"Gözəllik gəldi-gedərdir, insan olmağı seçdim..." -
Xalq artisti Nəzakət Teymurova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Nəzakət xanım, yay fəsli başa çatmayıb. Necə istirahət edirsiniz?

- Özəl bir istirahətim yoxdur. Ailəmizlə bir yerdə istirahət edirik.

- Hər zaman formadasınız. Buna necə nail olursunuz?

- Heç vaxt bu suallarla gündəmə gəlmirəm. Çünki bu mövzunu qapalı saxlamağı xoşlayıram. Amma onu deyim ki, səhnə adamı həmişə özünə fikir verməlidir və özünə baxmalıdır.

- Formada qalmağınızı pəhrizə borculusunuz?

- Ümumiyyətlə, hər bir qadın özünə baxmalıdır. Yürüşə çıxıram, qidama fikir verirəm. Onu da deyim ki, gün ərzində çox işləyirəm. 15-20 gündür ki, istirahətə çıxmışam. Adam özünü tərifləməz, amma vaxtımı çox işgüzar keçirməyi xoşlayıram. Elə olur ki, axşama qədər su içmirəm, yemək yemirəm.

Gözəllik gəldi-gedərdir. Ona görə insan olmağı seçdim. İnsan olmağı hər şeydən üstün tuturam. İnsanın qəlbi gözəl olanda hər şey gözəl görünür. Dedi-qodudan uzaq olanda insanın simasına vurur, insan sevdiyi işlə məşğul olanda, neqativdən uzaq olanda həyatda hər şey gözəlləşir.
 
 
 

Dünyapress TV

Xəbər lenti