Ardını oxu...
 
 

 
Bu gün Azərbaycanda "Bilik günü" qeyd edilir.

 

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub.
Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – “Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb.

Məktəblərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

2022-2023-cü tədris ilində şagirdlərin ümumi sayı 1 616 214 nəfərdir. 158 297 şagird I sinifdə, 147 029 şagird IX sinifdə, 100 455 şagird isə XI sinifdə təhsil alacaq.

 

XalqXeber.Az
Ardını oxu...
"Vəkil Elçin Sadıqovun həbsi onun peşəkar hüquq müdafiə fəaliyyəti ilə bağlı deyil”.

Bu barədə Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yaydığı bəyanatda deyilir.

“Bu məsələ ilə əlaqədar siyasiləşmiş, vəkilliyin ümumi maraqlarına cavab verməyən başqa maraqlara qulluq edən şəxslərin manipulə edilməsini, vəkilliyin qanuni mənafeyinə zidd kampaniyaların təşkilini qətiyyətlə pisləyirik. Belə manipulyasiyalar müstəqil vəkillik institutuna zərər vurur”, – deyə məlumatda qeyd olunur.
 

Ardını oxu...
“Altay Göyüşovun sözləri fərqli fikir deyil ki. Fərqli fikir başqa bir şeydir. Kimsə sülhə çağıra bilər, əla, çağırsın. Kimsə deyər ki, hə, yollar tapıb ermənilərlə müəyyən münasibətlər qurmalıyıq. Bu da əla. Amma Azərbaycana “təcavüzkar” demək nə deməkdir? Xaricdə oturub “Azərbaycana qarşı niyə sanksiyalar tətbiq etmirsiniz?” demək satqınlıq deyilmi? Narazılığın ola bilər, hüququn pozula bilər, ola bilər ki, hakimiyyət sənə arzuladığın hər şeyi verməsin, amma öz ölkənə sanksiya tətbiq etmək nə deməkdir? Məgər sanksiya bircə hakimiyyətə tətbiq olunur? Həmin sanksiyanın əziyyətini kim çəkəcək? Bunlar xaricdə kiminlə görüşürlərsə, “demokratiya üçün Azərbaycana müəyyən təzyiq göstərin” deyirlər. Azərbaycandan demokratiya istəyən var? Həmin ölkələr Azərbaycandan demokratiya istəyir, ya torpaq istəyir ki, alıb versin erməniyə? Nə oldu, ABŞ Azərbaycandan demokratiya istəyir? Demək istədiyim budur ki, hələ heç bir şey yoxdur, sərhəd dəyişməyib. İran sərhədi ilə işimiz yoxdur, İran ordan deyir ki, sərhədin dəyişməsi "qırmızı xətt"imizdir. Kimdir sərhədi dəyişən? Siz kimsiniz bizə ağıl öyrədəsiniz ki, sərhədi necə dəyişmək olar. 30 il təcavüzkarla bir yerdə torpaqlarımızı, evlərimizi dağıdanlar indi gəlib bizim ölkədə az qala söz sahibidirlər. Fikir verin, deyir ki, “cəhənnəm türklərindir, türklər cəhənnəmə düşəcəklər”. Adı “din xadimi” olandan sorşurlar, deyir “mən bu məsələni araşdırmamışam, məlumatım yoxdur”. Cavab vermir, çünki ruhca hamısı oradadır. Ruhca Azərbaycanda olanların müəyyən dərəcədə toparlanmasına ehtiyac var. Biz tək-tək, fərdi qaydada bunun mübarizəsini aparmamalıyıq. Necə ki mübarizə aparanda böyük bir sürü ilə üstünə gəlirlər. Bu gün Azərbaycana ən açıq dəstəyi verən, “yanındayıq” deyən Türkiyənin əleyhinə kampaniya aparan ünsürlər də eyni Göyüşovlar deyilmi? Onun qorxusundan çoxlarının hələ gizləndiyini gördüyümüz bir durumda hər fürsətdə Türkiyə əleyhinə kampaniya aparanlar da eyni düşüncənin sahibi deyillər? Ona görə də bu məsələlər cəmiyyətimizdə həm ciddi ictimai qınaqla qarşılanmalıdır, həm də müəyyən dərəcədə sağlam insanları birləşdirməlidir. Biz bu tarixi anlarda daha çox nəyi əldə edə biləcəyiksə, onu edəcəyik. Buna maneə olan ünsürlərə qarşı sərt mövqe ifadə etməliyik”.
Millət vəkili Fazil Mustafa
DİA.AZ

Ardını oxu...
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Katibliyi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsini şərh edib. KTMT-nin bəyanatında qeyd olunub ki, 2022-ci il sentyabrın 13-nə keçən gecə Ermənistan və Azərbaycan sərhədində ağır silahlar və PUA-ların istifadəsi ilə toqquşmalar olub: "Biz güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış müstəsna olaraq siyasi və diplomatik üsullardan, həmçinin razılaşmalardan istifadə edilməlidir.

