Ardını oxu...
Sabiq Baş prokuror Zakir Qaralovun səhhəti ilə bağlı yaranmış ajiotaj davam edir.

Yenisabah.az xatırladır ki, Z.Qaralovun kəskin qaraciyər serrozundan əziyyət çəkdiyi, bu səbəbdən də müalicə olunmaq üçün Almaniyaya getmək istədiyi barədə məlumatlar yayılıb. “Tərtər işi”ylə bağlı keçmiş prokurorun ölkədən çıxışına qadağa qoyulduğu deyilsə də, sonradan Baş Prokurorluq bu xəbəri təkzib etdi.

Dünən günün ikinci yarısında yerli KİV-lər ailə üzvlərinə istinadla Z.Qaralovun Türkiyədə olduğunu yazdılar. Onun müalicə olunmaq üçün qardaş ölkəyə üz tutduğu güman edilir.

“Yeni Sabah” Z.Qaralovla bağlı maraqlı məlumatlar əldə edib. Uzun illər onunla çiyin-çiyinə çalışan keçmiş prokurorluq işçilərindən biri bizimlə söhbət zamanı Zakir Qaralovun alkoqollu içkilərə meylli olduğunu təsdiqləyib. Bildirib ki, keçmiş Baş prokuror hələ karyerasının ilk dövründən – ötən əsrin 80-ci illərindən spirtli içkilərin aludəçisi olub. Dəfələrlə inzibati qaydada tənbeh olunmasına baxmayaraq, o, heç vaxt bu vərdişindən əl çəkməyib.

Mənbə deyib ki, bu üzdən Zakir Qaralovla mərhum Baş prokuror Murad Babayev arasında insident baş verib. 1991-ci ilin dekabrında M.Babayev qəbula içkili vəziyyətdə gələn Z.Qaralovu sərt tənbeh edib. Z.Qaralovun reaksiyası sərt və təhqiramiz tonda olduğundan Baş prokuror ona fiziki təzyiq göstərib.

Qeyd edək ki, bu hadisədən sonra Zakir Qaralov işdən çıxarılaraq sərəncama götürülüb. O, yalnız Murad Babayev vəzifəsini itirəndən sonra işinə bərpa olunmağa müvəffəq olub. Zakir Qaralov – Murad Babayev qarşıdurması ikinci dünyasını dəyişənədək davam edib. Mənbənin dediyinə görə, Z.Qaralov M.Babayevin ona əl qaldırmasını heç vaxt bağışlamayıb. O, 2000-ci ildə Baş prokuror təyin olunarkən ilk işi M.Babayevin prokurorluqdakı adamlarından qisas almaq olub. 2000-ci ilin mayında Zakir Qaralovun əmri ilə Murad Babayevə yaxınlığı ilə tanınan 17 nəfər prokurorluq orqanlarından xaric edilib.

Amma bununla da Z.Qaralovun ürəyi soyumayıb. 2013-cü ilin yanvarında M.Babayev dünyasını dəyişəndə Z.Qaralov onun dəfn mərasiminə qatılmaqdan imtina edib.
Ardını oxu...
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teref.az teleqraf.com-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkən Bahəddin Sultanov çıxış edib. O bildirib ki, Vüsal Ələkbərov onun oğlunu qanunsuz olaraq tutub.

Bundan sonra ondan Vüsal Ələkbərovun kabinetində oğlunun azad edilməsi üçün 1 milyon dollar tələb ediblər. Pulu vermək istəməyib, özünü də 2 gün qanunsuz olaraq saxlayıblar.

Bundan sonra kabinetində şəxsən Mövlam Şıxəliyevə 350 min dollar verib, sonra oğlunu azad ediblər.

Zərərçəkən ona vurulan ziyanın geri qaytarılmasını tələb edib.

Digər zərərçəkmiş Əhməd Mirzəyev bildirib ki, ona Mövlam Şıxəliyev və digəriləri külli miqdarda ziyan vurublar: "Tələbim odur ki, mənə vurulmuş ziyan ödənilsin. Əks halda bu adamlara ağır cəza verilməsini tələb edirəm".

Zərərçəkən Mövlam Şıxəliyev və digərilərinə rəhbərlik edən şəxslərin də cəzalandırılmasını tələb edib.

