"Oğlum xəstə ola-ola əsgər aparıblar" -
Cəlilabad rayonu, Muğan kənd sakini Əli Əhmədov xəstə olmasına baxmayaraq, bu ilin yanvar ayında hərbi xidmətə göndərilib.
Bu barədə Bakupost.az -a onun atası Vüsal Əhmədov bildirib.
O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən şikayətçi olduğunu deyib:
"“Oğlum Əli Əhmədov 25 yanvar 2024-cü il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən ordu sıralarına çağırıldı. Ordan da Sərhəd Qoşunlarının Cəlilabad rayon Göytəpə qəsəbəsində yerləşən N saylı hərbi hissəsinə göndərildi”.
V.Əhmədov deyib ki, övladı 4 gün sonra qızılcaya yoluxub və vəziyyəti ağırlaşıb:
“Dörd gün sonra oğlumda yüksək temperatur müşahidə edilib və o, hərbi hissənin tibb məntəqəsin yerləşdirilib. Vəziyyəti ağırlaşdığı üçün dərhal Bakıya Sərhəd Qoşunlarının hərbi hospitalına göndərilib. Hospitalda bir neçə gün müalicə aldıqdan sonra onuSərhəd Qoşunlarının Məhəmmədi qəsəbəsində yerləşən modul tipli xəstəxanasına göndəriblər. Uşaq qızılcadan təxminən bir aya yaxın müalicə olundu”.
Onun sözlərinə görə, xəstəxanada həkimlər övladının səhhətində problemlər olduğunu aşkar ediblər:
“Müalicə aldığı müddətdə həkimlər oğlumu müayinə edərkən onda digər xəstəliklərin də olduğunu aşkar ediblər. Belə ki, övladımın bel tir sümüyündə əyrilik, gözündə zəiflik, qulağında ağır eşitmə və döş qəfəsində xəstəlik aşkar edilib. Bütün bu xəstəliklər onun tibbi sənədlərində qeyd olunub. Övladım fevralın 29-da hospitaldan Göytəpədə yerləşən hərbi hissəyə göndərilib”.
V.Əhmədov deyib ki, Əli daha sonra Göytəpədən Yevlaxa hərbi hissəyə yola salınıb və burda onun ordudan tərxis olunmasıyla bağlı qərar qəbul edilib:
“16 gün hospitalda qaldıqdan sonra hərbi hissə rəhbərliyi mənimlə əlaqə saxladı və bildirdilər ki, övladınız xəstədir, ordudan tərxis edirik, gəlin, uşağınızı aparın. Mən də gedib övladımı ağır vəziyyətdə hərbi hissədən gətirdim”.
V.Əhmədov hazırda övladını müalicə etdirdiyini deyib:
“Hələ də övladımın müalicələri davam etdirilir. Yarımçıq olub. Səhhətində ciddi problemlər var. Özüm isə əkinçiyəm, başqa heç yerdən gəlirim yoxdur. Banklara borcum var və elə övladımın da müalicəsini borcla edirəm”.
V.Əhmədov iddia edir ki, övladının səhhətində problemlər olduğunu bilə-bilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi onu əsgər göndərib:
“Mənə hərbi hissədən xəstəliyi ilə bağlı sənəd və hərbi bileti verilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə gedib sənədləri masanın üstünə qoyanda mənə dedilər ki, “bu xəstəliklər övladında necə çıxa bilər, axı biz onu müayinə etmişdik”. Hələ bizi borclu çıxarırlar. Ona görə Baş Prokurorluğa, məhkəməyə şikayət edəcəm. Övladımın xəstə olduğunu bilə-bilə ordu sıralarına göndərdilər və indi də yarımçıq edib üstümə qaytarıblar”.
Şikayətçinin səsləndirdiyi iddialarla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsiylə əlaqə saxlamağa çalışdıq. Lakin qurumdan telefon zəngimizə cavab verən olmadı. Qarşı tərəfi dinləməyə hazırıq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1713896487_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1713896487_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1713896487_4.jpg
 
 


 

Bölmənin digər xəbərləri

13 May 2024 Göyçayda işçini qeyri-iş günü işə çağırdılar: BAŞINA İŞ GƏLDİ... - Belə deyirlər...
13 May 2024 Göyçayın Çaxırlı kəndində qanun bir nəfərin nəfinə işləyir? İDDİA/VİDEO
13 May 2024 Xəstəxanada 17 yaşlı qız müəmmalı səbəbdən dünyasını dəyişib - "Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub"
13 May 2024 AQTA vəzifəsinin öhdəsindən niyə gəlmir? İDDİA
13 May 2024 Ağsu polisinin “toy axşamı”ndan rüsum biznesi - İDDİA
12 May 2024 GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI... İDDİA/VİDEO
12 May 2024 Qanunsuz şans oyunlarında növbəti dələduzluq - FOTOFAKT
11 May 2024 “Maşınqayırma” kollecini bitirib, Bakı Sağlamlıq Mərkəzində cərrahlıq edir... - ŞOK İDDİA / VİDEO
11 May 2024 Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri VÜQAR QƏLƏNDƏROV əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ
11 May 2024 Bir məktəbin iki direktoru var ? FOTOFAKT
11 May 2024 İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”
11 May 2024 Bakının yolları nədən BU GÜNDƏDİR? - Cavabını Əvəz müəllim yaxşı bilir...
11 May 2024 Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”
11 May 2024 Dövlət büdcəsindən talanan milyonlara Vüqar Əhmədovla Kamil Hüseynovdan başqa daha kimlər şərikdir
10 May 2024 Beyrək Fərəcovun PULYIĞMA MEXANİZMİ - İTTİHAM VAR...
10 May 2024 “TƏHMƏZLİ ÜÇÜN ÖLKƏNİN QİDA TƏHLÜKƏSİZLİYİ DƏ BİZNESDİR” - AQTA rəhbərinin tikinti biznesini kim idarə edir?
10 May 2024 “TƏHMƏZLİ ÜÇÜN ÖLKƏNİN QİDA TƏHLÜKƏSİZLİYİ DƏ BİZNESDİR” - AQTA rəhbərinin tikinti biznesini kim idarə edir?
10 May 2024 Dövlət Su Ehtiyatları Agentliyinin daxilində gərgin anlar yaşanır - ŞOK məlumat
10 May 2024 Qida zəhərlənmələrinin arxasında Qoşqarlı kölgəsi - Əsas biznesidir, vəzifə beşmərtəbəli biznesin altıncı mərtəbəsi olaraq qalacaq
09 May 2024 Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR... - "ƏMİN" ƏLLƏRDƏDİR...

Dünyapress TV

Xəbər lenti