Ardını oxu...
UEFA Çempionlar Liqasında qrup mərhələsinin III tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

"Report"un məlumatına görə, bu ada İtaliya "Yuventus"undan Anxel Di Mariya, Almaniyanın "Borussiya" (Dortmund) klubundan Cud Bellingem, İtaliya "Napoli"sindən Covanni Di Lorentso və Almaniya "Leyptsiq"indən Andre Silva iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
 
 
 
Ardını oxu...
"Olimpiakos"un Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün iştirak ərizəsi açıqlanıb.

"Report" Pirey təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, sabahkı qarşılaşmada baş məşqçi Miçel Qonsalesin sərəncamında 22 futbolçu olacaq.

Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 11-i yarımmüdafiəçi, 2-si isə hücumçudur.

Qapıçılar: 88. Kostas Tsolakis, 91. Aleksandros Pasxalakis, 99. Atanasios-Teoloqos Papadudis

Müdafiəçilər: 2. Şime Vrsalko, 12. Marselo, 15. Sokratis Papastatopulos, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse

Yarımmüdafiəçilər: 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 17. Marius Vrusai, 19. Yorqos Masuras, 20. Coş Bouler, 21. Pep Biel, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 74. Andreas-Rixardos Ntoi, 77. Qarri Rodriges

Hücumçular: 18. Hvan İy Co, 47. Abubakar Kamara

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq
 
 
 
Ardını oxu...
Kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Şahmat Klub Kubokunda növbəti oyunlarını keçirib.

"Vüqar Həşimov" II turda İsveçin "Stockholms" kollektivini sınağa çəkib. Görüş Azərbaycan təmsilçisinin 4,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.

"Odlar Yurdu" isə Ukraynanın "Blue & Yellow" klubu ilə üz-üzə gəlib və rəqibini 3:1 hesabı ilə məğlub edib.

Kişilər

II tur

"Vüqar Həşimov" - "Stockholms" - 4,5:1,5

Kiril Şevçenko - Lars Hauge - 1:0

Misrətdin İskəndərov - Can Ertan - 0,5:0,5

Vüqar Əsədli - Erik Torn - 0:1

Əhməd Əhmədzadə - Karl Sederstam - 1:0

Ülvi Sadıxov - Nils-Qustam Rehman - 1:0

Xəzər Babazadə - Felik Tuomainen - 1:0

Qadınlar

"Blue & Yellow" - "Odlar Yurdu" - 1:3

Natalya Buksa - Günay Məmmədzadə - 0,5:0,5

İnna Qaponenko - Ülviyyə Fətəliyeva - 0:1

Yevgeni Doluxanova - Xanım Balacayeva - 0,5:0,5

Diana Tarleva - Gövhər Beydullayeva - 0:1

Qeyd edək ki, "Vüqar Həşimov" komandası ilk turda İngiltərə "Şarks"ını, "Odlar Yurdu" isə Fransa "Filidor"unu məğlub edib.
 
Ardını oxu...
Azərbaycanın kişilərdən ibarət “Vüqar Həşimov” və qadınlardan ibarət “Odlar Yurdu” komandası Avstriyanın Mayrhofen şəhərində start götürən Avropa Şahmat Klub Kubokuna qələbə ilə başlayıb.

İlk turda rəqib müvafiq olaraq, İngiltərənin "Şarks" və Fransanın "Filidor" kollektivləri olub.

“Vüqar Həşimov” komandası rəqibini 5,5:0,5, "Odlar Yurdu" isə 2,5:1,5 hesabı ilə məğlub edib.

Avropa Şahmat Klub Kuboku

I tur

Kişilər

"Şarks" (İngiltərə) - "Vüqar Həşimov" (Azərbaycan) - 0,5:5,5

Peter Robertson - Rauf Məmmədov - 0:1

Racat Makkar - Vüqar Əsədli - 0:1

Ceyms Morebi - Əhməd Əhmədzadə - 0,5:0,5

Adam Bremner - Ülvi Sadıqov - 0:1

Hyu Mörfi - Xəzər Babazadə - 0:1

Liam Varnam - Anar Allahverdiyev - 0:1

Qadınlar

"Odlar Yurdu" - "Filidor" (Fransa) - 2,5:1,5

Günay Məmmədzadə - Altan Uzi Enxtuul - 0,5:0,5

Ülviyyə Fətəliyeva - Annar-Mari Klek - 1:0

Gülnar Məmmədova - Mariya Navrotesku - 0:1

Xanım Balacayeva - Appolina Tomas - 1:0
 
 
 
Ardını oxu...
İspaniya La Liqasının VII turu davam edir.

Oxu.Az xəbər verir ki, turun maraqlı görüşlərindən biri Madriddə baş tutub.

“Real” “Osasuna”nı qəbul edib.

Oyunda hesabı meydan sahibləri açıblar. 42-ci dəqiqədə Vinisius Junior “kral klubu”nu hesabda önə çıxarıb.

50-ci dəqiqədə Kike status-kvonu bərpa edib.

