![]() |
![]() ![]() ![]() |
|
İslam aləmində geniş yayılmış Ayetül Kürsi ayəsi Qurani-Kərimin Bəqərə surəsinin 255-ci ayəsi hesab olunur. Ayə Allahın gücünü, elmini və kainat üzərindəki hakimiyyətini təsvir edir.
Peyğəmbər Məhəmmədin (s.ə.s) hədislərinə əsasən bu ayə Qurandakı ayələrin şahı sayılır. Müsəlmanlar arasında inanclara görə, Ayetül Kürsini səhər və axşam oxuyan insan gün ərzində Allahın qoruması altında olur. Ayənin yatmazdan əvvəl oxunması isə şeytanın yaxınlaşmasının qarşısını alır.
Ruhani mütəxəssislər bildirir ki, Ayetül Kürsi evləri, nəqliyyat vasitələrini və insanları bəd nəzərdən, mənfi enerjidən və bədbəxt hadisələrdən qorumaq məqsədilə tez-tez oxunur. Çətinlik zamanı, qorxu hissi ilə qarşılaşdıqda, xəstəlik hallarında və dua zamanı bu ayənin oxunması tövsiyə edilir.
Ayədə qeyd olunur ki, Allah təkdir, Onu yuxu və mürgü tutmaz, göylər və yer Ona məxsusdur. Onun izni olmadan heç kim Onun hüzurunda söz deyə bilməz. Ayənin sonunda isə Onun kürsüsünün göyləri və yeri əhatə etdiyi vurğulanır.
Din xadimləri Ayetül Kürsinin əzbərlənməsini və gündəlik həyatda oxunmasını tövsiyə edirlər. Onlar bildirir ki, bu ayə təkcə qoruma məqsədilə deyil, eyni zamanda Allaha olan bağlılığın və iman gücünün göstəricisidir.
Ayətül-Kürsi
"Allahu la ilahə illə Hu, əl-Hayyul-Qayyum. La təxuzuhu sinətun və la nəum. Ləhu ma fis-səmavati və ma fil-ərd. Mən zəlləzi yeşfəu indəhu illa bi-iznih. Yə'ləmu ma bəynə əydihim və ma xalfəhum.
Və la yuhitunə bişəy'in min ilmihi illa bima şa'.Vəsiə kürsiyyuhus-səmavati vəl-ərd. Və la yeuduhu hifzuhuma. Və Huvəl-Aliyyul-Azim".
"Allah - Ondan başqa heç bir tanrı yoxdur, əbədi diri, hər şeyə Qaim olan! Onu nə yuxu tutar, nə də mürgü. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Kimin imkanı var ki, Onun izni olmadan Onun hüzurunda şəfaət etsin?! O, onların önündə və arxasında olanları bilir. Onlar isə Onun elmindən yalnız Onun istədiyini qavraya bilərlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Onların qorunması Ona ağırlıq verməz. O, Ucadır, Böyüyüdür."//Milli.az