Ardını oxu...
DİA.AZ: - Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində gecə və məhdudgörmə şəraitində müxtəlif tapşırıqlar icra edilib.

Bu barədə DİA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin bu mərhələsində şərti düşmənlə bilavasitə təmas vəziyyətində onun texnikasının və canlı qüvvəsinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.

Ardını oxu...
Naxçıvanda qulluq edən hərbçilərdən birinin mənə verdiyi məlumata görə, "bu ilin iyul ayında Naxçıvan hərbi hava qüvvəlırinin təlimi zamanı 1 hərbi helikopter idarəetməni itirib və arxa hissəsi dağa dəyib quyruğu qırılıb. Xoşbəxtlikdən ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Lakin Naxçıvan əlahidə umumqoşun komandiri Kərəm Mustafayev Vasif Talıbovun tapşırığı ilə bu hadisəni Azərbaycan rəhbərliyindən gizlədib".
Mənim anlamadığım bir məsələ var. Əgər bu məlumat doğrudursa, onu niyə ictimaiyyətdən gizlədirlər? Axı qəza qəzadır, onun baş verməsi insan iradəsindən asılı deyil. Görünür, Naxçıvanda "0 cinayət" kimi "0 qəza" prinsipi də keçərlidir. Yəqin cənab "xan" elə düşünür ki, yaxşı hökmdarın məmləkətində nə pandemiya, nə cinayət, nə də qəza baş verə bilər.
Heydər Oğuz
Teref.az
 
Ardını oxu...
Bazar günü naməlum şəxslər Türkiyənin İraqın şimalındakı Ninəva əyalətində yerləşən Zlikan hərbi bazasına raket zərbəsi endirməyə cəhd göstəriblər.

Məlumata görə, raketlər Zlikan yaxınlığında yerləşən dağ silsiləsini aşa bilməyib. Bildirilir ki, bütövlükdə hərbi baza istiqamətində səkkiz raket atılıb. Raketlərin Mosul şəhərindən buraxıldığı vurğulanıb.

Qeyd edək ki, Zlikan və Türkiyə ilə sərhəddən 15 km aralıda yerləşən əl-Amadia kəndi yaxınlığındakı digər türk bazası vaxtaşırı müxtəlif növ hücumların hədəfinə çevrilir. (Mənbə: TASS)
 
 
 
Ardını oxu...
Bu gün əsgər Məmmədov Elnur Ağazadə oğlu odlu silahdan açılmış atəş nəticəsində ölüb.
Respublika Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev “Qafqazinfo”ya bildirib ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.
Onun sözlərinə görə, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib:
“Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”.
Ardını oxu...
“İspaniya bundan sonra da Ukraynaya dəstəyini davam etdirəcək. Artıq ilk “Hawk” hava hücumundan müdafiə sistemləri ölkəyə gətirilib”.

“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov tviter səhifəsində yazıb.

Nazirin sözlərinə görə, İspaniya Ukraynaya humanitar yardım göstərməklə yanaşı, təhlükəsizlik sahəsində də yardımı davam etdirəcək.

“Daha çox əsgərimiz İspaniyada təlim keçəcək”, - nazir yazıb.
 
