Rusiyadan 50 qəpiyə alınan buğda unu marketlərdə 1 manat 71 qəpiyə satılır
Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xaricdən ümumi dəyəri 2 milyon 29,9 min dollar olan 6 min 916,6 ton buğda unu idxal edilib.
Yeniavaz.com-un apardığı hesablama göstərir ki, idxal olunan buğda ununun 1 kiloqramının orta gömrük dəyəri 50 qəpik (29 sent) olub.
İdxal olunan buğda unun 99,3%-i Rusiyadan ölkəmizə gətirilib.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə idxal olunan buğda ununun 1 kiloqramının orta gömrük dəyəri 54 qəpik (32 sent) olub. Açıqlanan məlumatlardan da göründüyü kimi, idxal buğdanın gömrük dəyəri son bir ildə 7,4% aşağı düşüb.
Qeyd edək ki, idxal olunan buğda ununun 1 kiloqramının ölkə daxilindəki pərakəndə satış qiyməti idxal gömrük dəyərindən 3,4 dəfə yükəskdir. Belə ki, bu ilin aprel ayında 1 kiloqram buğda ununun pərakəndə satış qiyməti 1,71 manat olub.
Onu da bildirək ki, buğda ununun idxal gömrük dəyəri son bir ildə 7,4% aşağı düşüdyü halda, pərakəndə satış qiyməti cəmi 3,4% ucuzlaşıb. Ötən ilin aprel ayında 1 kiloqram buğda unun pərakəndə satış qiyməti 1,77 manat olub.

Bölmənin digər xəbərləri

16 İyun 2024 Bayramqabağı mal bazarında vəziyyət: Dana 2 000, quzu 500, dəvə 6 000 manatdır
16 İyun 2024 Fransa şirkəti Nigerdəki uran mədənində hasilat hüququnu itirə bilər
15 İyun 2024 Azərbaycana Belarusdan kiloqramı 5,4 manata pomidor gətirilib – Marketlərdə satılmır
15 İyun 2024 Bir ildə 43 milyonluq tender udan iş adamı nədən narazıdır?
15 İyun 2024 Kommunal xidmətlərə niyə pul yatırılmır? - İLGİNC...
14 İyun 2024 “Akkuyu” AES-in tikintisinin dəyəri 24-25 milyard dollardır
14 İyun 2024 Kiçik-orta sahibkarların boğulması prosesinə bir məsələ də əlavə olundu
12 İyun 2024 Bayramqabağı bazarda son vəziyyət: 250 manatdan 450 manatadək satılan qurbanlıqlar VİDEO
12 İyun 2024 Rusiyanın aktivlərindən əldə edilən ilk 1,5 milyard Ukraynaya nə vaxt veriləcək?
12 İyun 2024 Azərbaycanla bağlı variant masada: Rusiyanı əvəz edəcək - GƏLİŞMƏ
12 İyun 2024 “Unibank”la müqavilələr kütləvi şəkildə ləğv edilir
11 İyun 2024 Türkiyənin ən böyük dövlət bankı Rusiyaya ödənişlərdən imtina edir
10 İyun 2024 Bu rayonda mal ətinin maya dəyəri 2 manatdır
09 İyun 2024 Bayramın gətirdiyi bahalaşma, yoxsa... - Azərbaycanda ətin qiyməti Avropa səviyyəsindədir
08 İyun 2024 Azərbaycanda dolların qiyməti ilə bağlı VACİB XƏBƏR: Bu tarixdə devalvasiya OLACAQ?
07 İyun 2024 Aİ-nin “əks pul köçürmə” mexanizmi- Kasıb ölkələrdən varlı ölkələrə pul axını
06 İyun 2024 Özəl sektorda ən yüksək və ən aşağı maaş bu rayonlarda verilir (SİYAHI)
04 İyun 2024 “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC - CƏRİMƏ OLUNA BİLƏR
04 İyun 2024 Dollar alışında kəskin artıma nə səbəb oldu?
04 İyun 2024 Saatlıq əməkhaqqı nə qədər olmalıdır? - Açıqlama

Dünyapress TV

Xəbər lenti