Ardını oxu...
“Dinamo”nun futbolçusu Mahir Emreli keçmiş klubu “Legiya”ya qarşı bütün maliyyə öhdəliklərini oyunçu ilə “Legiya” arasında qarşılıqlı razılaşma əsasında həll edib.

Qol.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin saytı məlumat yayıb. Bildirilib ki, bu gün “Dinamo” FİFA-dan futbolçuya intizam işi bağlı qərarın ləğvi ilə bağlı məktub alıb. Beləliklə, M.Emreli “Dinamo”da oynamağa davam etmək hüququna malikdir.

Qeyd edək ki, FİFA millimizin üzvünün Polşa klubu qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün futbolla bağlı bütün fəaliyyətinə qadağa qoymuşdu. Qərara görə “Legiya”dan qalmaqallı şəkildə ayrılan Emreli Polşa klubuna 100 min avro ödəməli idi.
 
Ardını oxu...
2003-cü ildə Mixael Şumaxer “Scuderia Ferrari Marlboro” zavod komandası ilə mövsüm ərzində altı Qran Pri qazanaraq altıncı dəfə “Formula 1” çempionu oldu. Həmin çempionatın qalib avtomobillərindən biri də mövsümün ortalarında təqdim edilən “Ferrari F2003-GA” idi.

İndi alman yarışçıya beş qələbə gətirən 229 şassi nömrəli avtomobili təxminən on milyon dolları olan hər kəs ala bilər.


Yarış karyerasının sonundan bəri avtomobil 250 kilometrdən az məsafə qət edib ki, bunun da bir hissəsi Mik Şumaxerin xidməti olub. Belə ki, əfsanəvi sürücünün oğluna 845 at güclü 3,0 litrlik V10 mühərriki ilə işləyən avtomobili Fioranoda bir neçə dövrə sürmək imkanı verilib.

“Qırmızı Baron”un İspaniya, Avstriya, Kanada, İtaliya və ABŞ-dakı yarışlarda qalib gəldiyi avtomobil 2022-ci ildə “Ferrari Formula 1 Clienti” bölməsində hərtərəfli restavrasiyadan keçib.

Noyabrın 9-da keçiriləcək “Sotheby's” hərracında “Ferrari F2003-GA” üçün satıcılar 7,5 milyon dollardan 9,5 milyon dollara qədər qazanc əldə etməyi düşünürlər.

Mənbə: motor.ru
 

Ardını oxu...
 
 

"Qarabağ"ın Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün biletlər satışa çıxarılıb.

 

Klubdan verilən məlumata görə, qiymətlər müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, Iticket.az-ın satış məntəqələrindən (onlayn satış), Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən almaq olar.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

 

XalqXeber.Az
Ardını oxu...
Şənbə günü Astanada keçirilən turnirin finalına yüksələn 21 qat Böyük Dəbilqə çempionu Novak Cokoviç avtobioqrafik sənədli film buraxmağı planlaşdırıb.

O, yeni kitab yazacağını da deyib.

“Bəli, hazırda sənədli film üzərində işləyirəm, bu yaxınlarda təqdim olunacaq. Mən dəqiq nə vaxt bilmirəm, amma ümid edirəm ki, növbəti altı ay ərzində. Kitab yazmaq planlarım da var. İlk kitabım “Qazanmağa xidmət et” əsasən pəhrizim, eləcə də karyeramın əvvəlində etdiyim dəyişikliklər haqqında idi. O, on il keçsə də, hələ də oxucular tərəfindən tələb olunur. Ona görə də yeni kitab da yazacağam”, - deyə Cokoviç qeyd edib.

Avropa Liqasının “Olimpiakos” – “Qarabağ” oyununda bir məqam da diqqət çəkdi.

86-cı dəqiqədə Ramil Şeydayev “Qarabağ”ın 3-cü qolunu vurduqdan sonra sevincini emosional şəkildə ifadə etdi. O, çılğın yunan azarkeşlərin əyləşdiyi sektor önünə qaçaraq elektron reklam lövhəsinin üzərinə çıxdı və sevincini nümayişkaranə tərzdə, yerli fanatlara etiraz jesti üslubunda verdi. Bu zaman onun əlini formasının sinəsi üzərindəki “Qarabağ” loqosuna qoyması diqqət çəkdi.

Şeydayevin bu hərəkəti yunan fanatların Azərbaycan komandasına qarşı qəzəbli və qərəzli münasibəti, matçdan əvvəl azlıqda olan (cəmi 20 nəfər) bir qrup azarkeşimizə qarşı hücum cəhdinə cavab idi. Elə buna görə idi ki, onun qol sevincindən sonra meydana yad əşyalar atılmağa, tribunalardan isə Ramilin fitə basılmasına başlanıldı. Lakin bu, heç nəyi dəyişmədi.

Qurban Qurbanovun komandası çətin səfər oyununda əsl xarakter, kişilik nümayiş etdirərək “Olimpiakos”u 3:0 hesabı ilə məğlub etdi. Yaxud bir həmkarımızın ifadə etdiyi kimi, “Qarabağ” Yunanıstanın Olimpini dağıtdı”.
Ardını oxu...
Nəhayət, antiazərbaycan ruhlu yunan azarkeşlərə ən layiqli cavab, düşünürük ki, həm də yuxarıdakı şəkildəki görüntüdür: tabloda “Qarabağ”ın 3:0 hesablı qələbəsini əks etdirən mənzərə, onun altında isə… Ermənistan bayrağı!

