"Mən sadəcə həmin mahnının o müğənni tərəfindən oxunmasına icazə vermişəm"
“Müğənnilər böyük arzularla gəlib mahnılarımı oxuyurlar ki, Aygün Səmədzadənin mahnısını oxuduq. Sonra arxayınlaşırlar, mahnını bir kənara qoyurlar. Mahnılara uzun həyat vermirlər. Mahnılar mənim övladlarımdır. Onları övladlarım kimi qoruyuram. Həddindən artıq çox fikirləşirəm ki, bu mahnımı kim oxusa daha yaxşı olar?! Başqa müğənnilər inciməsin, konkret ifaçılar var ki, əksər hallarda onlarla çalışıram”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Aygün Səmədzadə deyib.

“Hər bir mahnımın öz yazılma anı var. O an mənim içimdə nə baş veribsə mən onu ortaya çıxarmışam. Ona görə də mən əsərlərim arasında ayrı seçkilik qoya bilmərəm. Bəstələdiyim əsərlərin əksəriyyətinin sözləri şairlərə məxsusdur. Mən ilk növbədə onların fikrini musiqiyə köçürürəm. Mahnının hüquqlarını heç bir bəstəkar satmır. Mən mahnılarımı kiməsə qonorar qarşılığında verirəmsə o zaman mahnımın hüquqlarını vermirəm. Mahnının hüquqları məndədir. Mən sadəcə həmin mahnının o müğənni tərəfindən oxunmasına icazə vermişəm” deyə sənətkar bildirib.

Xalq artisti musiqimizin bu günki səviyyəsindən də danışıb.

“Çalışıram ki, yaxşı musiqiləri eşidə bilim. Çünki mənim bir musiqiçi kimi yaxşı səslər eşitməyə, musiqimizin gələcəyini yaxşı görməyə ehtiyacım var. 2-3 televiziya kanalından başqa digər telekanallar zövqsüz ifaları təbliğ edirlər. Biz bəzən deyirik ki, “hər şey ələnəcək, zaman hər şeyi yerinə qoyacaq”. Bu artıq olmayacaq. Böyük bir yaş həddinə gəlmiş insanların da zövqü korlanıb. Bəzən efirlərdə görürəm ki, vaxtilə çox hörmətli hesab olunan aparıcılar, bu gün o zövqsüz müğənnilərlə yanaşı veriliş aparırlar, onları tərifləyirlər. Bizdə heç kim mahnı yazmasa belə Azərbaycan musiqisinə heç bir xələl gəlməz. Çünki ehtiyatlarımız çoxdur. Müğənni heç olmasa not bilməlidir" deyə sənətkar bildirib.

Bölmənin digər xəbərləri

07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"
31 May 2025 Şəbnəm makiyajsız belə görünür - VİDEO
31 May 2025 Almaz Ələsgərli bu məşhurlarla qohum imiş

Dünyapress TV

Xəbər lenti