“Bunların evində ağsaqqalı, ağbirçəyi, öyüd-nəsihət verəni yoxdur..?”
“Aparıcılarımız müğənnilərə, efirinə dəvət etdiyi sənətkarlara qarşı diqqətli olmalıdırlar. Bəzən görürsünüz ki, səni efirə dəvət edirlər, sən mahnı oxuyursan, aparıcı öz işindədir. Ya söhbət edir, ya da ki, müğənniyə qarşı diqqətsizlik göstərir. Bu müğənninin də gözündən yayınmır. Müğənni artıq sınır. Əlbəttə ki, müğənniyə də xoş təsir bağışlamır. Sən məni evinə çağırmısan, mənə hörmətsizlik edirsən”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Nadir Qafarzadə deyib.

“Efirdə pis şeyləri təbliğ edən müğənnilər dəbə minir. Kimdə nə yoxdursa, ondan danışır. Onları söysələr belə dünüşürlər ki, gündəmdə olaq. Onlar üçün antireklamın özü də reklamdır. Bunların bir evdə ağsaqqalı, ağbirçəyi, öyüd-nəsihət verəni yoxdur?! Biz istər-istəməz onları görürük, gözümüzə girirlər. Onların badına biz də gedirik. Düzdür, tamaşaçı hamını çox yaxşı tanıyır. Bəzən özüm haqda mənfi rəylərə cavab da verirəm. Götürüb o adama yazıram ki, “sən məni tanımırsan, mənim haqda nə fikir bildirə bilərsən?”. Bəzən günahı özümüzdə də axtarmalıyıq. Niyə biz hamıdan incik düşürük? Bəlkə bu problem bizim özümüzdədir? Kimisə ittiham edirik ki, günah səndədir. Bəlkə elə günah mənim özümdədir. Bizdə bu yoxdur, heç vaxt günahı, problemi özümüzdə axtarmırıq” deyə sənətçi bildirib.

Müğənni yaşı ilə bağlı da danışıb.

“Mənim üçün yaş rəqəmlə deyil, özümü hiss etdiyim qədərdir. İçimdə bir gənclik var, hələ də yaşlanmamışam. Dünyaya baxışım gözəldir. Demək olar ki, bütün ölkələrdə, hətta Afrikada belə olmuşam. Dünya ulduzlarının 70-80 yaşı var, bu günə qədər də şour göstərirlər. Biz səhnə adamıyıq, elə şeylər var ki, çərçivədən çıxa bilirik” deyə Nadir Qafarzadə deyib.

Bölmənin digər xəbərləri

07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"
31 May 2025 Şəbnəm makiyajsız belə görünür - VİDEO

Dünyapress TV

Xəbər lenti