Bu il sentyabrın 13-də saat 09:00-dan etibarən təmas xəttində atəşkəs əldə edilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk. Ermənistan tərəfinin yardım üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciəti ilə əlaqədar olaraq, Qərargah yaranmış vəziyyətin nizamlanması üçün KTMT mexanizmlərinin aktivləşdirilməsi üzrə iş təşkil edib”. Məlumat üçün bildirək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində yaşanmış insidentdən sonra növbəti dəfə hərbi bloka müraciət edib. Paşinyan Azərbaycan Ordusunun Ermənistan sərhədlərinə "təcavüzünü" iddia edərək təşkilatdan prosesə müdaxilə etməsini istəyib.

Dia.az-ın məlumatına görə, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə bildirib ki, hazırda geosiyasi şərait Azərbaycanın maraqlarına cavab verir. Analitikə görə, Rusiyanın Ukraynada məğlubiyyəti Ermənistanın ciddi cəzalandırılmasına şərait yaradır:

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına davamlı üz tutsa da, KTMT yekdil qurum deyil. Həm də təşkilatın aparıcı ölkəsi olan Rusiya Ukraynada çətin durumla üzləşib. Quruma üzv olan ölkələrlə Azərbaycanın yüksək siyasi əlaqələri var. Məhz Ermənistana görə üzv ölkələr Azərbaycanla münasibətləri heç vaxt pozmayacaq. Ona görə də KTMT hər dəfə Ermənistanın sorğusuna mənfi cavab verir. Sadəcə, bəyanat verməklə işini bitmiş sayır. Blokun aparıcı üzvü Rusiya öz mövqeyini açıqlayıb və yeganə çıxış yolunun danışıqlar masası, üçtərəfli bəyanat olduğunu vurğulayıb. O səbəbdən KTMT-nin proseslərə hərbi müdaxiləsi qeyri-mümkündür".
Ardını oxu...
DİA.AZ: - Bu gün ölkəmizdə cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bütün dövlət məmurlarına örnəkdir. Eyni zamanda, bu, ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması, vətəndaş məmnunluğunun əsas götürülməsi deməkdir.

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazaxda da birmənalı olaraq icra edilir. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir.

DİA.AZ xəbər verir ki, avqustun 25-də Qazaxbəyli kəndində vətəndaşlarla keçirilən səyyar görüşdə kənd sakinləri Əsədova Hüsniyyə Ənvər qızının kənddə 8 ədəd qəzalı vəziyyətdə olan elektrik dirəyinin yenisi ilə əvəz olunması, Əzizova Sehran Firuddin qızının kənddaxili avtomobil yoluna qum-çınqılın döşənməsi ilə bağlı müaciətlərinin bu gün öz müsbət həllini tapması vətəndaşlara olan növbəti qayğıdır.

Belə ki, Qazax Elektrik Şəbəkəsi tərəfindən Qazaxbəyli kəndi ərazisində 12 ədəd elektrik dirəkləri yenisi ilə əvəz olunub. Kəndin “Çökək məhəlləsi” adlanan ərazidə Qazax bələdiyyəsi tərəfindən qeyd olunan məhəllə yoluna 3 maşın (Şaqman) qum-çınqıl tökülərək qreyderlə hamarlanıb.

Sakinlər onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Ardını oxu...
Ardını oxu...