Aydın Bağırov, qol.az

P.S. Bu da Ramilin qol sevincinə onminlərlə yunan fanatın etiraz reaksiyası

 
 

 

Ardını oxu...
 
 

 
Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə müqaviləni pozmaq istəyib.

 

Buna FIFA-nın 25 yaşlı hücumçunu cəzalandırması səbəb olub. Futbolçu sabiq klubu olan Polşa “Legiya”sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün futboldan kənarlaşdırılıb.

Ali futbol qurumundan məktub aldıqdan sonra oyunçu ilə görüşən klub rəhbərliyi onunla vidalaşmaq istədiyini bildirib. FIFA və Zaqreb təmsilçisindən gələn xəbərdarlığı nəzərə alan Emreli bu gün Varşava klubuna 105 000 avro ödəniş edib.

Hələlik FIFA milli üzvü ilə bağlı qərarı ləğv etməyib. Qurumdan kluba da bu barədə hər hansı məlumat daxil olmayıb.

Qeyd edək ki, Mahir Emreli 2021/2022 mövsümünün birinci yarısını “Legiya”da keçirib. 2021-ci il dekabrın 12-də paytaxt təmsilçisi Plotsk “Visla”sı ilə Ekstraklasanın XVIII tur oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Emreli və Lukinyası döyüblər. Nəticədə azərbaycanlı futbolçu klubdan ayrılmağı qərara alıb və Zaqreb “Dinamo”suna keçib.

 

XalqXeber.Az
Ardını oxu...
Yunanıstanda "Olimpiakos"la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununu izləmək üçün stadiona gələn "Qarabağ" azarkeşləri hücuma məruz qalıb.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, 20-ə yaxın tərəfdar yerli fanatların təzyiqi ilə üzləşib.

Yalnız polislərin müdaxiləsindən sonra azarkeşlərin təhlükəsizliyi təmin olunub. İnsidentin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edilib.

"Qarabağ"ın məsələyə qarışmasından sonra isə tərəfdarlar daha təhlükəsiz sektora keçirilib.

Qeyd edək ki, "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

 
Ardını oxu...
Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli diskvalifikasiya olunub.

Apasport.az saytının məlumatına görə, FİFA 25 yaşlı hücumçunun futbol fəaliyyətinə qadağa qoyub.

Bunu Polşanın "Legiya" klubunun hüquqi və inzibati direktoru Yakub Laskovski açıqlayıb. O, sosial şəbəkə paylaşımında Mahirin sabiq klubu qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirmədiyini bildirib. Bu üzdən FİFA-ya şikayət edən Varşava klubunun müraciətinə baxılıb və Emreli cəzalandırılıb. Hücumçu "Legiya"ya qaytarmalı olduğu 100 min avronu ödəyənə qədər futboldan uzaqlaşdırılıb.

Qeyd edək ki, 2021/22 mövsümünün ilk yarısını "Legiya"da keçirən Mahir bu ilin əvvəlində "Dinamo"ya keçib.
 
Ardını oxu...
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunları start götürəcək. Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” səfərdə Yunanıstanın “Olimpiakos” klubunun qonağı olacaq.

TEREF.AZ xəbər verir ki, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin şanslarını dəyərləndirib.“Düşünürəm ki, bugünkü matç “Qarabağ” üçün olduqca vacibdir. Fikrimcə, “Olimpiakos”la Bakıdakı cavab qarşılaşmasından sonra qrupda ikinci yeri təmin edəcəyik. Ümumiyyətlə, turnirin nə dərəcədə ciddi olduğunu komandanın bütün üzvləri dərk edir. Bizi çox gərgin və maraqlı oyun gözləyir. “Qarabağ”dan gözləntilərimiz böyükdür. Təmsilçimiz bu gün Yunanıstanda öz ənənəvi oyununa sadiq qalaraq matçdan alnıaçıq çıxacaq”.

Sadıqov rəqib komandada baş məşqçi dəyişikliyinin Qurban Qurbanovu narahat etməsinə də münasibət bildirib:

“İstər-istəməz yeni çalışdırıcıdan nə gözləməli olduğunu bilmirsən. Çalışacaq ki, yeni komandası ilə Avropa Liqasının ilk oyunundan qalib ayrılsın. “Qarabağ”ın baş məşqçisi rəqib çalışdırıcının hansı oyun modelindən istifadə edəcəyini hələ bilmir. Düşünürəm ki, Qurbanov bunu nəzərdə tutaraq belə deyib. Məsələ burasındadır ki, rəqibin kim olmasından asılı olmayaraq, “Qarabağ”ın bəlli oyun üslubu var. Bu dəsti-xətt uğurlara imza atmağa imkan verir. “Qarabağ”a uğurlar arzu edirəm. Hamımızın ürəyi bu gün onlarla döyünəcək”.
 

Dünyapress TV

Xəbər lenti