Zərərçəkən Zaur Əliyev deyib: "Mövlam Şıxəliyev və hazırda məhkəmə qarşısında olan digər 3 müttəhimdən ibarət mütəşəkkil cinayətkar dəstə göbələk deyil ki, yağışdan sonra ortaya çıxsınlar. Bu dəstəni yaradan olub. Dövlətin içində bu dəstənin yaradılmasında məqsəd mal-mülk ələ keçirmək, Azərbaycan vətəndaşlarını qanuni tədbir adı altında girov götürüb, varidatlarını mənimsəmək olub. Bu mütəşəkkil cinayətkar dəstənin "xaç ataları" bu gün azadlıqdadırlar və yaratdıqları cinayətkar dəstəyə havadarlıq edirlər. Bunlar sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov, keçmiş baş prokuror Zakir Qaralov, onun müavini olmuş Rüstəm Usubovdur. Mövlam Şıxəliyev bu "xaç ata"larının yaratdıqları mütəşəkkil cinayətkar dəstənin sadəcə MTN-də baş briqadiri olub. O da öz növbəsində bu gün məhkəmə qarşısında olan və olmayan dəstə üzvlərinə rəhbərlik və nəzarət edən vəzifəli şəxs olub.

Bunların cinayətlərində dövlətin əksər qurumları birbaşa və öz istəklərindən asılı olmayaraq iştirak ediblər. Burada hakimi, prokuroru, eksperti, notariusu və digər vəzifəli şəxsləri göstərmək olar. Mütəşəkkil cinayətkar dəstə uzun illər fəaliyyətdə olub. Eldar Mahmudov milli təhlükəsizlik naziri postunda yerini bərkidəndən sonra bu mütəşəkkil cinayətkar dəstə tam gücü ilə fəaliyyətə keçib".

Zaur Əliyev qeyd edib ki, 2007-2008-ci illərdən başlayaraq mütəşəkkil cinayətkar quldur dəstə hər gün iş başında olub: "Onlar MTN-dəki iş yerlərinə yeni cinayətlər törətmək, varlanmaq üçün gedib-gəliblər. Vəzifəli şəxs olaraq Azərbaycan vətəndaşlarını dövlətin gücündən istifadə etməklə girov götürüblər, dövlətin təcridxanasında aylarla saxlamaqla tələblərinin yerinə yetirilməsinə nail olublar. İş üzrə 36 zərərçəkən var, azı 30 nəfəri MTN-də girov saxlanılıb, istisnasız hər bir zərərçəkən ondan tələb olunan məıbləği və ya həmin məbləğin cinayətkar mütəşəkkil quldur dəstənin razılaşdığı hissəsini onlara verməyə məcbur edilib. Mən də zərərçəkən olaraq istisna deyiləm. Məni də uydurulmuş ittihamlar girov götürüblər, 3 ay həbs adı ilə girovluqda saxlayıblar. Bu müddətdə ailəmdən 300 min manat pul tələb ediblər. Nəticə etibarı ilə 100 min dollar alıb məni xəstə adı ilə açıb buraxıblar. Bir-iki istisna olmaqla iş üzrə zərərçəkənlərin hər biri eyni qaydada azad olunub".

Zaur Əliyevin sözlərinə görə, Baş Prokurorluğun bu iş üzrə 7 il istintaq aparması 1 məqsədə xidmət edib: "MTN-də bu iş üzrə zərərçəkənlərə qarşı baş verən cinayətlər Eldar Mahmudovun ümumi rəhbərliyi, baş prokuror Zakir Qaralovun rəhbərliyi, onun 1-ci müavini, istintaqa nəzarət edən Rüstəm Usubovun nəzarəti altında törədilib. O zaman MTN İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şıxəliyev və bu gün onunla məhkəmə qarşısına çıxarılanlar sıravi icraçılar olub. Bu vəzifədən sui-istifadə-korrupsiya mexanizmi 10 ilə yaxın fasiləsiz işləyib. Baş prokuror Zakir Qaralovun rəhbərliyi, Rüstəm Usubovun nəzarəti altında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi 7 il iş üzrə istintaq aparması vaxt uzatmaqdan başqa bir şey olmayıb. Ortaya qoyulan ittiham aktından belə anlaşılır ki, guya bu cinayətləri Mövlam Şıxəliyev təkbaşına törədib. Faktiki olaraq isə belə deyil. Mövlam Şıxəliyev uzağı 3 belə cinayət törədə bilərdi. Ona bu cinayətləri törətmək üçün göstərişlər verilib. Məqsəd pul qoparmaq, varlanmaq olub. Mövlam Şıxəliyev bu "cinayətlər zəncirində" bir halqa olub. Ona göstərişlər verilib. Bəli, istəsəydi, qanunsuz göstərişi icra etməzdi. Amma edib və ona quldurluqdan pay düşüb. Lakin Mövlam Şıxəliyevin icraçısı olduğu cinayətlərə "don geydirən" Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubov "trio"su olub. Mövlam Şıxəliyev iş üzrə zərərçəkənlərin heç birini özbaşına tutub girovluqda saxlaya bilməzdi.

