Putinin qələbəsindən sonra... – TƏHLİL
Rusiyada keçirilən prezident seçkisində Vladimir Putinin yenidən qələbə qazanması ilə Moskvanın bundan sonrakı geosiyasi doktrinası daha da sərtləşə bilər.
Çünki Putinin rəqibsiz daxili siyasi mühitdə qələbə qazanması Kremlin apardığı siyasətin Rusiya cəmiyyəti tərəfindən dəstəklənməsi tendensiyasını gücləndirəcək.
Rusiya əsasən Ukraynada apardığı hərbi kampaniyanın öz xeyrinə dinamik cəbhə xətti kimi qalmasını asanlaşdırmaqdan ötrü yeniliklər edə bilər.
Bu o deməkdir ki, Kreml Ukraynada uzun sürən müharibə üçün informasiya şərtləri yaradıb cəmiyyəti buna inandırmaq üçün təbliğat materiallarını çoxaldacaq.
Əgər Rusiya Ukraynadakı müharibədə can atdığı geosiyasi nəticələri əldə etsə, onda Kreml praktiki ambisiyalarını postsovet məkanından Avropanın içərilərinə doğru uzanan zolaq boyunca davam etdirəcək.
Moskva üçün xarici dəstəklər də vacibdir, buna görə də, Rusiyanın ən çox İran, Çin və Şimali Koreya ilə hərbi-texniki əməkdaşlıq xəttini gücləndirəcəyi ehtimal edilir.
Bunun fonunda Rusiya NATO-nun Ukraynada ata biləcəyi radikal addımlara qarşılıq olaraq nüvə ritorikasını radikallaşdıracaq.
Kremlin buradakı məqsədləri təkcə çəkindirmə deyil, həm də Qərbi danışıqlara cəlb etməkdir.
Yox, əgər NATO ilə Rusiya arasında birbaşa qarşıdurma ehtimalı ciddidirsə, o zaman Rusiya uzunmüddətli müharibə aparmaq üçün hücum və müdafiə komponentlərinə ciddi nəzər salacaq.
Bu, birbaşa Rusiyanın maraq dairəsinə daxil olan regionlarda Kreml havasını gücləndirə və Moskvanın müxtəlif üsullarla taktiki manevrlərə həvəsləndirə bilər.
Rusiya xarici siyasətinin ambisiyalı gündəlik əsasında davam etdirilməsi üçün ABŞ-dəki prezident seçkisini də həyəcanla və diqqətlə izləyir. Rusiya ABŞ-də Konqreslə Ağ Ev arasında hökm sürən və getdikcə dərinləşən gərginliyə təbliğat materialları ilə daha tünd fon verməyə çalışacaq.
Beləliklə, Kreml nəyin bahasına olursa-olsun ABŞ-dəki seçki prosesinə barmaq uzatmağa, Ukraynadakı vəziyyəti ABŞ-nin boynuna yıxmağa həvəslidir.
Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyaların praktiki ölçüsünün effektiv olmaması isə Moskvanın əlini-qolunu daha geniş açmağa şərait yaradır.
Hərçənd ki, Qərb Putinin seçkidəki qələbəsindən sonra Rusiyaya qarşı müstəsna performans göstərə bilmək potensiallarını araşdırır.
Bu araşdırmaların Moskva əleyhinə geoiqtisadi ölçülü böyük nəticə hasil etməsi isə sual altındadır, çünki heç bir təzyiq Rusiyanı Ukraynada apardığı müharibədən çəkindirmir.
Putin üçün də oxşar bir sual açıq qalır: Görəsən, Rusiyanın Ukraynadakı müharibəsi NATO-nun təməl daşlarını aşındıra biləcəkmi?
NƏTİCƏ
Putinin qələbəsindən sonra Moskvanın xarici siyasətini daha da radikallaşdıracağı düşünülür.
Bununla belə, Rusiya və Qərbin bir-birini geri oturtmaq üçün həmlələrinin miqyasını indiki zamanda təsvir etmək o qədər də asan deyil.
Amma bu dəqiq hesab oluna bilər ki, Rusiya ilə NATO rəqabət aparan tərəflər kimi bir-birlərinin daha güclü və ən zəif tərəflərini tanımaq üçün imkanları genişləndirəcək.
Bu, tərəflərin maksimum resurs yaratmaq strategiyalarını yenidən müəyyən edəcəyi deməkdir.
Aqşin Kərimov
TEREF
 

Bölmənin digər xəbərləri

13 May 2024 Kreml Putinin müdafiə naziri postuna mülki şəxsin təyin etmək qərarına aydınlıq gətirib
13 May 2024 Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
13 May 2024 Təhlükəli asteroid Yerə yaxınlaşır
13 May 2024 Almaniya iqtisadiyyatı kadr çatışmazlığı problemiylə üzləşib
12 May 2024 Mişustin yeni hökuməti təqdim etdi
12 May 2024 Mercedes Dubayda 1 milyard dollarlıq bina tikir
12 May 2024 Gürcüstanda genişmiqyaslı aksiya keçirilir: nəqliyyatın hərəkəti məhdudlaşdırıldı
12 May 2024 Əfqanıstanda DƏHŞƏT: Yüzlərlə insan həlak olub
12 May 2024 "Lənətlənmiş ada": burada hamının başına eyni hadisə gəlir
11 May 2024 İrəvanda etiraz mitinqi başa çatdı: Aksiyaların davam edəcəyi bildirildi - VİDEO
11 May 2024 Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb? - DETALLAR
11 May 2024 “Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
11 May 2024 Köçəryandan Baqrata etiraz: - “Tavuşda başqa söz deyirdin, İrəvanda tamam ayrı”
10 May 2024 Şahzadələrin davası bitmir! “Qardaşını xəstə arvadının yaxınına buraxmır”
10 May 2024 Erməni müxalifətinin lideri Paşinyana istefaya getməsi üçün bir saat vaxt verib
10 May 2024 Gürcüstana getmək istəyənlərdən bu tələb olunacaq
09 May 2024 “Rusiyanın iştirakı olmadan Ukrayna ilə bağlı təşəbbüslərin uğur qazanma şansı azdır” - Ərdoğan
09 May 2024 “Ukrayna NATO silahları ilə belə Rusiyaya qalib gəlməyəcək” - Siyarto
09 May 2024 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
09 May 2024 Yüzlərlə cinayətkar Ermənistana axışır: "Ölkəni aksiyalar bürüyə bilər" - Açıqlama

Dünyapress TV

Xəbər lenti