Dünya milyarderlərinin siyahısında dəyişiklik –
Dünyanın ən varlı adamlarının siyahısı dəyişib.

Teleqraf.com “Bloomberg Milyarderlər İndeksi”nə istinadən xəbər verir ki, hindistanlı iş adamı amerikalı milyarderi keçərək dünyanın 3-cü ən zəngini olub.

Dünyanın ən zəngin 10 adamının siyahısını təqdim edirik:

Siyahıya Cənubi Afrika əsilli investor və sahibkar İlon Mask liderlik edib. O, dünyanın ən qiymətli avtomobil “Tesla”nın istehsalçısı və kosmik xidmətlər şirkəti “SpaceX”in baş direktorudur. İlon Maskın 246 milyard dollarlıq sərvətinin mənbəyi “Tesla” və “SpaceX” şirkətlədir.

İkinci yerdə qərarlaşan “Amazon” onlayn alış-veriş portalının sahibi Cef Bezosun (Jeff Bezos) varidatı 151 milyard dollardır. Sərvətinin mənbəyi “Amazon” və “Blue Origin” şirkətidir.

Üçüncü yerin sahibi hindistanlı milyarder Qautam Şantilal Adaninin sərvəti 141 milyard dollardır. Bu il “Adani Grop”un səhmləri 95 faiz artıb.

Dünyanın ən böyük lüks mallar şirkəti olan “LVMH Moet Hennessy Louis Vuitton”un prezidenti, fransız iş adamı Bernar Arno siyahıda dördüncü yerdə qərarlaşıb. Onun 130 milyard dollarlıq sərvətinin mənbəyi “LVMH”, “Christian Dior SA” şirkətləridir.

Amerikalı sahibkar, “Microsoft” şirkətinin sahibi Bill Geyts 115 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin beşinci adamıdır.

Amerikalı proqram mühəndisi, dünyanın ən böyük axtarış sistemi olan “Google”un ana şirkəti “Alphabet”in həmtəsisçisi Larri Peyc sərvəti 100 milyard dollardır.

"Berkshire Hathavay"ın sahibi Varren Buffett 98,4 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin yeddinci adamdır. O, ümumilikdə 48 milyard dollarla ABŞ-da indiyə qədər edilən ən böyük ianəni edib.

Larri Peyc ilə birlikdə “Google”u quran amerikalı proqram mühəndisi Sergey Brinin sərvəti 95,9 milyard dollar olub. Ötən illə müqayisədə sərvətində 3.2 milyard dollar azalma olsa da, dünyanın ən zəngin səkkizinci adamdır. O, 2019-cu ildə “Google”un ana şirkəti olan Alphabet”in prezident postunu tərk edib, lakin idarə heyətinin üzvü olaraq qalır.

"Oracle"ın qurucusu və rəhbəri amerikalı iş adamı Larry Ellison 93,6 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin doqquzuncu adamı olub. O, həmçinin 2018-ci ilin dekabrında “Tesla”nın 3 milyon səhmini aldıqdan sonra şirkətin idarə heyətinə qatılıb.

Dünyanın ən böyük proqram təminatı şirkəti "Microsoft"un keçmiş rəhbəri Stiv Balmer 92,1 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin onuncu adamı olub. O, 2014-cü ildə vəzifəsini tərk etsə də, “Windows” əməliyyat sistemi və “Xbox” oyun konsolunu istehsal edən “Redmond” şirkətinin səhmdarı olaraq qalır. Balmer həmçinin “LA Clippers” basketbol komandasının sahibidir.

Müəllif: Yeganə Oqtayqızı
 
 
 

Bölmənin digər xəbərləri

20 Sentyabr 2024 İçki və tütün məmulatları ilə bağlı yenilik: Depozit tətbiq ediləcək
20 Sentyabr 2024 “Rus rublu” hesabına dolanışıq kəsilir… – “Əvvəl ev tikirdik, maşın alırdıq, indi yeməyə
20 Sentyabr 2024 Həyəcan təbili: Bahalaşmanın növbəti dalğası gəlir? - BELƏ HARA GEDİRİK?..
19 Sentyabr 2024 "Badamdar Hotel" məcburi auditdən yayınıb - Cərimə olunur
19 Sentyabr 2024 Rusiyanın tikinti şirkətləri Azərbaycanla birgə layihələr reallaşdırmaq niyyətindədir
19 Sentyabr 2024 “Zapravka”ları bağlanan məşhur şirkət müflis olub? - milyonlarla manat geri götürüldü
18 Sentyabr 2024 Azərbaycan gələn il üç milyard manata yaxın borc alacaq
18 Sentyabr 2024 Ətin qiyməti son bir ildə niyə kəskin artıb?
18 Sentyabr 2024 2028-ci ilə qədər manatın məzənnəsi barədə açıqlama
17 Sentyabr 2024 Vətəndaşlara baha satılan mallar: Xaricdən toyuq əti Azərbaycana 3, mal əti isə 7 manata gətirilir
17 Sentyabr 2024 Deputata məxsus şirkət hansı qaydanı pozub?
16 Sentyabr 2024 Azərbaycan-Rusiya Maliyyə Dialoqunun ilk iclası olub
15 Sentyabr 2024 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan sonra...
15 Sentyabr 2024 Dollara tələbat artır – Manat ucuzlaşacaq?
14 Sentyabr 2024 Qiymət artımı davam edəcək - NƏ ETMƏLİ?
13 Sentyabr 2024 Ən çox şikayət edilən banklar: “Yelo Bank”, “Bank of Baku”, “BTB Bank” '' TuranBank"...
13 Sentyabr 2024 Baba Rzayev bu dəfə hansı şirkəti qalib edəcək? – Milyonluq tender
13 Sentyabr 2024 Ətin bahalaşması hökumətin də diqqətini çəkdi? Yenə söz söhbət amma əməli bir şey görünmür
12 Sentyabr 2024 İqtisadiyyatın qaranlıq gələcəyi: - Neft qiymətləri aşağı düşür, hasilat və gəlirlər azalır...
11 Sentyabr 2024 Toyuq ətindən sonra yumurta da bahalaşır - AÇIQLAMA

Dünyapress TV

Xəbər lenti