Oyunun ən maraqlı anlarından biri 78-ci dəqiqə yaşanıb. Benzemaya qarşı cərimə meydançasındakı kobudluğu VAR-ın köməyi ilə penalti kimi dəyərləndirən matçın baş hakimi Qarsiyanı meydandan qovub.

Zərərçəkən isə əlinə düşən şansdan yararlana bilməyib. Benzemanın zərbəsi qapı tirinə dəyərək meydandan çıxıb.

Oyunda başqa ol olmayıb və Karlo Ançelottinin komandası mövsüm başlayandan bəri ilk dəfə xal itkisi ilə üzləşib.

 
 
 
Ardını oxu...
Marina Bey avtodromunda keçirilən "Formula 1" üzrə Sinqapur Qran Prisinin qalibi bəlli olub.

"Red Bull"un pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayıb.

Finişə ikinci sırada "Ferrari"dən Şarl Lekler çatıb. Onun komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub.

Çempionatın hazırkı lideri "Red Bull"dan Maks Ferstappen yeddinci yerlə kifayətlənib.
 
 
 
Ardını oxu...
Futbol üzrə Türkiyə Super Liqasında 2022/2023 mövsümünün ilk İstanbul derbisi baş tutub.

"Report"un məlumatına görə, VIII tura təsadüf edən prinsipial oyunda "Fənərbağça" "Beşiktaş"ın qonağı olub. "Vodofon Park" stadionunda oynanılan görüşdə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra xallarını 15-ə çatdıran "qara qartallar" 6-cı, 14- xalı olan "bülbüllər" isə 7-ci pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, turnir cədvəlinə 17 xalla "Başahşehir" başçılıq edir. "Adana Demirspor", "Konyaspor" və "Qalatasaray" da eyni xala malikdir.
Ardını oxu...
İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində dörddəbir final mərhələsinə yekun vurulub.

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan millisinin daha 2 üzvü qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.

Məhəmmədəli Aşurəliyev Armandas Kreqzdenin (Litva) ardınca Artur Avetikyana (Ermənistan) da gücünü göstərib. Birincilikdə 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa birinciliyinin finalçısı rəqibinə heç bir şans verməyib. Erməni boksçunu 5:0 hesabı ilə məğlub edən M.Aşurəliyev yarımfinalda iştirak hüququna yiyələnib. O, finala gedən yolda gürcüstanlı Levan Demurovi ilə döyüşəcək.

Avropa çempionumuz Məhəmmədəli Qasımzadə (57 kq) də rinqdən qalib ayrılıb. Səkkizdəbir finalda Nik Smirnovu (Almaniya) mübarizədən kənarlaşdıran boksçumuz bu dəfə Kallum Karrager (İrlandiya) üzərində qələbə qazanıb. M.Qasımzadə döyüşü 5:0 hesabı ilə aktivinə yazıb. Təmsilçimiz növbəti mərhələdə latviyalı Nikolayes Zamyatinslə qarşılaşacaq.

Hər iki boksçu yarımfinalda qələbə qazanmaqla özü üçün bürünc medalı da təmin edib. Bununla da mükafat qazanacağı rəsmiləşən boksçularımızın sayı 5-ə çatıb. Yarımfinal görüşləri oktyabrın 2-də olacaq.

Millimizin digər üzvlərindən Faiq Mollayev (46 kq) Tomas Vari Cona (İngiltərə), Ziya Həsənov (66 kq) isə Pavel Urbanskiyə (Polşa) məğlub olub.

Qeyd edək ki, dörddəbir final mərhələsində Nərmin Əlizadə (48 kq) də erməni rəqibi Mahur Marikyana 5:0 hesabı ilə qalib gəlib. 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının qatıldığı Avropa birinciliyində final döyüşləri isə oktyabrın 4-də keçiriləcək.
 
Ardını oxu...
İtaliya A seriyasının 8-ci turunda “İnter” “Roma”nı qəbul edib.

Oxu.Az xəbər verir ki, “San Siro”da keçirilən görüşdə qonaq komanda 2:1 hesabı ilə qalib gəlib.

İtaliya A seriyası
VIII tur

“İnter” – “Roma” – 1:2
Qollar: Dimarko, 30 - Dibala, 39, Smollinq, 75

Bu qələbə ilə xalını 16-ya çatdıran Joze Mourinyonun baş məşqçisi olduğu komanda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “İnter” 12 xalla 7-cidir.
 
 
 
Ardını oxu...
PSJ-ni futbolçuları Neymar və Kilian Mbappe arasındakı pis münasibətin səbəbi məlum olub.

Qol.az xəbər verir ki, bu barədə “L`Equipe” məlumat yayıb. Tərəflər arasında münasibətlər Neymarın intizamsızlığına görə pisləşib. Mbappe Neymarın ardıcıl 2 mövsüm intizamsız davranışlar etməsinə əsəbiləşib. O, klubla yeni müqavilə imzaladıqdan sonra braziliyalını satmaqda israr edib.

Xatırladaq ki, Mbappe və Neymar 2017-ci ildən PSJ-də oynayırlar.
 

Dünyapress TV

Xəbər lenti