Qarabulaqda əməliyyat: Küçə döyüşlərində 6 İŞİD üzvü öldürüldü – TƏFƏRRÜAT + VİDEO
Rusiyanın Milli Terrorla Mübarizə Komitəsi İnquşetiyanın Qarabulaq şəhərində əməliyyat keçirib.

SAVASH.ORG Rusiya mediasına istinadla xəbər verir ki, açıqlanan rəsmi informasiyaya görə, əməliyyat çərçivəsində İŞİD terror təşkilatının üzvü olan altı silahlı öldürülüb.

“Quldurlar İŞİD beynəlxalq terror təşkilatının tərəfdarları olublar və 2023-cü ilin martında yol polisi postuna hücum və üç polis əməkdaşının qətli də daxil olmaqla, bir sıra terror cinayətlərində iştirak ediblər”, – verilən açıqlamada bildirilir.

Xatırladaq ki, Qarabulaq İnquşetiyanın Nazran (124 min) və Sunjadan (62 min) sonra əhalisinin sayına görə üçüncü şəhəridir. Martın 2-si axşam saat 19:30-dan etibarən şəhərdə antiterror əməliyyatı rejimi tətbiq edilib. Əməliyyat şəhərin mərkəzində dörd küçədə keçirilib. Məlumatda bildirilir ki, silahlıların gizləndiyi evdə silah, sursat və bomba aşkar edilib. Təhlükəsizlik qüvvələri və əhali arasında itki və xəsarət alan olmayıb. Döyüşlər çoxmərtəbəli binaların yerləşdiyi ərazidə baş verib.

 

Dünyapress TV

Xəbər lenti