Gözlənilən aclıq başladımı -
İqtisadçı ekspert: “Hazırda Azərbaycanda aclıqla bağlı hər hansı narahatlığa əsas yoxdur”
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra dünyanı ərzaq böhranı bürüyəcəyinə dair rəylər kifayət qədər ciddi hesablamalara əsaslanırdı. Həm bu mühribə, həm də dünyada baş verən digər siyasi-iqtisadi çalxalanmalar, dünyanın yenidən bölüşdürülməsi prosesi xeyli ölkəni artıq aclıq həddinə gətirib.

Beynəlxalq Valyuta Fondu (BVF) təcili şəkildə qida yardımı ilə bağlı maliyyə dəstəyi istəyə biləcəyi 48 ölkənin adını açıqlayıb.

Fondun rəhbəri Kristalina Georgiyeva bildirib ki, “ərzaq şoku pəncərəsi” üçün potensial namizədlər aşkar ediblər. Bunlar tədiyyə balansında ciddi problemlərlə üzləşən 48 ölkədir.

Siyahıda olan ölkələrdən heç də hamısı yeni alətdən istifadə edə bilməyəcək. 10-20 qədər əsasən Afrika ölkəsinin bu alətdən faydalanacağı gözlənilir. Digər ölkələrin Dünya Bankı kimi mənbələrə baş vuracağı BVF rəhbəri tərəfindən qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Fond il ərzində fəaliyyət göstərəcək “ərzaq şoku pəncərəsi” adlanan yeni aləti istifadəyə verib.

Ərzaq yardımına ehtiyacı ola biləcək ölkələr arasında Əfqanıstan, Pakistan, Tacikistan, Şri-Lanka, Ukrayna, Vyetnam və Tailand var.

Beləliklə, artıq dünyada qlobal aclığın başladığını hesab etmək olar. Dünyanın mövcud 200-ə yaxın dövlətinin dördə biri aclıqla üzləşibsə, ərzaq yardımı istəyirsə, deməli vəziyyət kifayət qədər kirtikdir. Çıxış yolu nədir? Yoxsa bu “dünyada insanların sayını azaltmaq” projesinin düşünülmüş bir elementidir?

İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a bildirdi ki, hazırda Azərbaycanda aclıqla bağlı hər hansı narahatlığa əsas yoxdur: “Tədiyyə balansı kifayət qədər müsbətdir. Ötən illə müqayisədə göstəricilər qənaətbəxşdir. Dünyada ciddi problemlər var. Böhranlar bir çox ölkəyə ciddi təsir edəcək. Lakin hesab edirəm ki, qorxulu heç nə yoxdur. 2014-cü ildən başlayaraq verilən proqnozlar özünü doğrultsa idi, dünya iqtisadiyyatı alt-üst olmalı idi”.

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransı bildirib ki, mütəxəssislərin proqnozlarına görə, 2022-ci ildə qlobal iqtisadiyyatın artımı 2,5% olub, 2023-cü ildə isə bu temp 2,2%-ə qədər azalacaq. Gələn ilin sonuna qədər qlobal ÜDM-in artım tempi hələ də koronavirus pandemiyasından əvvəlkindən aşağı olacaq. İqtisadi geriləmə planetin bütün regionlarına təsir edəcək, lakin BMT-nin qurumu xüsusilə inkişaf etməkdə olan ölkələrdəki vəziyyətdən narahatdır. Proqnozlara görə, bu ölkələrdə artım templəri 3%-dən aşağı düşəcək və davamlı inkişaf üçün kifayət etməyəcək. Eyni zamanda Afrikanın aşağı gəlirli ölkələrinin demək olar ki, 60%-i artıq borc stressi və ya yüksək risk altındadır və qitə ölkələrinin 60%-dən çoxunun ərzaqla təmin olunması üçün xarici yardıma ehtiyacı var. Hazırda dünyanın 46 inkişaf etməkdə olan ölkəsi çoxsaylı iqtisadi sarsıntılara məruz qalır, daha 48 ölkə isə ciddi şoklara məruz qalır ki, bu da qlobal borc böhranı təhlükəsini artırır. Ticarət və İnkişaf üzrə Konfrans dünya ictimaiyyətini inkişafa yardımı artırmağa çağırır.