Qanunsuz həbslərə görə onun özünə problem yaradıla bilərdi, işdən çıxarılardı. Bunu etməyiblər. Əvəzində onun qanunsuz vəsatətləri əsasında Rüstəm Usubov təqdimat verib və girov götürülən vətəndaşın taleyi həll olunub. Yerli məhkəmələr də həmin təqdimat əsasında işi öyrənmədən həbs qərarı veriblər. Həbs adlı girovluqda saxlanılan müddətdə isə bizlərlə tələb etdikləri pulu verməyimiz üçün danışıq aparılırdı, təzyiq göstərilirdi, zor tətbiq olunurdu. Bütün bu əməllər "cənabın göstərişidir, 100 min manatdan aşağı söhbətə getməyin", "prokurorluq verilən məbləğlə razı deyil", "pulu verməsən, türmədə günə gün yatacaqsan, başına orada oyun açacağıq".

Lakin məhkəmədə bir daha təsdiq olundu ki, mütəşəkkil cinayətkar dəstə təkcə bu gün məhkəmə qarşısına çıxarılan müttəhimlərdən ibarət deyil. Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubov bu mütəşəkkil cinayətkar quldur dəstənin rəhbərləridirlər".

Zərərçəkmiş çıxışında daha sonra qeyd edib: "Bu adamlar biz Azərbaycan vətəndaşlarına qarşı Azərbaycan dövlətinin gücünü tətbiq etməklə olduqca böyük varidat ələ keçiriblər. Bunun qarşısında 14 il çox gülünc cəzadır. Bizləri girov götürməklə əldə olunan mal-mülk hesabına dünyanın dörd bir tərəfində özlərinə biznes qurublar, səsləri Türkiyədən tutmuş Dubay, London kimi dünya biznes paytaxtlarından gəlir. Sizin bu məhkəmə zalında çıxaracağınız hökm ölkə rəhbərliyinə də bəlli olacaq. Ədalətli olun, hökm çıxararkən qanunları əsas götürün. Çıxışımın sonunda hakim Əfqan Hacıyevin Eldar Mahmudovun, Zakir Qaralovun, Rüstəm Usubovun, MTN İstintaq Baş İdarəsinin rəis müavini Təhsin Ağayev və MTN əməkdaşı Mamay Quluzadə barəsində qanuni tədbir görülməsi üçün qərar qəbul etməsini xahiş edirəm. Vəsatətimi indi müzakirə edin və baxılmamış saxlanma haqda qərar çıxarmayın!".

Daha sonra zərərçəkən Hüseyn Səfərov çıxış edib. O,deyib ki, hazırda mütəşəkkil cinayətkar quldur dəstənin rəhbərləri azadlıqdadır: "Bu gün Zakir Qaralov, Rüstəm Usubov, Eldar Mahmudov azadlıqdadırlar. Məni və digər zərərçəkənləri onlar Mövlam Şıxəliyevin vasitəsi ilə girov götürüblər. Bizləri girov götürməklə ailələrimizdən külli miqdarda pul aldılar. Məhkəməsiz-filansız mənim ailəmdən 2 milyon dollar pul alıblar. Bu gün də kirayələrdə yaşayırıq. Mövlam Şıxəliyev bu məhkəmə zalında mənə özü dedi ki, sən də daxil olmaqla 3 zərərçəkənin pulunu Eldar Mahmudov verəcək. Dedi ki, kişinin sözü bir olar. Bu söhbət 8-9 dəfə təkrarlanıb...".

Bu zaman Mövlam Şıxəliyev müdaxilə etməyə çalışıb, lakin hakim zərərçəkənə deyib ki, fikirini davam etdirsin.

Hüseyn Səfərov deyib ki, Mövlam Şıxəliyev zərərçəkən Akif Qurbanovun səsini yazıb və sonradan həmin səsin özünə sərf edən hissəsini məhkəmədə səsləndirib: "Akif Qurbanov da burada söyüş söydü, dedi ki, həmin səs yazısını tam olaraq yaysın, bilinsin ki, Mövlam Şıxəliyevlə nədən söhbət ediblər. Amma həmin səsi bu ortaya çıxarmadı. Sən bu gün özünü elə aparırsan ki, guya dədə-baban pullu olub. Haradan alıb bu pulları? Bizlərdən alıb. Babaş adlı qohumu bizim pullarımıza qurduqları biznesi idarə edib. Öyrənmişik ki, bunun Elxan Dadaşov adlı şəriki də var. Bunlar bizdən aldıqları pullar hesabına bu gün də heç kimi saymırlar. Mövlam Şıxəliyev bu gün də Bakıda "at oynadır". Bunun Elxan Dadaşov adlı şəriki var. Onunla Nəsimi rayonunda şərikli 13 bina tikib. Həmin binalardan üçü bu dəqiqə də tikilir. Bu gün də onun bacısı vasitəsi ilə Bakıda 67 mənzil və obyektdən kirayə haqqı yığırlar. Mövlam Şıxəliyevə Elxan Dadaşov Türkiyədə, Beşiktaşda villa tikib. Mövlama Qəbələdə də villa tikdirib. Onun yanında da Elxan Dadaşovun özünün villasıdır. Ünvanları da məndə var. İcazə verin, telefonumu gətirim, fotolarını da sizə təqdim edim. Cənab prokuror, bunları niyə araşdırmırsınız? Buna bax eee, gülür eee, utanmır eee. Öl yerə gir. Etdiyin cinayətlərdən utan".

