“O özü 86 min dəfə ərə gedib, boşanıb, toyu oldu, bir-iki ay sonra ayrıldı...”
“Atamın böyük arzuları var idi. Şeirlərindən ibarət bir kitab nəşr etdirmək istəyirdi. Əfsuslar olsun ki, yarım qaldı. Atamın “Bəxt üzüyü” filmində çəkildiyi maşın artıq antik avtomobildir. O şəxsi kolleksiyada saxlanılır, onunla bağlı bir layihə etmək istəyirəm. Təbii ki, hər bir şey maddiyata bağlıdır. Tək əldən səs çıxmır. Bir köməkliklə, təkanla nəsə yaratmaq lazımdır. Çünki o sənətkardır, onu yaşatmaq lazımdır, bu hamımızın borcudur. Rafael Dadaşov tək mənim atam olmayıb axı. Xalqın Rafaeli olub. O eldən getdi, evdən yox. Minlərlə insan onun arxasınca ağladı, göz yaşı tökdü. O balacadan böyüyə qədər ürəkləri fəth edən Rafael Dadaşov idi”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Rafael Dadaşovun qızı, tanınmış müğənni Səidə Dadaşova deyib.

“Bir məsəl var, “düz danışan, düzdə qalır”. Amma ən gözəli hər şeyi düzgün danışmaqdır. Hər zaman sözün düzünü demişəm, açıqsözlü olmuşam. Yalandan rol oynamaq uzaqbaşı iki gün çəkər. Sonra hər şey yavaş-yavaş üzə çıxacaq. Yalan baş alıb gedə bilməz. Başdan ayağa səhv addımlar atan və kinli, küdurətli insanlar düzgünlüyü qəbul edə bilməz. Amma normal düşüncəli insan sözün düzü ilə qəbullanır. Kimsə yalanından qalmırsa, mən niyə düzümdən qalım ki?” deyə müğənni bildirib.

“2023-cü ildə ailə üzvlərinizlə, yaxud sənət yoldaşlarınızla barışıqınız gözlənilirmi?” sualına isə müğənni belə cavab verib.

“Mən insanlara qarşı hər zaman səmimi olmuşam, səmimiyyətimlə də seçilmişəm. Məni bilən bilir ki, çox kövrək insanam. Baxır nəyi bağışlayırsan?! Allah bağışlayandırsa, sən də bağışla! Amma baxır kimi, niyə? Cüzi bir səhvə görə insan keçib, bağışlaya bilər. Amma kiminsə qəlbinə toxunanda bu mümkün olmur. Allah səni kimlərdənsə, kimlərisə səndən uzaqlaşdırırsa demək ki, belə məsləhətdir. Bu yalnız yaxşılığa doğrudur. Sənin gözün açılır. Heç vaxt bunun peşmanlığını çəkmirəm. Şükürlər olsun ki, heç vaxt yanılmamışam. Səmimi olmuşam, inanmışam, inandığım anda da dəfələrlə zərbə almışam. O insanı öz ailəmin içinə daxil etmişəm, amma getdikcə görmüşəm ki, bu mənə yalnız zərbə vurur. Bir neçə dəfə şans vermişəm, yenə də düzəlməyib” deyə müğənni bildirib.

Səidə Dadaşova bildirib ki, əksər insanlar yaxınlarının pis gününə sevinir.

“Ümumiyyətlə insanın xoşbəxtliyi, xoş yaşayışı çox adama qıcıq gəlir. Bilmirəm niyə?! Dırnaqarası insanlar var ki, onlar yazıq adamlardır. Atam belələrinə “nişşasniy” adamlar deyirdi. Elə mən də onları bu cür adlandırıram. Bir insan kiminsə ayrılığına, uğursuz ailə həyatına necə sevinə bilər ki?! Oturub sevinirlər! O vaxt ailə həyatı quranda vaxt qoymuşdular ki, bunlar boşanacaqlar! Sən kimsən axı kiminsə ailə həyatına qarışasan?! Arzuları ürəklərində qaldı. Onu da deyim ki, evliliyimizə vaxt qoyan insan özü bu dəqiqə 86 min dəfə ərə gedib, boşanıb. Toyu oldu, bir-iki ay sonra ayrıldı. Ona görə deyiblər ki, heç kimin həyatına, ailə işlərinə qarışma! Mən əslində belə şeylərə sevinirəm. Demək ki, mən varam ki, haqqımda danışırlar. Mən çox güclü insanam. Nə qədər haqqımda danışacaqlarsa, bir o qədər də mənə güc verəcəklər” deyə müğənni bildirib.

Bölmənin digər xəbərləri

07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"
31 May 2025 Şəbnəm makiyajsız belə görünür - VİDEO
31 May 2025 Almaz Ələsgərli bu məşhurlarla qohum imiş

Dünyapress TV

Xəbər lenti