Teref.az yazır ki, Ucar rayon Alpout kənd sakini Məmmədov Samir Ağahüseyn oğlu saytımız vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət edərək yalançı bəhanələrlə qanunsuz olaraq sosial yardımdan imtina edildiyindən şikayət edib. Şikayəti təqdim edirik:
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə
Ucar rayon Alpout kənd sakini Məmmədov Samir Ağahüseyn oğlu tərəfindən
MÜRACİƏT
Hörmətli cənab nazir, bir neçə ildir ki, ünvanlı sosial yardım alıram. Aldığm sonuncu ünvanlı sosial yardımın bir ili bu ilin yanvar ayında tamam olub. Yenidən sənədləri elektron qaydada dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərsəmdə imtina gəlir. Sonuncu imtinada «Başqa şəxsə aid olan telefon nömrəsinin qeyd edilməsi» göstərilib. Bu imtinanı müraciətimə əlavə edirəm Mən VEMTAS-a göndərdiyim müraciətdə iki telefon nömrəsi qeyd etmişəm. Nömrənin biri 055 635 05 80 digəri isə 051 337 61 51-dir. Bu nömrələrin sistemdə ailəmin adına qeyd olunması ilə bağlı VEMTAS-ın pəncərəsini bu müraciətimə əlavə edirəm. Göründüyü kimi adıma iki nömrə qeyd olunub. Bu nömrələrdən 051 337 61 51-in ailəmin adına olmasının VEMTAS özü təsdiq edir. VEMTAS-ın həmin pəncərəsinidə müraciətimə əlavə edirəm.
Ünvanlı sosial yardım üçün etdiyim eletron müraciətdə qeyd edilmiş ikinci 055 635 05 80 nömrəsininin adıma olması ilə bağlı Bakselin verdiyi elektron arayışıda bu müraciətimə əlavə edirəm. Həmin arayışdan görünür ki, bu nömrə mənim yəni Samir Məmmədovun adınadır. Hörmətli cənab nazir, təqdim etdiyim subutlardan görünür ki, ailəmin maddi-məişət şəraitinin yoxlanılması zamanı nazirliyin əməkdaşının verdiyi əsassız məlumatlar nəticəsində mənə verilmiş bu imtina qanunsuzdur.Mən mətbuat vasitəsi ilə Sizə müraciət edirəm ünvanlı sosial yardım üçün etdiyim müraciətlərə verilmiş imtinaların əsassız və qanunsuz olmaları ilə bağlı subutları Sizə təqdim etmək istəyirəm. Ona görədə Sizdən xahiş edirəm ya şəxsən özünüz yada müavinlərinizdən biri məni qəbul edəsiniz.