Dəmir barmaqlıqlar arxasında olan Mövlam Şıxəliyev zərərçəkənin çıxışına müdaxilə edib, əlindəki su butulkasını zərərçəkənə tullamağa qaldırıb:

- Vuraram, başın yarılar..

Zərərçəkən isə onun bu hərəkətinə sərt reaksiya verib:

- Qələt edib atarsan, şərəfsiz, qurumsaq. Sən mənə butulka ata bilərsən?! Bunun danışıqlarına bax.

- Yalan danışma.

- Yalan sən danışırsan. İllərlə hər gün Elxana qızıl onluq aldırmısan. Bunu da bilirik. "Moskva" Univermağından alıb sənə.

- Belə şey olmayıb.

- Özün yaxşı bilirsən.

Bundan sonra söz alan Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov müvəkkilinim ittiham olunduğu cinayətlər üzrə günahsız olduğunu söyləyib.

Vəkilin çıxışına zərərçəkən Bahəddin Sultanov olduqca sərt reaksiya verib: "Vicdanın olsun. Heç olmasa müdafiə edəndə də haqq-ədalətlə edin. Mənim, buradakı zərərçəkənlərin Mövlamla nə düşmənçiliyimiz ədavətimiz var ki, onu şərləyək. Və ya Mövlamın atasını öldürmüşəm, onunla düşmənçiliyim var? Vicdanınız olsun, kişiliyiniz olsun, heç olmasa durun deyin ki, səhv etmişik, bizi bağışlayın. Mənim oğlumun günahı nədir ki, bu gün bazarda gedib çınqıl satır. Niyə oğlumu şərlədiniz, bioqrafiyasını korladınız? Sizin övladınız yoxdur? Kim yalan danışırsa, kişiliyi, mənliyi yoxdur. Mövlam Şıxəliyev şərəfsizliyi boynuna götürüb, sənə nə olub?".

Vəkillə zərərçəkənin qovğasına hakim müdaxilə edib. Zərərçəkənin zaldan çıxarılması barədə göstərişini verib.

Növbəti proses sentyabrın 8-də davam edəcək.

Qeyd edək ki, iyulun 26-da keçirilən prosesdə çıxış edən prokuror Mövlam Şixəliyevə 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 11 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.
 
Ardını oxu...
Səlim Müslümovun 15 min manatlıq nömrəsini alan şəxs baş redaktoru 150 minlik nömrə ilə zəng edərək təhdid etdi

Bu gün axşam saatlarında PİA.az saytının baş redakoru Azər Qaramanlı naməlum şəxs tərəfindən təhdid edilib.
Pravda.az bildirir ki, bu barədə Azər Qaramanlı məlumat verib.

A.Qaramanlının sözlərinə görə, ona saat 20:32-də 051-999-99-99 nömrəsi ilə zəng edilib: “Məndən “Səlim Müslümov şəxsi mobil nömrəsini satışa çıxardı: 15 min manat” adlı yazını saytdan çıxartmağı tələb etdi. Bildirdi ki, Səlim Müslümovun nömrəsini alıb. Dedi ki, belə xəbəri ondan icazəsiz necə dərc etmişik. Dedim ki, sayta xəbər qoyanda səndən icazə almayacağıq və xahiş etdim ki, bir daha məni narahat etməsin. Telefonu söndürdüm və həmin adamın dəfələrlə zəng etməsinə baxmayaraq bir daha açmadım. Sonra həmin şəxs 051-400-00-00 nömrəsindən zəng etdi, telefonu açmadım. Bir qədər sonra mənə 010-201-20-11 nömrəsindən zəng gəldi. Telefonu açdım və bildirdim ki, bir daha məni naarahat etməsin. Bunun cavabında isə qarşı tərəf məni söyüşlərlə təhdid etməyə başladı. Mən onun cavabını verdikdən sonra qeyd etdim ki, təhdidlə bağlı “102” xidmətinə zəng edəcəyəm. Sonra susdu və telefonu söndürdü”.

Jurnalist baş verənlərlə bağlı “102”yə məlumat verdiyini bildirib. Ona məsələnin araşdırılacağı deyilib.

Qeyd edək ki, mətbuatda sxəbər paylaşılıb. Sabiq nazir illərlə istifadə etdiyi 050-211-20-72 mobil telefon nömrəsini satışa çıxarıb və artıq alıcı tapıb.

Xatırladaq ki, 051-999-99-99 nömrəsi bir müddət əvvəl 150 min, 051-400-00-00 nömrəsi isə 45 min manata satışa çıxarılıb.
 
