Əsgərləri daşıyan hərbi maşın qəzaya düşdü —
Türkiyədə hərbi avtomobillə minik avtomobilinin toqquşması nəticəsində faciəvi qəza baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata əsasən, hadisə Türkiyənin Van vilayətində baş verib.

Qəza nəticəsində 1 nəfər yerindəcə dünyasını dəyişib, hərbi maşında olan 13 əsgər isə yaralanıb.

Hadisə yerinə jandarma və Təcili Tibbi Yardım qrupları gəlib.

Yaralı əsgərlərdən biri şəhid olub.
 

Dünyapress TV

Xəbər lenti