“ÖLÜMLƏ ŞAHMAT OYNAMAYIN...”–
Təhlükəsizlik Şurasının katibi Rusiyanın imperiya olduğunu etiraf etdi

Ukraynada işğalçı müharibə başlayan ilk günlərdən özündən razı bəyanatlar verən Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurası(TŞ) katibinin müavini Dmitri Medvedev zaman keçdikcə, aqressivləşir və tez-tez nəinki Qərbi, hətta bütün dünyanı məhv etməklə hədələyir.

“AzPolitika.info” xəbər verir ki, Dmitri Medvedev öz sosial şəbəkə səhifəsində Mixail Qorbaçovun dəfn olunduğu gün etdiyi paylaşımda SSRİ-nin dağılmasında Qərblə yanaşı, Qorbaçovun başında durduğu o vaxtkı ölkə rəhbərliyini günahlandırıb: “Olduqca aşkar və hər bir dövlətin taleyi üçün olduqca təhlükəli situasiya barədə danışmaq istərdim. Dövlət institutlarının bir anda çökməsindən. Hansı ki, bu, Sovet hakimiyyətinin tənəzzülü ərəfəsində baş verirdi. Məhz bu cür deqradasiya dövlətin qarşısıalınmaz şəkildə dağılması prosesini işə salır. Yaxşı yadımdadır, 1991-ci ildə mərkəzi hakimiyyətin aktları yerlərdə praktiki olaraq həyata keçirilmirdi...

Dövlət maşınının orqan və strukturlarından sanki bütün hakimiyyət iradəsini, inzibati idarəçiliyin səmərəliliyi və qəbul edilmiş qərarlara nəzarət gücünü çəkib çıxarmışdılar. İttifaq mərkəzinin bütün əmrləri sanki vakkuma, dedi-qodu bataqlığına və sakit sabotaja düçar olurdu...”

Medvedev bu xatırlatmasının təsadüfi olmadığını və Qərbin eyni ssenarini indi də Rusiyaya qarşı gerçəkləşdirməyə çalışdığını bildirib və Ukraynada baş verənləri də bununla əlaqələndirib: “Onlar hər şey edirlər ki, Rusiyanın dövlət institutlarının işləməməsinə nail olsunlar. Çalışırlar ki, 1991-ci ildə olduğu kimi, ölkəni effektiv idarəetmədən məhrum etsinlər və nəticədə Rusiyanı siyasi səhnədən uzaqlaşdırsınlar...

Bir çox Qərb siyasətbazları uca səslə deyirlər ki, ispan imperiyası dağıldı, ingilis imperiyası və digər imperiyalar dağıldı, Rusiya imperiyası isə yox. Hətta SSRİ-nin dağılmasına baxmayaraq. Guya bu, pisdir...”.
Ətraflı

Medvedev bununla Rusiyanın imperiya olduğunu və Kremlin məqsədinin bu imperiyanı nə yolla olursa-olsun, saxlamaq olduğunu etiraf edib. Ancaq əslində, Medvedev həm də bu müqayisəsində dolayısı ilə hazırkı Rusiyanın SSRİ-nin aqibətini yaşamaq ərəfəsində olduğunu etiraf etmiş olub.

Ardınca, TŞ katibinin müavini növbəti dəfə Qərbi və bütünlükdə bəşəriyyəti nüvə silahı ilə təhdid edib: “Bu xəyalpərəstlər bilərəkdən sadə aksiomanı inkar edirlər – nüvə dövlətinin zorla dağıdılması hər zaman ölümlə şahmat oynamaq deməkdir. Bu oyunda dəqiqliklə hər bir gediş məlumdur, nə zaman şah, nə zaman mat olacaq. Bəşəriyyətin qiyamət günü!”

Medvedev sonda bildirib ki, “böyük Rusiyanın varlığının ən yaxşı təminatçısı strateji nüvə silahı arsenalıdır”. Göründüyü kimi, bununla Medvedev həm də dolayısı ilə rus ordusunun adi savaşda gücsüzlüyünü, Ukraynada biabırçı uğursuzluqla qarşılaşdığını və Rusiyanın yeganə ümid yerinin nüvə silahı olduğunu etiraf etmiş olub.

Onu da qeyd edək ki, Kremlə yaxın çevrələrin mətbuata sızdırdığı məlumatlarda son dövrlərdə Medvedevin spirtli içkilərə həddindən artıq aludə olduğu, məcburən alkoqolizmdən müalicəyə cəlb olunsa da, bundan imtina etdiyi və Putinin xoşuna gəlmək üçün aqressiv, radikal paylaşımlar, çıxışlar etdiyi bildirilir. Hətta bəzən bu paylaşımların “dozası” həddən artıq yüksək olduğundan Kremlin onları sildirdiyi də məlumdur...

C.Məmmədov
 
 
 

Bölmənin digər xəbərləri

12 May 2024 Mişustin yeni hökuməti təqdim etdi
12 May 2024 Mercedes Dubayda 1 milyard dollarlıq bina tikir
12 May 2024 Gürcüstanda genişmiqyaslı aksiya keçirilir: nəqliyyatın hərəkəti məhdudlaşdırıldı
12 May 2024 Əfqanıstanda DƏHŞƏT: Yüzlərlə insan həlak olub
12 May 2024 "Lənətlənmiş ada": burada hamının başına eyni hadisə gəlir
11 May 2024 İrəvanda etiraz mitinqi başa çatdı: Aksiyaların davam edəcəyi bildirildi - VİDEO
11 May 2024 Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb? - DETALLAR
11 May 2024 “Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
11 May 2024 Köçəryandan Baqrata etiraz: - “Tavuşda başqa söz deyirdin, İrəvanda tamam ayrı”
10 May 2024 Şahzadələrin davası bitmir! “Qardaşını xəstə arvadının yaxınına buraxmır”
10 May 2024 Erməni müxalifətinin lideri Paşinyana istefaya getməsi üçün bir saat vaxt verib
10 May 2024 Gürcüstana getmək istəyənlərdən bu tələb olunacaq
09 May 2024 “Rusiyanın iştirakı olmadan Ukrayna ilə bağlı təşəbbüslərin uğur qazanma şansı azdır” - Ərdoğan
09 May 2024 “Ukrayna NATO silahları ilə belə Rusiyaya qalib gəlməyəcək” - Siyarto
09 May 2024 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
09 May 2024 Yüzlərlə cinayətkar Ermənistana axışır: "Ölkəni aksiyalar bürüyə bilər" - Açıqlama
09 May 2024 Rusiya-NATO qarşıdurması kəskinləşir: Kreml nüvə silahından istifadə edəcəkmi?
08 May 2024 Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
08 May 2024 Azərbaycanlı professor, iş adamı Putinin andiçmə mərasimində ön sırada - FOTO/VİDEO
08 May 2024 Rusiya Krım körpüsündən istifadəni dayandırıb: Cəbhə xəttini hansı yolla təchiz edir?

Dünyapress TV

Xəbər lenti