 
 
Ardını oxu...
Fransa millisi və “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba dizindəki menisk zədəsi səbəbindən əməliyyat olunacaq.

O, hələ iyul ayında komanda məşqində zədələnib.

Əvvəlcə futbolçu milli komandanın tərkibində 2022-ci il dünya çempionatına çıxmaq üçün əməliyyatdan imtina edib. Lakin yeni müayinələr konservativ müalicənin zəif nəticə verdiyini və əməliyyata ehtiyac olduğunu göstərib.

Poqbanın 6 həftə sonra meydana qayıda biləcəyi gözlənilir.

Fransa millisinin yarımmüdafiəçisi noyabrın 20-də Qətərdə başlayacaq dünya çempionatı üçün özünü bərpa etməyə vaxt tapacaq.

Mənbə: sports.ru
 
 

Ardını oxu...
“Valideynlər yuxarı sinif şagirdləri üçün geyim almağa gəlirlər, biz dəfələrlə elan eləmişik ki, yuxarı sinif şagirdləri üçün geyim tikmirik, çatdırmırıq. Yuxarı sinifdə nə qədər uşaq var, onların hamısının forması balacalaşıb, köhnəlib?! Mən Təhsil Nazirliyi deyiləm. Əgər qərar gec verilibsə, bizim nə günahımız var?! İndi bizim boğazımız əldə qalıb. Heç nazirlikdən soruşmurlar ki, niyə vaxtında hansı rənglərdən tikmək lazım olduğunu demirdin. Niyə demirdin ki, I və IV siniflər geyinəcək, digər siniflər başqa yerdən alsınlar”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyib. O bildirib ki, mart ayında verilən qərarda məktəblərin forma seçib sifariş verəcəyi qeyd edilmişdi. Lakin məktəblərin heç birindən səs çıxmayıb:

“Mart ayında yeni formalar təsdiq olundu. Deyildi ki, yeni forma I və IV siniflərə şamil olunacaq. Digər siniflər isə gələn ildən yeni formadan istifadə edəcəklər. Sonra köhnə formaların qüvvədə qalacağı deyildi. Qərarda yazılmışdı ki, geyimlərdə 4 rəngdən istifadə edilə bilər və bu rəngi məktəblər sifariş edir. Bundan sonra məktəblər istirahətə getdi, bir adam bizə yaxınlaşmadı, demədi ki, hansı rəngi istəyirlər. Nə sifariş var, nə də biz bilmirik hansı rəngi sifariş edək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə getidk, onlar da bizə zəng edib, hansı rəngdə forma sifariş verəcəklərini söz verdilər. Gözlədik, demədilər. Biz də fikirləşdik ki, vaxt azdır, bu parçalar burada istehsal olunmur. Biz parçaların pulunu 100 faiz ödəməklə alırıq. Pulu ödəmədən almaq mümkün deyil. İyun ayında parçaları sifariş verdik, 45 gün ərzində parçalar gəlib çıxır. Bizdən soruşan olmadı ki, nə rəng edirsiniz. Birdən biz iki yox, yalnız bir rəng etsəydik, onda nə olacaqdı?!”

Qurum nümayəndəsi müəssisədə valideynlərin məktəbli forması almaq üçün yaratdığı sıxlığa toxunaraq bunları deyib:

“Ümumiyyətlə, nazirlik deyir ki, bu, tövsiyədir. Məktəbli forması nə I, nə də IV sinif üçün məcburidir. Çünki qərar gec verilib. Hamı bunu başa düşməlidir. Valideynlər bizi sorğuya tutublar ki, niyə vermirsiniz, niyə gecikir? Necə başa salaq ki, bizim burada heç bir məsuliyyətimiz yoxdur. Bizlə müqavilə bağlayan olmayıb, bizə kimsə sifariş etməyib. Bizim işimiz hərbi və polis formalarının tikilməsindən ibarətdir. İlk növbədə o işlə məşğul olmalıyıq. Bizə kim tapşırıq verib ki, məktəbli formasını tikin? Heç kim. Biz özümüz fikirləşdik ki, indiyədək məktəbli forması eləmişik, indi də müəyyən qədər edib, satışa çıxaraq. Daha bilmədik ki, o biri fabriklər heç bir şey etməyəcək. Bu iş başlı-başına buraxılıb”.

