Qərb Rusiyaya qarşı “kart”ları açıq oynayır - ŞƏRH
Fransanın Ukraynaya hərbi kontigent göndərməsi Şərqi Avropada regional təhlükəsizliyi təhdid altına qoyur.

Qeyd edək ki, Fransanın Xarici Legionunun əsgərləri artıq Slavyanskda yerləşdirilib. Qabaqcıl dəstə 3-cü piyada alayından cəlb edilmiş 100-ə yaxın adamdan ibarətdir. Onların arasında artilleriyaçılar və kəşfiyyatçılar da var.

Ümumilikdə, Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün daha 1,5 min fransız əsgər gələcək. Bu qüvvələr Ukrayna əsgərlərinə rus ordusunun irəliləyişini dayandırmağa kömək etmək üçün Slavyansk bölgəsində yerləşdiriləcək.

Pentaqonun rəsmisi Stiven Brayan da Ukraynanın Donetsk vilayətinin Kramatorsk rayonunun Slavyansk şəhəri ərazisində Fransa ordusunun ilk nizami bölmələri yerləşdirilməsi barədə məlumat verib.

Bildirək ki, son günlər Rusiya ordusu Ukraynanın içərlərinə doğru irəliləməyə davam edir. Artıq bir neçə gündür Ukrayna Rusiyanın hücumlarını dayandıra bilmir. Xerson vilayətinin Arxangelsk yaşayış məntəqəsini Rusiya ələ keçirib.

Hazırda Rusiya ordusu Çasov Yar ətrafında əməliyyatlara davam edir. Belqorod yaxınlığında inşa edilən yeni baza sübut edir ki, Rusiya yaxında Xarkov istiqamətində hücuma keçəcək.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleksandr Sırskiy Xarkov istiqamətində Rusiya hərbçilərinin sayının artmasını və yenidən qruplaşmasını müşahidə etdiklərinə diqqət çəkib:

"Cəbhədə vəziyyət daha da pisləşib. Ruslar güc və vasitələrdə əhəmiyyətli üstünlüyə malikdirlər. Rusiya ordusu bütün cəbhə xətti boyunca fəal hücuma keçir, bəzi istiqamətlərdə taktiki uğur qazanır, bəzən də Ukrayna Silahlı Qüvvələri uğur qazanır”.

Ukraynada son vəziyyəti “Cebhe.info”-ya şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, Makron administrasiyasının Ukraynaya qoşun göndərməsi avantürist addımdır:

“Rəsmi Parisin burada əsas məqsədi təkcə Rusiya ilə hərbi qarşıdurmaya girmək deyil, həmçinin Avropa ölkələrini də münaqişəyə cəlb etməkdir. Afrikada Rusiyaya məğlub olan Fransa Ukraynada Rusiyadan intiqam almaq istəyir. Paris hesab edir ki, Avropa ölkələrini münaqişəyə cəlb etməklə Rusiyaya daha ağır zərbələr endirəcək. Buna görə də Ukraynaya qoşun göndərib. Əgər bu qoşunlar ciddi problemlə üzləşərlərsə, Fransa NATO-dakı müttəfiqlərindən öz qoşunlarına dəstək üçün hərbi kontigent göndərməyi tələb edəcək”.

ABŞ-nin Ukraynaya hərbi kontingent göndərməsinə gəlincə, E.Xalidbəyli bu ehtimalın çox aşağı olduğunu bildirib:

“ABŞ bir çox hallarda öz müttəfiqlərini qabağa verir. Əgər Vaşinqton istənilən halda öz qələbəsinə əmin deyilsə, o, hərbi münaqişələrə girməkdən yayınmağa üstünlük verir. ABŞ hər hansı bir səbəbdən dolayı Ukraynaya qoşun göndərəcəyi inandırıcı görünmür. Çünki ABŞ-nin hərbi-siyasi rəhbərliyi Rusiya ilə müharibənin tərəfdarı deyil. Ukraynaya qoşun göndərilməsini təklif edən demokrat konqresmenlərin açıqlamaları yalnız daxili auditoriyaya hesablanıb. Hesab edirəm ki, ABŞ Ukraynaya görə Rusiya ilə hərbi qarşıdurmaya girməyəcək”.