Ardını oxu...
DİA.AZ: - Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyətinin iclası keçirilib. Cəmiyyətin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, toplantıda AQC sədri Vüqar Orucun məruzəsi dinlənilib.
DİA.AZ xəbər verir ki, qurumun fəaliyyət istiqamətləri barədə danışan sədr qeyd edib ki, ötən müddət ərzində “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kursu təşkil olunub. 28 iştirakçı arasından 16-nın müvəffəqiyyət qazandığını deyən V.Oruc əlavə edib ki, bununla bağlı keçirilən təqdimat mərasimində Milli Məclisin nümayəndələri, vətəndaş cəmiyyəti insitutlarının və mətbuat orqanlarının nümayəndələri iştirak edib. Gənc iqtisadçı Mikayıl Mirzəzadəni Türkiyə üzrə xüsusi nümayəndə təyin etdiyini deyən sədr bildirib ki, bununla bağlı xəbər Türkiyənin nüfuzlu media orqanlarında dərc olunub. Eyni zamanda aparıcı dövlət qurumlarının rəhbərləri ilə kollektiv görüşlər keçirdiklərini diqqətə çatdırıb. AQC sədri bu cür təmasların bundan sonra da davam edəcəyini söyləyib. Cəmiyyətin gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələrin aparıldığı toplantıda icraçı direksiyanın yaradılması istiqamətində müzakirələrə başlanılması qərara alınıb. İşçi bölgüsü əsasında İdarə Heyətində və Direktorlar Şurasında təmsil olunan şəxslərə müvafiq tapşırıqlar verilib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc tanınmış jurnalist və ictimai fəal Azər Niftiyevi sədrin müşaviri, Mikayıl Mirzəzadəni isə Türkiyə üzrə xüsusi nümayəndəsi təyin etdiyini bildirib və hər iki təyinat İdarə Heyətinin müzakirəsinə çıxarılıb. İdarə Heyətinin üzvləri hər iki təyinatı yekdilliklə təsdiq edib və öz növbəsində Azər Niftiyevin sədrin müşaviri, Mikayıl Mirzəzadənin isə sədrin Türkiyə üzrə xüsusi nümayəndəsi təyinatları rəsmiləşib. Oktyabr ayının əvvəlində Direktorlar Şurasının genişləndirilmiş iclasının keçirilməsi qərara alınıb.
Yekunda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) yeni üzv olan dörd şirkətə – “Real Prays”, “Azər Biznes Konsaltinq”, “AECS” MMC və “Praqma Consulting” qiymətləndirmə şirkətlərinə üzvlük şəhadətnəmələri təqdim edilib.
Ardını oxu...
Kəlləmayallaq təhsilimiz: "Məktəb şərt qoyur ki, filan rəngdə, filan geyimi alın"
Orta məktəblərin açılmasına üç gündən az bir vaxt qalsa da, Bakı Tikiş Evi bu qısa vaxt ərzində yenə özünü ölkə gündəminə çıxarmağı bacarıb. Ümumiyyətlə, ölkə qurumlarının çox fərqli bir adət-ənənəsi var – məsələn, “Azəriqaz” bütün yay boyu mürgüləyir, nə vaxt ki qış daxil olur, o saat açıqlama yayırlar ki, qışa hazırlıq üçün filan yerlərdə təmir gedir, onunçün bəzi bölgələrdə qazın verilişi dayandırılacaq. “Azərsu” qar yağıb, hər yeri kanalizasiya suları götürən vaxtda ayılır və başlayır boruları dəyişdirməyə. Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yağışın, qarın gətirdiyi fəsadlarla yollarda keçilməz bataqlıqlar yaranandan, sakinlər yolu keçmək naminə qayıq, gəmi üçün pul yığımına başladığı bir zamanda ayılır və başlayır yolları təmir etməyə. İndi də Bakı Tikiş Evi – məktəblərin açılmasına 15 gün qalmış bu müəsisənin rəhbərliyi qəfil oyanır və yadlarına düşür ki, dərslərin başlamasına 10-15 gün qalıb və təcili nəsə tikmək,hazırlamaq lazımdır. Məşhur meyxanada deyildiyi kimi: zəmanəmiz kəlləmayallaq gedir. Ancaq bizdə qurumlarımız da elə zəmanə ilə baş-başa verib, kəlləmayallaq gedirlər. “Azərişıq”, “Azərsu”, “Azərqaz” qış hazırlıqlarına qışın düz ortasında, “oğlan çağında” başlayır, Ancaq Bakı Tikiş Evi yenə bu qurumlardan bir qədər fərlidir, heç olmasa, dərslərin açılmasına 10 gün qalmış “oyana” bilir.
Sentyabr ayı daxil olandan Bakı Tikiş Evinin (BTE) qabağı məhşər gününü xatırladır. Bir-birini əzib, binaya daxil olmağa çalışan valideynlərin ayaqları altında əzilən balaca məktəblilər həyatda qalmağın ilk mübarizə sınağını bu məkanda verirlər və bəxtləri gətirsə, salamat qalırlar. Valideynlərə bir-birini tapdalatdıran, uşaqları “böyüklərin döyüşü” arasında qarışqa kimi əzdirən BTE rəhbərliyinin məqsəd və məramı nədən ibarətdir? “Darvin nəzəriyyəsi”nə uyğun olaraq, həyatda qala bilən valideynlərə və onun övladlarına məktəbli forması hədiyyə etmək, ya özünü hansısa xarici brend şirkətlərə bənzətmək? Hansı ki, o şirkətlərin filiallarının qarşısında da hər yeni məhsul satışa çıxarıldıqda bu cür izdihamlar baş verir.