Etibar Əzimov işbazlarla da mübarizə apara bilmədiklərini qeyd edib:

“Gündə 1300-1500 uşaq geyindiririk. Biz tikirik, satışa çıxarırıq. Birinə 1-2 dənə köynək lazımdır, amma əllərində 6, 14 dənə köynək görmüşəm. Deyirəm ki, sən hara tələsirsən, dünyanın axırıdır, bu, çörək deyil axı. Uşaq ən yaxşı halda iki dənə köynək geyinə bilər. Deyirlər ki, qardaşım uşağına alıram və s. Yalan deyirlər, sonra aparıb baha satırlar. Onun da qarşısını ala bilmirik. Alıcıdır, pulunu verib alır, hüququdur, onun da hüququna girmək olmaz. Marketə gedirik, qənd soruşuruq, satıcı olmadığını deyir. Biz satıcını boğuruq? Əlbəttə, yox. Yoxdur da. Bizə gələnlər isə bizi ittiham edirlər. Niyə yoxdur, siz nəyə baxırsınız? Nazirlik bu işi bizə tapşırmayıb. Nə bir rəsmi görüş, nə bir şey. Heç kim bizi harasa çağırıb deməyib ki, siz əvvəl də bu işlə məşğul olmusunuz, xahiş edirik, bu il də məşğul olasınız. Heç vaxt bizə tapşırıq olmayıb. Biz ancaq bank krediti ilə alıb, gətirib, tikirik. Alıcılar da məmnundurlar, əvvəlki məktəbli formalarını uşaqlar 2-3 il geyinirdilər. Əllərindən iş gəlməyənlər başlayıblar ki, formalar keyfiyyətsizdir. Bu məhsullar təmiz pambıq və yun parçadan hazırlanıb. Belarusdan alınıb, hamısının sertifikatı, istehsalçısı qeyd olunub”.

Qeyd edək ki, bu il Nazirlər Kabineti yeni məktəbli formaları haqqında qərar qəbul edib. Qərarda geyimlər dörd rəngdə (tünd-göy, tünd-boz, xaki, açıq-qəhvəyi) nəzərdə tutulub. Bakı Tikiş Evində isə iki rəngdə (ağ köynək, göy şalvar və ətək, mavi köynək, boz şalvar, ətək) məktəbli formaları tikilir. Avqustun17-dən yeni məktəbli formaları satışa çıxarılıb. Birinci dəstə ağ köynək, göy şalvar və ətək, ikinci dəstə isə mavi köynək, boz şalvar və ətək daxildir. Formaların Bakı Tikiş Evi və “Bravo” supermarketlərindən başqa digər mağaza və dükanlarda satışı qadağandır.
 
Ardını oxu...
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

Hərəkətdə olan “KIA Srento” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə maşın yoldan çıxaraq ağaca çırpılıb.

Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ümidlər vardı ki, Əhməd İsmayılov cəmiyyətdə “xeyirxahlıq”, “mərhəmət” kimi məfhumlarla assosiasiya olunan Heydər Əliyev Fondunda çalışdığı dönəmdə “korrektə” olunub
Həqiqətin tərəfdarları azdır. Çoxları həqiqəti yalnız kənardan tərifləyir. Digərləri təhlükə olmadıqda onun ardınca gedirlər, amma sonra ondan açıq-aşkar üz döndərirlər. Təmtəraqlı söhbətlərdə yüksək vəzifəli şəxslərin maraqlarına toxunmamaqdan ötrü hiyləgərlər həqiqətdən imtina edirlər.
Bu gün Azərbaycan jurnalistikası əsl həqiqətdən kənar salınıb. Yalnız böyük yalanlara xidmət edən kiçik həqiqətləri bəzəkli-düzəkli formada, əhəmiyyətini şişirdib təqdim etməklə məşğul olan mətbuatın fəaliyyəti stimullaşdırılır.
Kütləvi informasiya vasitələri oxucunu cəmiyyətdə cərəyan edən tendensiyaları başa düşməkdən azdırmağa, onun diqqətini xırda məsələlərə fokuslamağa çalışırlar.
KİVDF getdi, MEDİA gəldi, Vüqar Səfərli getdi, Əhməd İsmayılov gəldi. Sual olunur: Nə dəyişdi? Yenə də dövlətdən maliyyələşən müsabiqələrə, layihələrə əvvəlki qəzet və saytlar, onların əməkdaşları buraxılır, vaxtilə Əli Həsənovun “qoltuğunun altını iyləyən” baş redaktorlar indi də dövlət yardımını “pay-püşk” etməkdədirlər. Əvvəl yalnız qəzetlərinə pul verilirdi, indi qəzetlərinin saytlarına da verilir.
Əslində Vüqar Səfərlini təkcə jurnalistlər üçün tikilmiş binanın keyfiyyətindən oğurladığına görə mühakimə etmək az idi. Onu və digər işbaz ortaqlarını dövlətin jurnalistlərə verdiyi mənzillərin ədalətsiz bölgüsünə görə də ittiham etmək lazım idi, redaksiyaların icra etdikləri layihələrin smetasındakı yeyintilərə görə də təqsirləndirmək gərək idi. İndi o mənzillərə yiyələnənlərin heç biri çıxıb demir ki, əgər bizim yaşadığımız binanın keyfiyyəti oğurlanıbsa, seysmik həssas zonada yerləşən bu binanın möhkəmləndirilməsinə ehtiyac var. Demirlər, çünki dilləri gödəkdir. Bəs görəsən, Əhməd İsmayılov bu problemi niyə dilə gətirmir? Onundamı dili gödəkdir?
Ümumiyyətlə, informasiya siyasətində məzmun və mahiyyətin deyil, yalnız formanın dəyişdiyinə dəlalət edən çox misallar göstərmək olar. Məsələn, Media Reyestrini “ağ siyahı” adlandırmaq olar. Əvvəllər təkcə “reket” qəzet və saytların deyil, korrupsioner məmurları sərt tənqid edən müstəqil KİV-in də Mətbuat Şurasının “qara siyahısına” salınmaq problemi vardı. İndi isə “ağ siyahıya” düşə bilməmək problemləri var.
Bildiyimiz kimi, bir müddət öncə KİVDF tərəfindən çap mediasına göstərilən ikili standart bir çox qəzetlərin bağlanması, bunun nəticəsi olaraq da çoxlu sayda KİV nümayəndəsinin işsiz qalması ilə nəticələndi. Eyni ayrı-seçkilik indi də davam etməkdədir.
Ə.İsmayılov deyir ki, bu gün media subyektlərinin əsas vəzifəsi kütləvi informasiyanı toplamaq, ötürmək və bundan gəlir əldə etməkdir, media qurumları informasiyanın satışından və reklamdan gəlir əldə edir. Elə isə sual olunur: Əgər onsuz da kasad olan reklam bazarı monopoliyadadırsa, ədalətli paylaşılmırsa, jurnalistin satıb gəlir əldə edə biləcəyi informasiyanın çevrəsi məhdudlaşdırılırsa, Agentlik yalnız “müəyyən” layihələrə dəstək göstərməklə onların iqtisadi müstəqillik qazanmasına necə kömək edə bilər? Əgər vətəndaş baş vermiş hadisəni, üzləşdiyi haqsızlığı heç bir rəsmi KİV-ə ötürmədən onu sosial mediada paylaşırsa, demək, həqiqətin təhrif ediləcəyindən ehtiyatlanır, etibar etmir.
Adam təkliflər bankı yaratmaq istəyir. Deyir təcrübəli media işçilərindən fikirlər gözləyirik. Görəsən, Əhməd bəy fikir, təşəbbüs irəli sürmək səlahiyyətində olan təcrübəli jurnalistlər deyəndə kimləri nəzərdə tutur – Vaxtilə Əli Həsənovla, Vüqar Səfərli ilə iş çevirərək korrupsiya təcrübəsi toplayanlarımı, katibələrinə, qohum-əqrəbalarına mənzil alanlarımı?
Adam MEDİA-nın aktivinə yazılan işlər sırasında dəstək verilən qəzetlərin ənənəvi A3 formatından A2 formatına keçməsini, rəngli çap olunmasını müasirləşmə kimi qələmə verir, bu kimi “nailiyyətlərlə” Dunya Miyatoviç kimi Azərbaycanın informasiya siyasətini, yeni “Media haqqında” qanunun mürtəceliyini tənqid edən xarici ekspertlərin qarşısına çıxmaq istəyir. Sanki bu kosmetik dəyişikliklərlə Azərbaycan mediasının bütün problemləri düzəlirmiş!..
Sentyabrın 2-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Əl-Cəzirə” Media Şəbəkəsinin baş jurnalisti Məhəmməd Qulam Məhəmməd Bob ilə görüşüb. Bildirilir ki, görüş zamanı Əhməd İsmayılov qonağa Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, media sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi baxımından görüşün əhəmiyyətini qeyd edib, medianın inkişafı istiqamətində aparılan fəaliyyətin müxtəlif tərəflərlə əlaqələndirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. Maraqlıdır, görəsən Ə.İsmayılov vaxtilə dünyada bir nömrəli terrorçu elan olunmuş, ABŞ kəşfiyyatının axtardığı Ben Ladendən müsahibə alaraq dərc etmiş “Əl Cəzirə”ni, onun baş müxbirini nə ilə təəccübləndirə bilər? Ölkədə vüsət alan intiharlardan, sosial ədalətsizliklərdən, məmur özbaşınalığından yazmağa belə cəsarəti çatmayan gözükölgəli “aparıcı” jurnalistlərləmi? Öz halal qazancı ilə mənzil almağa belə gücünün yetmədiyi ən yüksək tribunadan ölkə başçısı tərəfindən etiraf olunan yalavac jurnalistlərin rifahıylamı?
Biz Əhməd İsmayılovu Azərbaycan jurnalistikasının problemlərinin səbəbkarı olan monstr kimi təqdim etmək fikrindən uzağıq. Onsuz da Əhməd İsmayılov Medianın İnkişafı Agentliyinə rəhbər vəzifəyə təyin olunan kimi onun heç də Vüqar Səfərlidən yaxşı olmayacağı barədə fikirlər səslənmişdi. Daha əvvəl işlədiyi Dəniz Agentliyində heç də yaxşı reputasiya qazanmadığı da xatırladılmışdı (Hərçənd, ümidlər vardı ki, sonradan işlədiyi, cəmiyyətdə “xeyirxahlıq”, “mərhəmət” kimi məfhumlarla assosiasiya olunan Heydər Əliyev Fondunda çalışdığı dönəmdə özünü korrektə eləyib). Sözügedən sahəni inkişafdan saxlayan əsas səbəb ölkədə yürüdülən informasiya siyasətinin nöqsanlarıdır.