Ardını oxu...
Hərbi strukturlarla siyasi strukturların məsələlərə yanaşması fərqli olur.
Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın yaşayış məntəqələrinin adlarını uydurma erməni toponimləri ilə qeyd etməsində də yanaşma fərqli olmalı idi. Məsələ ondadır ki, biz bunun tam əksini görürük.
Belə ki, Azərbaycan Müdafiə Nazirliyi artıq neçənci dəfədir, Rusiya Müdafiə Nazirliyini də yox, məhz sülhməramlıları hədəf alaraq adların səhv yazılışına görə qınayır.
Əslində qınamır da, “təəssüf edirik” yazır.
Müdafiə Nazirliyi açıqlamasında bildirir ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinə müraciətlər edib. Bunu hansısa siyasi təşkilat, Qeyri Hökumət Təşkilatı etsə, anlamaq olar. Ancaq hərbi qurum nəyi, necə etməyi bilməli idi.
Gəlin məsələni bir qədər açaq.
Rusiya sülhməramlıları müəyyən bir istiqamətdə hadisə baş verəndə, Vardanyana, Ohanyana, nə bilim hansısa yana zəng edib, yer adı soruşub, məsləhətləşmələr edib, qeydlərini aparmırlar. Hərbçilər hadisələrə xəritələr üzərindən baxırlar və o xəritələrdən bir addım belə kənara çıxa bilməzlər. Yəni Rusiya sülhməramlıları əraziyə daxil olduğu gündən özləri ilə birgə Rusiya Baş qərargahının təsdiq edib, cənub hərbi dairəsinə göndərdiyi və oradan da sülhməramlı kontingentinə təqdim edilmiş məxfiləşdirilimiş 1:50 000 miqyaslı hərbi xəritə gətiriblər. Gündəlik hesabatı yığıb, onu Müdafiə Nazirliyinə təqdim edən zabit əslində “Mardakert” yox, Ağdərə olduğunu bilsə belə, məxfiləşdirilmiş xəritə üzərində necə yazılıbsa, elə də yazmalıdır. Hətta zabit o xəritə üzərindən yazılandan kənara çıxsa, cəzalandırılacaq.
Rusiya Müdafiə Nazirliyinin yaydığı yer adlarından belə görünür ki, onların əlində olan xəritələr, ən azı yer adları yenilənməyib, SSRİ zamanından qalmadır.
Azərbaycan Müdafiə Nazirliyi kimi elə mətbuatı da odu qoyub külü ilə oynayır.
Müdafiə Nazirliyi də günahı Rusiya sülhməramlılarında görür, mətbuat da. Mətbuat bir qədər də irəli gedərək bu işin başında sülhməramlı kontingentin komandanı Volkovu günahkar bilir. Volkovu hər şeydə tənqid etmək olar, ancaq bu məsələdə tənqidlər ona yapışmır. Əminəm, yazılanları oxuduqca, gülür ki, Azərbaycanda heçmi bilmirlər bu işlər şəxslərə yox, xəritələrə bağlıdır?..
Ordu iyerarxiya ilə idarə olunur. Dünyanın bütün ordularında əmr və göstərişlər aşağıdan yuxarı yox, yuxarıdan aşağıya doğru gəlir.
Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontingentinə müraciətlər edib, təəssüf hissi keçirməkdənsə, qurumun əməliyyat idarəsi ərazinin xəritəsini adları dəqiq şəkildə qeyd edərək Rusiya Müdafiə Nazirliyinə təqdim etməlidir. Eyni zamanda siyasi basqı edilməlidir ki, bundan sonra rəsmi Bakının təqdim etdiyi xəritə ilə işləsinlər.
Müdafiə Nazirliyi bunu etməyib, hər gün etiraz mətni yaymaqla bu məsələ həll olacaq deyil. Müdafiə Nazirliyi bu mətnlərlə yalnız ictimaiyyətə işləyir, göstərməyə çalışır ki, “baxın, etiraz edirik”, “mübarizə aparırıq”, “işləyirik”. Buna da ancaq prosedur qaydasını bilməyənləri inandırmaq olar.
 
Ardını oxu...
Hazırda həbsdə olan azərbaycanlı iş adamı, “Bina Tikinti Kompaniyası” MMC-nin sahibi Üzeyir Həsənov barəsində açılmış cinayət işinin detalları məlum olub.

Teref.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, iş adamı ümumilikdə 9 milyon manata yaxın dövlət əmlakını mənimsəməkdə təqsirli bilinir. İttihama görə, Ü.Həsənov şirkətin baş mühasibi Emil Dadaşev və qeyriləri əlbir olaraq rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib. Ona etibar edilmiş xüsusilə külli miqdarda dövlət əmlakını qulluq mövqeyindən istifadə etməklə talayıb.

