Hay-küylü xəbərlər, əcəib şou-proqramlar... -
Nizami Cəfərov: “Xəbər tamaşaçıya ya çox soyuq, ya da hay-küylü çatdırılır”

Sabir Rüstəmxanlı: “Bu gün televiziya cəmiyyətin parçalanmasında müəyyən rol oynayır”

Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. İclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi müzakirə edilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Həsən Cəfərov (AHİK-in katibi) və Əzim Talıbovun (AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin katib), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Teymur Kərimli (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru) və Sərxan Xavərin (AMEA Rəyasət Heyətinin elmi katibi), Mətbuat Şurası isə Azər Həsrət (Mətbuat Şurası İdarə Heyətinin üzvü) və Aqil Ələsgərin (Mətbuat Şurası İdarə Heyətinin üzvü) namizədliyini irəli sürüb.

Müzakirələr zamanı deputatlar telekanallarla bağlı narazılıq və təkliflərini səsləndiriblər.

Komitə üzvü, deputat Nizami Cəfərov telekanalların fəaliyyətindən narazı olduğunu söyləyib. Millət vəkili bildirib ki, indi Azərbaycanda televiziya kanallarında əyləncə və əyləndirmə mexanizmləri var, klassika yoxdur: “Televiziya sahəsində klassikanın ictimailəşməsi, klassikanın bizim milli dəyərimizə çevrilməsi baxımından müəyyən boşluqlar göz önündədir. Hesab edirəm ki, Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslər sırasında yer alan AMEA-nın Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli bu sahəyə öz töhfəsini vermiş olacaq”.

“Bu gün televiziya kanallarında peşəkar xəbər verə bilən, xəbəri yaxşı çatdıran, üslubu olan aparıcılar var, amma sayları çox azdır. Xəbər tamaşaçıya ya çox soyuq, ya da hay-küylü çatdırılır. Telekanallardakı şuralar bədii şuralar kimi işləmirlər. Bu səbəbdən Yayım Şurası həvəsdən düşür və nəzarət icraçıların əlinə keçir”, - N.Cəfərov əlavə edib.

Deputat onu da əlavə edib ki, hələ də bizim orfoepiya lüğətimiz yoxdur: “Külli miqdarda problemli ifadələrimiz var ki, onları necə səsləndirmək lazım olduğunu bilmirik. Məhz televiziyalarımız bu yöndə məktəb olmalıdırlar. Hesab edirəm ki, telekanallarda bu sahəyə diqqət yetirilməli, onlar öz üzərlərində ciddi işləməlidirlər".

Deputat Sabir Rüstəmxanlı da telefiziyaları tənqid edib və bu gün telekanallar cəmiyyəti parçalayır.

“Faktiki olaraq, bu gün televiziya cəmiyyətin parçalanmasında müəyyən rol oynayır. Halbuki televiziya bir zamanlar cəmiyyətin inkişafında rol oynayırdı. Televiziyalarda əcaib şou-proqramlar, xüsusi aparıcıların bəzi verilişləri çox ciddi narahatlıqlar doğurur. Bu vəziyyətə son qoymaq lazımdır”, - millət vəkili vurğulayıb.

S.Rüstəmxanlı deyib ki, əvvəlcə özümüzə sual verməliyik ki, şuralar bizə lazımdır, ya yox: “İctimai şuraların nə üçün yaradılması sualına cavab verməliyik, Milli Məclisdə bu barədə müzakirə aparmalıyıq. Ümumiyyətlə, ictimai şuralar bizə lazımdırmı?. Yəni ictimai şuralar bəzi verilişlərlə bağlı televiziya rəhbərləri ilə müəyyən razılığa gəlməli, təkliflər verməlidir”.

Deputatların müzakirəsindən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Müəllif: Anar Bayramoğlu
ayna.az

Bölmənin digər xəbərləri

07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"
31 May 2025 Şəbnəm makiyajsız belə görünür - VİDEO

Dünyapress TV

Xəbər lenti