Şirin Cəfəri //gundemxeber.az//
 
Ardını oxu...
Oğuz rayonunda da meşə yanğınları başlayıb.

Bu barədə "Toplum TV"-nin hadisə yerində olan əməkdaşı məlumat verib.

O bildirib ki, hazırda rayonun Muxas kəndində meşə yanğınları davam edir.

Yanğın sentyabrın 2-də, saat 16:00 radələrində başlayıb.

Fövqəladə Hallar Nazirliyi (FHN), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hələ də hadisə baş verən əraziyə getməyiblər.

O qeyd edib ki, ərazidə Daxili İşlər Nazirliyinin Post-patrul Xidməti fəaliyyət göstərir.

Kənd sakinlərinin dediyinə görə, Fövqəladə Hallar Nazirliyinin 1 helikopteri 2-3 dəfə yanğını söndürməyə cəhd edib, amma qarşısını ala bilməyib.

Qurumun əməkdaşları isə ümumiyyətlə, ərazidə görünməyiblər.

Artıq 5 hektardan çox ərazinin yandığı deyilir və yanğının əhatə dairə genişlənir.

Kənd sakinlərindən bəziləri iddia edirlər ki, bir müddət əvvəl meşədəki ağacları kəsiblər, indi də izi itirmək üçün meşə qəsdən yandırılır.

FHN-nin yaydığı açıqlamada qeyd edilir ki, Muxas kəndində başlayan yanğın söndürülüb, lakin yanğın hələ də davam edir.

Yanğının səbəbilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Son 1 ayda Şabran, Quba, Zaqatala da daxil olmaqla bir neçə rayonda meşə yanğınları baş verib.
 
Ardını oxu...
“Malaysia Airlines” aviaşirkətinə məxsus London-Kuala-Lumpur reysini həyata keçirilən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi (ürək tutması) səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə yerli vaxtı ilə saat 06:25-də Bakı hava limanına eniş edib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.
 
Ardını oxu...
İllərdir heç bir fəaliyyəti olmayan “JEK”lərin əhalidən qanunsuz ödənişlər yığması insanların narazılığına səbəb olur. Bu ildən etibarən ödənişlərin artırılması, üstəlik bunun əvvəlki iki ilə də şamil edilməsi narazılığı pik həddə çatdırıb.

İqtisadçılar vətəndaşları “JEK”lərə ödəniş etməməyə çağırır. Vətəndaşlar isə ödəniş edib-etməməklə bağlı sual qarşısındadır.

Bəs “JEK”lərin vətəndaşlardan artımla pul yığması qanunidirmi?

Bu barədə Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, “JEK”lərin xidmət haqlarını artırması qanunsuzdur.

Deputatın sözlərinə görə, xidmət haqlarının artırılmasının heç bir əsası yoxdur: “Çünki xidmət haqqı o zaman artırılır ki, daha yüksək xidmət və nümunəvi işlər görülsün. Ancaq biz bunun şahidi olmuruq. Bu gün “JEK”lər fəaliyyətsiz bir quruma çevrilib. Buna səbəb qurumun maddi-texniki baza və işçi potensialının yetərli olmamasıdır. Eyni zamanda qurum verilən tapşırıqları yerinə yetirməyə qadir deyil. Doğrudur, Sovetlər dönəmində bu qurumun yaxşı fəaliyyəti olub. Ancaq son dövrlər bu fəaliyyət gözə görünmür”.

Üstəlik, “JEK”lər heç bir fəaliyyət göstərmədən pul yığırlar. Bələdiyyələr isə öz nəzarətində olan ərazilərdə tullantıların daşınması, təmizlik işləri həyata keçirirlər. Ona görə də, heç bir iş görməyən “JEK” lər bələdiyyələrə birləşdirilməlidir”.

T.Rzayev birləşmənin bələdiyyələrin işinə müsbət təsir göstərəcəyi qənaətindədir:

“JEK”lərin özündə də vaxtilə çox yaxşı işləmiş, işini bilən kadrlar olub. Onların bələdiyələrə keçməsi qurumun fəaliyətinin müsbət inkişafına töhfə ola bilər”.
 

Dünyapress TV

Xəbər lenti