“Bizneslə məşğul olurdum, 60 işçim vardı, qudurmuşdum” – VİDEO
“Atam, anam, qardaşım incəsənət aləmindən uzaq insanlar idilər. Qardaşımın çox gözəl səsi vardı. Amma o, heç yerdə oxumurdu. Atam və qardaşım ticarətlə məşğul olurdu. Bizim nəsildə müğənnilik qəbul olunmurdu. İncəsənət universitetinə daxil oldum. Qardaşım öyrənəndə dedi ki, get başqa universitetə daxil ol, artist olacaqsan? Qəbul etmirdilər bunu. Çıxdım universitetdən. Sonra amma yenə gəldim bu sahəyə. Məndən sonra Cabbar, Musa müğənni oldu”.

Teref.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev qonaq olduğu “Söz baz” maqazin verilişində deyib.

Sənətkar bildirib ki, onun müğənni kimi fəaliyyəti nəsillərində yaxşı qarşılanmayıb və buna görə də zaman-zaman biznes sahəsinə yönəlib:

“Bir yaşımda olanda atam dünyasını dəyişdi. Məni anam saxlayıb. İlk pulu 8 yaşımda qazanıb, anama verdim. Anam çox kövrəldi. Qardaşım məndən 7 yaş böyük idi. Çətinlik çəkirdik. Sonra qardaşım universitetə girdi, vəzifə sahibi oldu. Bundan sonra maddi vəziyyətimiz yaxşılaşdı. Anam bəy nəslindən olub. O da işləyirdi. Öncə mən seygah oxuyurdum. Geyimim də fərqli idi. Ağsaqqal musiqiçilər gəldi qardaşımdan, anamdan icazə aldılar, toya getdim. Bu, mənim alın yazımdır. Sonra bizneslə məşğul oldum, toylara getmədim. Ulu Öndər gələndən sonra soruşub ki, haradadır Niyaməddin? Deyiblər, bizneslə məşğul olur. Cavab verib ki, yaxşı oxuyandır, niyə bizneslə məşğul olur? Sonra qayıtdım ifaçılığa. Amma 1989-cu ildə biznesim yaxşı idi, qazanırdım. Bir söz var “qudurmuşdum”. 60 işçim var idi, oxumağı atmışdım. Çox yaxşı qazanırdım”.
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"
31 May 2025 Şəbnəm makiyajsız belə görünür - VİDEO

Dünyapress TV

Xəbər lenti