Erməni yazardan etiraf:
Dünya Azərbaycanın gündəmi ilə barışıb. Və ilk növbədə Rusiya bununla barışıb. Məhz o, son 200 ildə Qafqazda ən böyük məğlubiyyətə uğradı. İndi hər şeyi Türkiyə-Azərbaycan tandemi həll edir.

Ovqat.com-un məlumatına görə, bu fikirləri erməni yazar Romella Mnatsakanyan Prezident İlham Əliyevin Brüssel və İtaliya səfərini şərh edən məqaləsində bildirib.

“Ermənistanın itkilərini necə minimuma endirmək olar?” sərlövhəli məqaləsində müəllif ermənilərin indiyədək Azərbaycanın potensialını düzgün qiymətləndirmədikləri üçün hazırkı ağır vəziyyətə düşdüklərini etiraf edərək yazıb:

“İstənilən idmançı təsdiq edər ki, rəqibi qiymətləndirməməkdən daha səhv və təhlükəli bir şey yoxdur. Böyük siyasətdə də vəziyyət tam olaraq belədir. Təəssüf ki, biz Azərbaycanı sadəcə olaraq düzgün qiymətləndirməmişik. Bu, bizim özümüzün dünya üçün əhəmiyyətimizə və düşmənin isə faydasızlığına hədsiz inamımızdan irəli gəlirdi və Ermənistanın indiki həsəd aparmaz mövqeyinin əsas səbəbidir.

Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında dördüncü Brüssel görüşünün nəticələrini dəyərləndirək. Qısa desək, rəsmi Bakının bu görüşdə də yenidən öz maraqlarını reallaşdıra bildiyinin şahidi olduq. Sülh prosesi, əgər belə adlandırmaq mümkünsə, Azərbaycanın ssenarisi üzrə gedir.

Əgər əvvəllər bu kimi görüşlərdə subyektivizm xətrinə “Dağlıq Qarabağ” ifadəsi işlədilirdisə və onlar “Qarabağın erməni əhalisindən”, onların hüquqlarından, təhlükəsizlik təminatlarından danışırdılarsa, indi artıq bu da yoxdur. Bəli, hər şeyi öz liderlərinizin xəyanəti və ya axmaqlığı üzərində ata bilərik. Amma bu, manipulyasiya və yalan olar.

Həqiqət isə budur ki, bu qədər zəifləyən biz deyilik, sadəcə olaraq Azərbaycan bu qədər güclənib. Levon Ter-Petrosyan istisna olmaqla, Ermənistanın bütün prezidentlərinin və baş nazirlərinin yeganə və əsas səhvi bu prosesləri əvvəlcədən görə və adekvat qərarlar qəbul edə bilməmələridir. Hamısı rəsmi Bakının blef etdiyi, gözümüzə kül üfürdüyü barədə çıxışlarla həm özünü, həm də cəmiyyətimizi aldadırdı.

Belə yanlış təsəvvürlərimizin cəzası çox ağır oldu. Biz artıq “Artsax”ın (müəllifin üslubuna toxunmamaq üçün Qarabağın ermənicə adını olduğu kimi saxladıq – H.O) 80%-ni itirmişik və dünya üçün maraq kəsb etməkdən çıxmışıq. Bəli, belədir. Dünya Azərbaycanın gündəmi ilə barışıb. Və ilk növbədə isə Rusiya bununla barışıb. Məhz o, son 200 ildə Qafqazda ən böyük məğlubiyyətə uğradı. İndi hər şeyi Türkiyə-Azərbaycan tandemi həll edir.

Rusiya “Artsax”a hücum etməyə icazə verdi. Azərbaycan isə Rusiyanın strateji və tarixi müttəfiqini məğlub etdi. O, darmadağın olmuş rus hərbi texnikasını Bakının mərkəzi meydanına sürüyərək bu qənimətləri bütün dünyaya nümayiş etdirdi. Rusiya isə buna heç cür qarşı çıxa bilmədi. İndi isə o, daha da zəifləyib, Ukrayna bataqlığında batıb.

Azərbaycan prezidenti isə artıq bu haqda açıq danışır! O, İtaliyada keçirilən 48-ci Cernobbio Beynəlxalq Forumunda sualları cavablandırarkən "Dünya heç vaxt fevraldan əvvəlki kimi olmayacaq", - dedi.

