq və xidmətlərin bahalaşması ilə yanaşı ərzaq mallarının da 1.2% bahalaşması aylıq inflyasiyanı şərtləndirib.

 

İllik inflyasiya 2022-ci ilin avqustunda 14.2% təşkil edib, orta illik inflyasiya isə 13.2% olub. Baza inflyasiya illik 12.1%, orta illik 10.2% olub.

 

Ümumi inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib. Avqustda illik inflyasiyaya 9.1 faiz bəndi ərzaq, 2.1 faiz bəndi qeyri-ərzaq, 3.1 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə verib.

 

Aparılmış təhlillər inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amillərinin üstün rola malik olduğunu göstərir. Avqust ayında dünya ərzaq qiymətləri 1.9% azalsa da, onun illik artımı 7.9% səviyyəsindədir və müəyyən zaman intervalı ilə daxili qiymətlərə ötürülür. Eyni zamanda təchizat zənciri ilə bağlı xərcləri xarakterizə edən indekslər son aylar azalsa da ümumilikdə yüksək olaraq qalır.

 

Xarici mənşəli xərc amilləri istehlakçı qiymətləri ilə yanaşı istehsalçı qiymətlərinə də təsir edir. İstehsalçı qiymətləri indeksi qeyri-neft sənaye məhsulları üzrə və kənd təsərrüfatı məhsulları üzrə avqustda müvafiq olaraq 0.1% və 1% artmışdır. Son 1 ildə isə bu göstəricilərin artımı müvafiq olaraq 16.5% və 19.3% təşkil edib".

 

"İnflyasiya gözləntiləri ötən iclasdan bəri əsasən sabit qalıb. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə inflyasiya gözləntiləri avqustda əvvəlki ayla müqayisədə tikintidə azalıb, xidmət sektorunda demək olar ki, sabit qalıb, ticarətdə və qeyri-neft sənayesində isə cüzi yüksəlib.

 

İlin sonuna illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır. Dünya ərzaq qiymətlərinin gözlənilən dəyişimi və 2022-ci il inflyasiyasının yüksək bazası nəzərə alınmaqla 2023-cü ilə illik inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilib".

Bölmənin digər xəbərləri

12 May 2024 Gündə cəmi 20 dəqiqə işləyir: Ayda 40 min dollardan çox qazanır
12 May 2024 Rza Zərrabın bacısının ərinin “Baku Electronics”inin vergi borcu qalıb - 177 min manatdan çox
12 May 2024 ABŞ Çin şirkətlərinə sanksiya tətbiq etdi
11 May 2024 Azərbaycanın ən böyük neft yatağında hasilat 2,1 dəfə azaldı – 13 ilin statistikası
10 May 2024 Azərbaycan bu il Türkiyədən 695 milyon dollarlıq mal alıb
10 May 2024 Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
09 May 2024 Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 “Tesla”nın Çin istehsalı olan avtomobil satışları kəskin azalıb
08 May 2024 Azərbaycanda vergi ödəyicilərinin sayı 1 % artıb
07 May 2024 Kommunal ödənişlərin ən baha olduğu ölkələr – SİYAHI
07 May 2024 Ölkələrin ən çox idxal etdiyi məhsullar – SİYAHI
07 May 2024 Dünyanın ən zəngin 10 ölkəsi - 2024-cü il reytinqi
06 May 2024 Milyonçu var-dövlətindən əl çəkib evsiz qaldı- Buna səbəb nə oldu?
06 May 2024 Rusiyanın ən varlı 26 milyarderi son bir gündə 5 milyard dollar qazanıblar – Tam siyahı
06 May 2024 Ölkə iqtisadiyyatında inkişafın başlanğıcının təməli Heydər Əliyev tərəfindən qoyulub
04 May 2024 Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb
04 May 2024 Toya hazırlaşanlar narazıdır, şadlıq saraylarında qiymətlər od tutub yanır: - SƏBƏB NƏDİR?
03 May 2024 Azərbaycanda devalvasiya olacaq - TARİX AÇIQLANDI
03 May 2024 “Access Bank” faiz endirimin acısını yaşayır - 3 ayda 86 milyonluq depozit itkisi
03 May 2024 "Qanun dəyişikliyi problemli ipoteka kreditlərinin qarşısını alacaq" - AKTUAL

Dünyapress TV

Xəbər lenti