BTE-nin qarşısında hər səhər vəziyyət o qədər gərgin olur ki, dövlət məcburən bölgəyə polis qüvvələri göndərir və günortadan sonra vəziyyət qismən normallaşa bilir. Nəvəsinə məktəbli forması almağa gələn ahıl yaşlı kişi səki üzərindəki hündür bir daşda nəvəsi ilə oturub, sıra gözləyir. Deyir ki, səhər saat 08-dəndir ki, burdadır. Binanın daxilində isə aləm dəyib bir-birinə, alınan formaların ölçüləri çox zaman kiçik olduğu üçün valideynlər qaytarmalı olurlar: “Neçə dəfə sıraya girmişəm, hər dəfə də kiçik ölçülü forma verirlər, böyük ölçüdə forma demək olar ki, yoxdur. Verdikləri formalar da keyfiyyət deyilən şeydən söhbət gedə bilməz. Nazir o dəfə çıxıb dedi ki, məktəbli forması geyinmək məcburi deyil, sadəcə bir təklifdir. Ancaq məktəb elə demir axı. Hər məktəb şagirdinin valideyni qarşısında şərt qoyur ki, filan rəngdə, filan geyimi alın. Hətta valideynlərin“whatsapp” qrupuna tələb etdikləri məktəbli formasının şəklini də atıblar ki, bu geyimdə gəlsinlər. Nazir başqa söz deyir, məktəbin rəhbərliyi başqa söz deyir, BTE də öz axarında – elə bil bu qədər insanın bura yığılmağı, izdiham, basdırıq BTE-nin yox, bizim problemimizdir” – deyə, məktəbli geyimi almağa gələn şəxs bildirib.

Görünür, ölkəmizdə uğurlu təhsilə gedən yol ilk öncə “həyatda qalma mübarizəsi”ndən keçir. Bu mübarizə hər səhər Bakı Tikiş Evinin qarşısında aparılır. Təkamül prosesindən geridə qalan isə Bakı Tikiş Evinin rəhbərliyidir. Bu müəsisənin özünü normal şəkildə gündəmə gətirə bilməsi üçün deyəsən, hələ bir 10 il də lazım olacaq.
Bizimyol.info
 

Ardını oxu...
DİA.AZ: - Son günlər məktəbli forması ilə bağlı yaranmış ajitoaj fonunda Elm və Təhsil Nazirliyinin səbatsızlığı cəmiyyət tərəfindən xüsusi olaraq qınanmaqdadır.

DİA.AZ bildirir ki, bu məqam təhsildəki problemləri hər zaman həssaslıqla qabardan millət vəkili Fazil Mustafanın da nəzərlərindən yayınmayıb.

Deputat sosial şəbəkələrdə olayı bu şəkildə dəyərləndirib:

"Məktəbin məzmunu ölmüşdü, düşünürdük ki, bircə forması qalıb. İndi bəlli olur ki, forma da hazır deyil. Nə fərqi var, məktəblinin forması elə məktəbin formasıdır da..."
Ardını oxu...
Elm və Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq edib.

“Report”un məlumatına görə, mətndə deyilir:

“Bəzi xaricdə təhsil şirkətlərinin xidmətlərindən istifadə edən vətəndaşlar üzləşdikləri çətinlik və mənfi hallarla bağlı Elm və Təhsil Nazirliyinə mütəmadi müraciət edirlər. Təəssüf ki, belə şikayətlər xüsusilə Dövlət Proqramları, eyni zamanda Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində xaricdə təhsil müsabiqələrinin keçirildiyi dövrdə daha da intensivləşir.

Bununla əlaqədar bildirmək istərdik ki, Elm və Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusən də qeyd edilən proqramlar ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır”.
 
Ardını oxu...
Sentyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək.

İclasda 7 məsələ mü3zakirə olunacaq:

1.Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Milli Məclisin 2022-ilin yaz sessiyası dövründə gördüyü işlər barədə hesabatı.

2. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Milli Məclisin 2022-cilin payız sessiyası üçün nəzərdə tutulan iş planı haqqında.

3. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

4. “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

5. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

6. “Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

7. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi

Dünyapress TV

Xəbər lenti