Burada kiçik bir təxribatçı fikir səsləndirməyə cəsarət edəcəyəm: Azərbaycan Prezidenti bu foruma xüsusi qonaq qismində şəxsən İtaliya Prezidenti Sercio Mattarella və İtaliyanın Baş naziri Mario Draqi tərəfindən dəvət olunmuşdu. Bu, baş verənləri daha aydın başa düşməyə imkan verən mühüm əlavədir və onu göstərir ki, Azərbaycan Qərb üçün mühüm tərəfdaş kimi öz yerini çoxdan müəyyənləşdirib. Bütün bu fürsətləri isə təkcə Ermənistan yox, Rusiya da əldən verib. Nəticədə Azərbaycan Rusiyanı Avropa təbii qaz bazarında sıxışdırır...

İndi isə qayıdaq Əliyevin çıxışına. Düşmən dövlət başçısı onu da vurğulayıb ki, bu gün “biz beynəlxalq hüququn tamamilə pozulmasının şahidi oluruq”. Bu, yenə təkcə bizim deyil, Rusiyanın da bostanına atılan daşdır! “İndi biz bir çox başqa regionlarda beynəlxalq hüququn pozulmasının şahidi oluruq. Biz görürük ki, bəzi ölkələr buna məhəl qoymayacaqlarını düşünürlər və bu, onların vecinə deyil”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Yəni o, Rusiyanın hərəkətlərini açıq-aşkar pisləyib. "Biz heç vaxt böyük qonşularımızın siyasətinə uyğunlaşmamışıq", - Əliyev əlavə edib. Bax belə. Bəli, Əliyev bunu dilə gətirməzdən əvvəl Türkiyənin hərbi-siyasi dəstəyini almışdı və bu, işə yaradı!

İndi isə yeni reallıqları qiymətləndirərməli, gələcək problemlərimizi minimuma endirmək üçün necə hərəkət etmək barədə düşünməliyik. Təəssüf ki, vəziyyətin dəyişdirilməsindən söhbət gedə bilməz. Düşməni kiçik hesab edərək vaxt itirdik və son dərəcə əlverişsiz olan indiki vəziyyətə düşdük”.

Tərcümə etdi: Heydər Oğuz,
 
 
 

Bölmənin digər xəbərləri

13 May 2024 Kreml Putinin müdafiə naziri postuna mülki şəxsin təyin etmək qərarına aydınlıq gətirib
13 May 2024 Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
13 May 2024 Təhlükəli asteroid Yerə yaxınlaşır
13 May 2024 Almaniya iqtisadiyyatı kadr çatışmazlığı problemiylə üzləşib
12 May 2024 Mişustin yeni hökuməti təqdim etdi
12 May 2024 Mercedes Dubayda 1 milyard dollarlıq bina tikir
12 May 2024 Gürcüstanda genişmiqyaslı aksiya keçirilir: nəqliyyatın hərəkəti məhdudlaşdırıldı
12 May 2024 Əfqanıstanda DƏHŞƏT: Yüzlərlə insan həlak olub
12 May 2024 "Lənətlənmiş ada": burada hamının başına eyni hadisə gəlir
11 May 2024 İrəvanda etiraz mitinqi başa çatdı: Aksiyaların davam edəcəyi bildirildi - VİDEO
11 May 2024 Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb? - DETALLAR
11 May 2024 “Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
11 May 2024 Köçəryandan Baqrata etiraz: - “Tavuşda başqa söz deyirdin, İrəvanda tamam ayrı”
10 May 2024 Şahzadələrin davası bitmir! “Qardaşını xəstə arvadının yaxınına buraxmır”
10 May 2024 Erməni müxalifətinin lideri Paşinyana istefaya getməsi üçün bir saat vaxt verib
10 May 2024 Gürcüstana getmək istəyənlərdən bu tələb olunacaq
09 May 2024 “Rusiyanın iştirakı olmadan Ukrayna ilə bağlı təşəbbüslərin uğur qazanma şansı azdır” - Ərdoğan
09 May 2024 “Ukrayna NATO silahları ilə belə Rusiyaya qalib gəlməyəcək” - Siyarto
09 May 2024 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
09 May 2024 Yüzlərlə cinayətkar Ermənistana axışır: "Ölkəni aksiyalar bürüyə bilər" - Açıqlama

Dünyapress TV

Xəbər lenti