Bir neçə gündür şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun üzrxahlıq videosu ölkənin gündəmini zəbt edib. Rezonans doğuran bu hadisə ictimaiyyətdə nüfuzu olan bir çox şəxslər də daxil, kiçikdən böyüyə hər kəsin həm təəccübünə, həm də qınağına səbəb oldu.
Çoxluq bu videonun çəkilməsinin düzgün olmadığını, bu addımın şəhidin xatirəsinə böyük ləkə olduğunu dedi.
Sənan Əhmədov “Yeni Sabah”a açıqlamasında deyib ki, o, video ilə bağlı müzakirələrin bitməsini istəyir:
“Mən bu barədə heç bir məlumat verə bilmərəm. Heç nə deyə bilmərəm...
Şəhidimə qarşı çox hörmətsizlik edirlər... Özünüz də şahidsiniz, yasda pul yığıldığını deyirlər, mən buna nə deyim, daha sonra başqa hörmətsizliklər də edirlər. Hamı məni özü üçün, öz maraqlarına görə soruşur, içlərindən biri də halımın necə olduğunu soruşmur...".