Belə ki, Ü.Həsənov 2011-2017-cı illərdə Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində həyata keçirilən mərkəzi silah-sursat anbarlarının tikintisi, kommunikasiya xətləri, ərazinin abadlaşdırılması, tikinti və mebel avadanlıqlarının quraşdırılmasına görə dövlət büdcəsindən ayrılmış 7 milyon manatdan çox pulu mənimsəyib. Müqavilə üzrə təmir-tikinti öhdəliklərinin iş həcmi yerinə yetirilmədiyi və dəyərlərinin artırıldığı halda rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini təmin edib.

Bundan başqa, o, 2018-2019-cu illərdə baş mühasiblə birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Azərbaycan Tarix Muzeyinin ekspozisiyasının yüksək texnologiyalar əsasında təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərin aparılmasına görə dövlət büdcəsindən ayrılmış 1.8 milyon manatadan çox pulu mənimsəyib.

Ü.Həsənov barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Ü.Həsənov hazırda Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
 
 
 
Ardını oxu...
Almaniya NATO ərazisinin mühafizəsi səylərinə töhfəsini artırmaq niyyətindədir və 2025-ci ildən alyansı yüksək döyüş hazırlığında olacaq 30 min hərbçi ilə təmin etməyi planlaşdırır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Berlində Almaniya kansleri Olaf Şolts NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

Kansler, həmçinin qeyd edib ki, o, Stoltenberqlə xüsusilə Şimali Avropada kritik infrastrukturun qorunması məsələsini müzakirə edib.

"Şimal axınındakı təxribat göstərdi ki, biz enerji infrastrukturumuz üçün riskləri tamamilə yenidən qiymətləndirmək məcburiyyətindəyik. Bu, xüsusilə Şimal dənizinə aiddir", - Şolts bildirib.
 
 
 
Ardını oxu...
“İran rejiminin Ukraynaya zərbələr endirmək üçün ruslara təhvil verdiyi döyüş PUA-larının sayı yüzlərlədir”.

Bunu Pentaqonun spikeri general Patrik Rayder brifinqdə deyib.

O qeyd edib ki, Rusiya əlavə döyüş sistemləri əldə etməyin yollarını axtarmaqda davam edir.

Pentaqonun sözçüsü İran və Rusiya arasında qarşılıqlı fəaliyyətdən də narahatlığını dilə gətirib. Onun sözlərinə görə, onlar “terror ixracını davam etdirirlər və bu sistemlərdən qeyri-hərbi hədəflərə, o cümlədən mülki şəxslərə hücum etmək üçün istifadə edirlər”.
 

 

Ardını oxu...
Suriyada Bəşər Əsəd administrasiyasına dəstək verən Rusiya Türkiyə sərhədindən təxminən 15 kilometr uzaqlıqdakı Tel Rifat bölgəsinə əlavə qüvvələr göndərdiyi məlum olub.

Sitat.info xəbər verir ki, Yerli sakinlər və Suriya İnsan Haqları Müşahidə Qrupunun AFP xəbər agentliyinə verdiyi məlumata görə, Rusiya qüvvələri Türkiyənin qurudan hücuma başlamaqla hədələdiyi kürd qüvvələri və Suriya ordusunun nəzarətində olan bölgədə varlığını artırıb.

Tel Rifat sakinləri Rusiyanın əlavə qüvvələrinin şəhərə çatdığını bildiriblər. Yerli sakinlərin sözlərinə görə, Rusiya qüvvələri bölgədə kürdlərin nəzarətində olan ərazilərlə Türkiyəyönlü qüvvələrin arasında yeni barrikadalar yerləşdirib.

Kürd qüvvələrinin əlində olan Tel Rifat bir tərəfdən Suriya ordusu, digər tərəfdən isə Türkiyənin dəstəklədiyi müxalif qüvvələr tərəfindən mühasirəyə alınıb.
 

Dünyapress TV

Xəbər lenti