Bakıda keçirilən XII Beynəlxalq Taxıl Ticarət Konfransı çərçivəsində “Report”a açıqlama verən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib ki, Azərbaycan özünü istehsalı ilə təmin etmək üçün geniş imkanlara malik ölkə deyil: “Məhz bu səbəbdən də dövlətin qarşısında duran vacib məsələlərdən biri daha rəqabətqabiliyyətli sahələri müəyyənləşdirmək və əsasən diqqəti həmin sahələrə yönəltməkdir. Biz olduqca çətin bir dövrdə yaşayırıq. Zəmanəmizdə çox sayda həm klimatik, həm də geosiyasi çağırışlar mövcuddur. Biz elə bir yolayrıcına gəlib çatmışıq ki, artıq qloballaşma, yoxsa fərdiləşmə istiqamətində hərəkət edəcəyimizə qərar verməliyik. Hər birimiz anlayırıq ki, belə bir vəziyyətdə əsas diqqəti ölkələrimizin ərzaq təhlükəsizliyinə yönəltməliyik”, - xidmət rəhbəri vurğulayıb.

M.Abbasbəylinin sözlərinə görə, Azərbaycan üçün hazırda taxıl istehsalına görə dünya liderləri olan Rusiya, Ukrayna, Rumıniya, Fransa, Kanada və digər ölkələrlə rəqabət aparmaq olduqca çətindir: “Dövlətimiz üçün hazırda ən doğru siyasət bu məhsulun idxalı və ixracı arasındakı düzgün nisbəti müəyyənləşdirməkdir. Bu istiqamətdə son zamanlar ciddi işlər görülüb. Həm texniki, həm də qida məqsədli taxılın ölkəmizdə mümkün həcmdə geniş istehsalı təmin olunub. Lakin bu, ölkənin taxıla olan ehtiyacını tam ödəmir. Sonuncu hədəfə çatmaq üçün biz yerli sahibkarlarla da olduqca məhsuldar işləyirik. Biz onları ölkənin ərzaq təhlükəsizliyini təmin etmələri üçün hər cür dəstəkləyirik”, - M.Abbasbəyli bəyan edib.

O, həmçinin Azərbaycanın əsasən Rusiya, qismən də Qazaxıstandan taxıl idxal etdiyini, son zamanlarda isə ölkədaxili bazarda Qazaxıstan taxılının öz payını artırdığını qeyd edib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bölmənin digər xəbərləri

14 Noyabr 2024 Həqiqətən körpə uşağın "40"ı var? - Din və tibb nə deyir? (FOTO)
13 Noyabr 2024 Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən?
13 Noyabr 2024 Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?
13 Noyabr 2024 Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
12 Noyabr 2024 Pensiyalar artırılacaq - Nazirdən şad xəbər
12 Noyabr 2024 DÜNYANIN NÜFUSU 8.04 MİLYARA ULAŞTI. DÜNYANIN BÜYÜK FOTOĞRAFINDA EPEY DEĞİŞİKLİK VAR…
11 Noyabr 2024 Azərbaycanda bu şəxslərə güzəştlə torpaqlar veriləcək – Yeni qanun qəbul edildi
10 Noyabr 2024 Pensiyaçılara da nəqliyyatda güzəştli kartlar veriləcək? - Deputat
10 Noyabr 2024 Bayram günü işə çıxanlara nə qədər maaş verilməlidir?
09 Noyabr 2024 Maşın almağa imkanı olmayanlara MÜJDƏ
08 Noyabr 2024 Maaş və pensiyalarla bağlı müjdə - Büdcədən vəsait ayrıldı
07 Noyabr 2024 Uşaq evlərində nöqsanlar aşkarlanıb, cəzalandırılanlar var, amma...
07 Noyabr 2024 "Elə məhəllələr, məscidlər, pirlər var ki, suyu, yolu yoxdur... - Pulu bu problemlərin həllinə xərcləmək daha əlverişli olar"
06 Noyabr 2024 Qaz limi ləğv olunur?
06 Noyabr 2024 Pensiylar vaxtından əvvəl ödəniləcək?
05 Noyabr 2024 BAŞ SƏHİFƏ HAQQIMIZDA SİYASƏT SOSİAL ÖLKƏ İÇİ KRİMİNAL DÜNYA GÜNDƏM MEDİA ŞOU-BİZNES Müəllimlərə ŞAD XƏBƏR - Təhsil kartları veriləcək, güzəştlər olacaq
05 Noyabr 2024 COP29 ərəfəsində ölkədaxili turizm - “Hotellərdə süni qiymət artımları...” VİDEO
05 Noyabr 2024 Əmək müqaviləsi bağlanılarkən bu şəxslərə sınaq müddəti təyin edilmir
04 Noyabr 2024 Həftədə 5 gün işləyək, yoxsa 4 gün?
04 Noyabr 2024 Kirayə bazarında ağlasığmaz bahalaşmanın səbəbi nədir? - ŞƏRH

Dünyapress TV

Xəbər lenti