Keçmiş gəlini Canana Mətanət İsgəndərlini məhkəməyə verir
Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana onu məhkəməyə verəcəyini bildirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Canana sosial şəbəkə hesabında paylaşım edib.

“Hər gün mənimlə danışan, uşaqlarla bağlı mövzuları bölüşən, evdə görüşən, görüntülü danışan Mətanət İsgəndərli! Efirə çıxıb yalandan təzə gəlinin ailəsinin qorxusundan dediklərinə görə Allah qarşısında cavab verəcəksən”, - deyə Canana qeyd edib.

O, keçmiş qayınanasını məhkəməyə verəcəyini açıqlayıb:
“Mənə deyirdin ki, sakit ol, təzə gəlin bilməsin, uşaqları götürmə, yoxsa gəlib hər şeyə yiyələnər. İnsanda bir üz olar. Uşaqlarımı anasız qoyan qadın! Səninlə rol oynamaqdan, sənin oyunlarına aldanmaqdan bezdim. Sən çox təhlükəli insansan. Mənim analığımı hər dəfə milyonlarla insanların qarşısında təhqir etdiyinə görə səni və o verilişin aparıcısını da qarşı tərəf olmadan məni müzakirə etdiyiniz üçün məhkəməyə verirəm.

Bu gün keçirdiyim stresə, övladlarımın yanında əzildiyimə, axıtdığım göz yaşlarıma görə cavab verəcəksiniz. Uşaqların yaşamasını düşünənsənsə, onları evlə təmin etməlisən. Məni bütün mülklərdən imtina etməyə məcbur qoydun, iş yerlərimdən etdin. Saflığımdan istifadə edib oynayırsan mənimlə. Nə vaxta kimi? Allah var axı”.

Qeyd edək ki, Mətanət İsgəndərli bu gün qonaq olduğu “Yaxşıya doğru” ictimai-sosial verilişində Canananı üç övladını atmaqda qınayaraq, onu bu hərəkətinə görə heç zaman bağışlamayacağını vurğulayıb.

Bölmənin digər xəbərləri

07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"
31 May 2025 Şəbnəm makiyajsız belə görünür - VİDEO

Dünyapress TV

Xəbər lenti