“Müğənni var ki, özü efirə zəng edir ki, məni niyə qonaq çağırmırsız?”
“Bütün televiziyalar məni efirlərinə dəvət edir. Amma mən seçib gedirəm. Efirə qaçmıram. Efir əlbəttə ki, lazımdır, amma sənətkar gərək özünə hörmət də etsin. Müğənni var ki, özü zəng edib deyir ki, məni niyə verilişlərə çağırmırsan?! Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətlə məşğulam. Tələbələrimə də hər zaman deyirəm ki, birinci sənət üçün işləyin, daha sonra efirlərə can atın. Onlar peşəkarlaşandan sonra dəstək oluram, birlikdə efirlərə çıxırıq”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Simarə İmanova deyib. Sənətkar daha sonra müəllimini xatırlayıb.

“Xalq artisti Ağaxan Abdullayevdən dərs almışam. Əvəzolunmaz sənətkarımız olub. Ondan çox şeylər öyrənmişəm. Həmişə Ağaxan müəllimə rəhmət oxuyuram. Cavanlarımız, gənclərimiz var, amma sənətkarlarımızı əvəz edə bilmirlər. Bir sənətkarın yetişməsi uzun illər alır. Buna bəlkə də yüz illər, min illər lazımdır” deyə xalq artisti bildirib.

Sənətkar sosial şəbəkələrdən uzaq düşdüyünü bildirib.

“Sosial şəbəkələrə vaxt ayırmağa zamanım olmur. Həm də həvəssizəm. Düşünürəm ki, vaxtımı ailəmə ayırsam daha yaxşı olar. Sənətçi üçün əlbəttə ki, müasir dövrdə sosial şəbəkələr önəmlidir. Zaman bunu tələb edir. Amma sosial şəbəkə də o deyil ki, kiməsə söz atasan, lazımsız nələrsə paylaşasan. Onu da səmərəli və faydalı istifadə etmək lazımdır. Mənim səhifələrimlə övladlarım məşğul olur” deyə xanəndə bildirib.

Xalq artisti oğlunu erkən nişanladığını da bildirib.

“Oğlum 18 yaşında nişanlanıb. Hələ gəlinim də, oğlum da təhsil alır. Nişan oldu, üzük taxdıq ki, qız bizimdir. Oğlum sevib, seçib. Mən də onun seçiminə hörmət edirəm. İnanın ki, ona gəlinim kimi yox, qızım kimi baxıram. İnşallah, toy da olacaq” deyə sənətkar bildirib.

Bölmənin digər xəbərləri

07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"
31 May 2025 Şəbnəm makiyajsız belə görünür - VİDEO

Dünyapress TV

Xəbər lenti