Daha bir təhsil ocağında QALMAQAL...
Sumqayıt şəhər sakini Aytəkin Bayramova övladının təhsil aldığı Həzi Aslanov adına Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdə bullinqə məruz qaldığını iddia edir.
Yeniavaz.com-a müraciət edən A. Bayramova iddia edir ki, məktəbin müəllimləri – sinif rəhbəri S. S. və tarix müəllimi N. K. VIII sinifdə təhsil alan qızını təhqir edir, məktəbdən çıxması üçün ona təzyiq göstərirlər.
Onun sözlərinə görə, övladı sözügedən şəxslər və onların məktəbdə övladına qarşı yaratdığı mühit nəticəsində özünü öldürmə həddinə çatdırılıb. A. Bayramova deyir ki, bununla bağlı məktəb rəhbərliyinə müraciət etsə də, məhəl qoyan olmayıb.
Valideyn övladının həyatının təhlükədə olduğunu, təcili tədbir görülməyəcəyi təqdirdə canına qəsd edəcəyini deyir. Bildirir ki, övladı tez-tez “Özümü IV mərtəbədən atacağam”, deyir. A. Bayramovanın iddiasına görə, bunu eşidən müəllimlər isə tədbir görmək əvəzinə, onu ələ salırlar.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, valideynin şikayəti əsasında mayın 7-də İdarənin əməkdaşları tərəfindən sözügedən məktəbdə araşdırma aparılıb:
“Araşdırma zamanı sinif rəhbərinin və tarix müəlliminin şagirdi təhqir etməsi faktı öz təsdiqini tapmayıb. Belə ki, araşdırma aparılan gün L. M. (şərtidir) dərsdə iştirak etmirdi. Valideyn Aytəkin Bayramovanın da iştirakı ilə adıçəkilən müəllimlərin şagirdi təhqir etməsi iddiası il bağlı L.M.-nin sinif yoldaşlarının fikirləri öyrənilib. Şifahi sorğu aparılan zaman şagirdlərin tam sərbəst olması üçün obyektiv şərait yaradılıb. Şagirdlərlə söhbət zamanı müəllimlərin L.M.-ni təhqir etmədiyi məlum olub. Şagirdlərlə söhbət zamanı onların əksəriyyəti L.M.-yə qarşı müsbət münasibət bəslədiklərini, lakin tez-tez valideyni Aytəkin Bayramova tərəfindən müxtəlif təzyiqlərə məruz qaldıqlarından, onunla münasibət qurmaqdan ehtiyat etdiklərini bildiriblər”.
İdarədən bildirilib ki, həmçinin vətəndaşın müraciətində qeyd olunan məsələlərlə bağlı məktəb rəhbərliyi, psixoloq, şagirdin sinif rəhbəri və məktəbin tarix müəlliminin iştirakı ilə görüş keçirilib, valideyn və müəllimlər arasında mövcud konflikt və ziddiyyətlərə dair müzakirə aparılıb:
“Məlum olub ki, məktəbin tarix müəllimi valideynin tez-tez onun işgüzar nüfuzuna xələl gətirəcək şikayətlər etməsi və sonuncu telefon əlaqəsi zamanı vətəndaş Aytəkin Bayramovanın onu təhqir etməsi ilə əlaqədar onu məhkəməyə verəcəyini bildirib. Buna görə də müəllim və valideyn arasında ola mövcud konflikt böyüyərək münaqişəyə çevrilib”.
Qeyd olunub ki, valideyn də öz növbəsində tarix müəllimindən şikayət edib.
“Vətəndaş Aytəkin Bayramova ilə söhbət zamanı, onun öz azyaşlı övladını intihara sövq edəcək ifadələr səsləndirməsi, məktəbin hündür mərtəbəsindən özünü atmasını təlqin etməsi müşahidə olunub”, - İdarədən bildirilib.

Bölmənin digər xəbərləri

19 May 2024 Həmkarlar İttifaqları Konfederasiyası 19 milyon manatı hara xərcləyib? - RƏSMİ
19 May 2024 Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsində Korrupsiya FAKTLARI.. - İDDİA
19 May 2024 ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
18 May 2024 Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
18 May 2024 Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
18 May 2024 Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?
18 May 2024 Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya
18 May 2024 Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var… – YENİLƏNİB
18 May 2024 Qaranlıq tender oyunları və ya Ağabədililər Səfər Səfərovdan niyə narazıdırlar?
17 May 2024 Sumqayıtda məktəbdə 188 min manatlıq mənimsəmə - Cinayət işi açıldı
17 May 2024 Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...
17 May 2024  Bu dövlət idarəsi üçün deyəsən, QANUN ROL OYNAMIR... - BU DA FAKT!!!
17 May 2024  GƏDƏBƏYDƏ HAKİM DƏRƏBƏYLİYİ - Nazirə müraciət olundu
17 May 2024  İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?
17 May 2024 Göyçay rayon sakinləri təhlükə ilə üz-üzə qalıb - Vətəndşlar Prezidentdən kömək istəyirlər VİDEO
17 May 2024 Plastik-cərrah Səlim Rəhimov lisenziyasız fəaliyyət göstərir? - İlginc iddialar
17 May 2024 Bu binada kimsə oturub... yoxsa İÇİ BOŞDUR?!! - İcra başçısı NƏ ÜÇÜNDÜR Kİ?
17 May 2024 Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”
16 May 2024 Rusların belə gedişi.. BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
16 May 2024  Dünyaya yeni uşaq gətirən ananı xəstəxanada GİROV SAXLAYIRLAR... - VİDEOFAKT

Dünyapress TV

Xəbər lenti