“Access Bank” faiz endirimin acısını yaşayır -
“Access Bank”ın əmanət portfeli bu ilin ilk rübündə 86,2 milyon manat azalıb və bir milyard manatdan aşağı enib.

İqtisadiyyat.az xəbər verir ki, 2024-cü ilin ilin ilk rübündə bankın əmanət portfeli 8% azalaraq 965,4 milyon manata enib. Halbuki, ötən ilin sonunda bu rəqəm 1,05 mlrd. manat təşkil etmişdi.

Azalma bankın həm fiziki, həm də hüquqi şəxslərin əmanət portfeli üzrə müşahidə edilib.

Bu ilin ilk üç ayında fiziki şəxslərin bankdakı əmanətlərinin həcmi 842,5 milyon manatdan 809,6 milyon manata enib, hüquqi şəxslərinin depozitləri isə 209,1 milyon manatdan 155,7 milyon manata enib. Başqa sözlə, əhali üç ayda bankdan 32,8 milyon manat, şirkətlər isə 53,4 milyon manat depoziti bankdan çəkib.

Bu isə bankın cəmi öhdəliklərinə təsir edib. 1 aprel tarixinə "Access Bank"ın cəmi öhdəlikləri 3% və ya 35 milyon manat azalaraq 1,22 mlrd. manata enib. 2024-cü ilin əvvəlinə bu rəqəm 1,22 mlrd. manat təşkil edib.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyası (15,86%), Hollandiya İnkişaf Bankı (9,62%) və Avstriya İnkişaf Bankıdır(9,36%).
 

Bölmənin digər xəbərləri

19 May 2024 Azərbaycanda sığorta şikətlərinin investisiyaları 18 % artıb
19 May 2024 Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var - Taleh Kazımov
18 May 2024 TAKSİ QİYMƏTLƏRİ İKİ DƏFƏYƏ YAXIN BAHALAŞACAQ – İki həftə sonra Bakıda taksi xidmətində nələr dəyişəcək?
18 May 2024 "Birbank" debet kartları dövriyyədən çıxarılır? - AÇIQLAMA
17 May 2024 Azərbaycanda “dollar sevdası” bitdi?
17 May 2024 Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb
15 May 2024 Rusiyalılar Türkiyəyə axışır: Tur satışları ikiqat artıb
15 May 2024 Ukraynalı iş adamının ötən il Bakıda yaratdığı 150 min dollarlıq şirkət BAĞLANDI
14 May 2024 Maaş artırılır: Hökumət hansı rəqəm üstündə dayanacaq? - GƏLİŞMƏ
14 May 2024 KTN sistemində ABSURD subsidiya siyasəti - NAZİRİN NƏZƏRİNƏ...
14 May 2024 Olmayan inflyasiya: Onu 1 faizdən də aşağı kim azaldıb? - ARAŞDIRMA
13 May 2024 G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub
13 May 2024 KİV: Kosovo tamamilə avro əməliyyatlarına keçəcək
13 May 2024 Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanın ləğvi onlayn ticarətə necə edəcək? - ARAŞDIRMA
12 May 2024 Gündə cəmi 20 dəqiqə işləyir: Ayda 40 min dollardan çox qazanır
12 May 2024 Rza Zərrabın bacısının ərinin “Baku Electronics”inin vergi borcu qalıb - 177 min manatdan çox
12 May 2024 ABŞ Çin şirkətlərinə sanksiya tətbiq etdi
11 May 2024 Azərbaycanın ən böyük neft yatağında hasilat 2,1 dəfə azaldı – 13 ilin statistikası
10 May 2024 Azərbaycan bu il Türkiyədən 695 milyon dollarlıq mal alıb
10 May 2024 Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb

Dünyapress TV

Xəbər lenti