Şərqi Avropada böyük müharibənin baş vermək ehtimalının nə dərəcədə doğru olub-olmamasına münasibət bildirən E.Xalidbəyli qeyd edib ki, həm NATO, həm də Rusiyanın regionda öz hərbi mövqelərini möhkəmləndirməsi istənilən zaman bu ehtimalı doğrulda bilər:

“NATO Rusiyanın qərb sərhədlərini tamamilə mühasirəyə alıb. NATO Rusiya ilə həmsərhəd olan Şərqi Avropa və Baltikyanı regionda öz hərbi bazalarını qurub, eyni zamanda həmin regiona öz uzaqmənzilli raketlərini yerləşdirmək niyyəti güdür. Hazırda Şərqi Avropada NATO-nun 90 minlik qoşunlarının təlimləri başlayıb. Bu o anlama gəlir ki, NATO Rusiya ilə müharibəyə hazırlaşır.

Digər önəmli məqam isə NATO Polşada öz nüvə silahlarını yerləşdirmək istəyir. Polşa hökuməti, şəxsən NATO-ya müraciət edərək nüvə silahının öz ölkəsində yerləşdirilməsinə razı olduğunu bildirib.

Əgər Polşada NATO-nun nüvə silahı obyektləri qurularsa, həmin obyektlər Moskvanın legitim hədəfləri olacaq. Yəni Moskva mesaj verib ki, Rusiyanın hərbi rəhbərliyi Polşadakı nüvə silahı obyektlərinə raket zərbələri endirməkdən çəkinməyəcək. Bütün bunlar baş verərsə, Ukraynadakı müharibə ölkə hüdudlarından kənara çıxıb bütöv bir regiona yayılacaq”.

O ki qaldı Ukraynada müharibənin gedişatının Rusiyanın xeyrinə dəyişməsinə, E.Xalidbəyi bunun əsas səbəbkarının ABŞ və müttəfiqlərinin olduğunu bildirib:

“ABŞ və Qərbi vaxtında Ukraynaya silah-sursat və hərbi ləvazimat göndərmədi. Bu səbəbdən də Ukrayna ordusu xeyli sayda canlı qüvvəsini itirdi və cəbhədəki mövqelərini əldən buraxdı.

Ukrayna çox ağır vəziyyətlə üzləşib. Bütün bunların günahkarı məhz ABŞ və Qərbdir. ABŞ və müttəfiqlərinin riyakar siyasəti səbəbindən Ukraynada siyasi, hərbi, iqtisadi və maliyyə böhranı hökm sürür. Qərb nə zamansa, buna cavab verməli olacaq”.
 

Bölmənin digər xəbərləri

19 May 2024 Ukrayna ilə bağlı sülh konfransının məqsədi budur - Lavrov
19 May 2024 Portuqaliyalı siyasətçi türkləri özünəməxsus şəkildə təhqir etməklə parlamenti çaşdırıb
19 May 2024 5 ay ərzində III Dünya müharibəsi başlaya bilər: “Bu dəliyə görə…”
19 May 2024 Ermənistanda növbəti atışma - Ölənlər və yaralanan var
18 May 2024 Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
18 May 2024 Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
17 May 2024 Tokayev pedofillərin ölkəyə girişini qadağan etdi
17 May 2024 XAMENEİNİN QƏZETİNDƏN AZƏRBAYCANA HƏDƏ – “İran “Azərbaycana necə pislik edə bilərəm” düşüncəsindədir”
17 May 2024 Səlahəddin Dəmirtaşa hökm oxunub
16 May 2024 Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
16 May 2024 KİYEV UZAQDIR, XARKOV YAXIN... – Putin Dneprə çıxmaq üçün 1 milyon əsgər itirməyə hazırdır!
16 May 2024 Gürcüstanda qanun çəkişməsi: Prezidentin vetosu ləğv ediləcək?
16 May 2024 Slovakiyanın baş nazirinə sui-qəsd oldu - Robert Fitso güllə yarası alıb
15 May 2024 Külli miqdarda rüşvət verən erməni “Kuznetsov işi”nə görə həbs olundu
15 May 2024 Türkiyədə növbəti dövlət çevrilişi təhlükəsi - Ərdoğan güc qurumlarını topladı
15 May 2024 Putin hökumətin yeni tərkibini təsdiqlədi
15 May 2024 Yeniyetmələr YANĞIN TÖRƏTDİ - “Facebook”da tanımadıqları şəxsdən göstəriş alıblar (VİDEO)
15 May 2024 Bayden Rusiyadan uran idxalını dayandırdı – Milyard dollarlıq gəlir mənbəyi bağlandı
14 May 2024  ATƏT sədrinin səfərinin gedişata təsiri yoxdur - ŞƏRH
13 May 2024 Kreml Putinin müdafiə naziri postuna mülki şəxsin təyin etmək qərarına aydınlıq gətirib

Dünyapress TV

Xəbər lenti