b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_35fee5b7de6864a14102185172a8fcbf.png
 

"Telli haqqında danışdığım nədir? Onun şəxsiyyətinə toxunmuşam, kiminəsə söymüşəm? Axı mənim danışdıqlarım da nə var ki, deyir ki, Zülfiyyə haqqımda danışıb. Telli sənin nəyindən danışım?"

Milli.Az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadova qonaq olduğu "Rəngarəng" verilişində deyib.

Həmkarı Telli Borçalı ilə aralarında yaşanan qalmaqaldan söz açan sənətçi qarşı tərəfi daha da qəzəbləndirəcək açıqlama verib.

Zülfiyyə bildirib ki, onun restoranında Telli elə bir hərəkət edib ki, bundan sonra o qarşı tərəflə münasibətini kəsməli imiş:

"Bizim restoranda Telli ilə bağlı problem yaranmışdı. O zaman mən ona deməli idim ki, dur çıx buradan və bir daha ayağın bura dəyməsin. Bəli, onda mən səhv elədim. Gərək mən o zaman Telli ilə haqqı, salamı kəsəydim. Mən dava adamı deyiləm. Nə də həyatımda yalan danışmışam. Əgər mən o mövzuda yalan danışmışamsa Allah mənim bəlamı verin. Kim məni yalan danışmaqda ittiham edirsə Allah onun bəlasını versin. Artıq lalı belə dilləndirirsiniz. Restoranımda problemlər yaranmışdı. Orada Tellinin mənimlə deyil, başqa xanımlarla yaranmışdı problemi. Şükürlər olsun ki, onların hamısı sağ, salamatdır. Hansına da istəsəniz zəng vurub bu məsələ haqqında soruşa bilərsiniz. Mən orada sakitləşdirən tərəf olmuşam. Hər zaman mən ara sakitləşdirən olmuşam indi isə gəlib qalmaqalın içinə düşmüşəm. Bu nə dərəcədə düzgündür? Mən onda deməli idim ki, dur məkanımı tərk elə".

Aşıq deyib ki, qarşı tərəf bu məsələni özü şişirdir:

"Qurana and olsun ki, abırımı qoruyan insanam. Amma məni elə bir həddə gətirib çıxarırlar ki, artıq danışmağa məcbur oluram. Bəlkə də çoxları məni qınayır ki, Zülfiyyə niyə danışır. Burada amma heç bir şye yoxdur. Mənə zarafatlar "Ay dınqılar filan şey filan oldu" deyə bilirsən amma mən "Mən sazımı Telliyə həvalə etmərəm" deyə bilmərəm? Bu bir zarafat idi. Mən verilişdə də vurğuladım ki, bu söhbətlərdən sonra mən Tellini görməmişəm". /olay

Bölmənin digər xəbərləri

07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"
31 May 2025 Şəbnəm makiyajsız belə görünür - VİDEO

Dünyapress TV

Xəbər lenti