İntihar edən qazinin oğlu Sahil Babayevi İFŞA ETDİ -
Özünü yandıraraq intihar edən I Qarabağ müharibəsi veteranı Həsənov Nazir Məmmədhəsən oğlu ötən gün vəfat edib. Faktla bağlı artıq Baş prokurorluq araşdırmalara başlayıb. Ailəsi Nazir Həsənovun əlillik pensiyası kəsildiyi üçün onun addımı atdığını söyləyir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) isə iddiaların əsassız olduğunu bildirilib.
TEREF.AZ xəbər verir ki, Toplum TV-yə açıqlama verən nazirlik rəsmisi Tural Qurbanov əlillik təyinatını onlara göndərilən tibbi arayışlara əsasən təyin etdiklərini bildirib:
“2021-ci ilin may ayında vətəndaşa 5 illik müddətinə ümumi səbəbdən əlillik təyinatı aparılıb. O əlilliyə görə də aylıq müavinət alırdı. Vətəndaş əyani müayinədə iştirak edib. Biz tibb müəssisəsinin göndərdiyi göndəriş əsasında qiymətləndirmə aparmışıq. Həmin göndərişdə vətəndaşın dediyi diaqnozların heç biri qeyd olunmayıb. Tibb müəsisəsinin göndərdiyi göndərişdə (Forma 88) baş-beyin xəstəliyi nəticəsində yaranan şəxsiyyət-davranış pozğunluqları qeyd olunub və bunun hərbi xidmətlə əlaqəsinin olmadığı müəyyən edilib”.
T.Qurbanov bundan öncə qaziyə veteran təqaüdünün verilməsini isə belə açıqlayıb:
“Əlillik təyinatları müddətli və müddətsiz olur. Müddətli əlilliklərdə müddət bitdikdə vətəndaş tibb müəssisəsinə müayinə üçün yenidən müraciət edir. Vətəndaşın sonuncu sağlamlıq müayinəsini aparılarkən tibb müəssisəsi hansı diaqnozu qeyd edibsə, ona uyğun olaraq da əlillik təyinatı aparılır. Vaxtilə vətəndaşa qəlpə yaralarından aldığı travmalara görə tibbi göndəriş verilmişdi. Amma 5 il əlillik müddəti bitdikdən sonra vətəndaşın ağırlaşmaları daha da artıb, amma bu dəfə bunlar hərbi səbəblərdən deyil, sonradan yaranan səbəblərdən baş verib. Ona görə də ümumi səbəbdən əlillik təyinatı aparılıb”.
Qurbanov nazirliyin araşdırma apardığını və yekun qərar verdiyini bildirib.
Vəfat edən qazinin oğlu Mübariz Həsənov isə nazirliyin izahatını qəbul etmir. O sual edir ki, əgər atası anadangələmə xəstə idisə, bu vaxta qədər necə veteran təqaüdü alıb:
“Atamın pensiyası bir ildən artıqdır ki, kəsilmişdi. 9 il idi pensiya alırdı. 10-cu ilinə keçəndə son dəfə komissiyadan keçəcəkdi və bununla da ona ömürlük əlillik təyin olunacaqdı. O zaman sənədləri Əlillərin Bərpa Mərkəzinə göndərildi. Orada yoxlanıldı sənədlər, amma imtina cavabı gəldi. Təkrar müayinə istədilər. İkinci dəfə təkrar müayinə aparıldı. Əlillərin Bərpa Mərkəzindən bu dəfə bildirdilər ki, xəstəlik anadangəlmədir. Anadangəlmədirsə, bu insan 9 il pensiyanı necə alıb? Saxta sənədlə alıb?
M.Həsənov iddia edir ki, kim rüşvət verməsə, onun təqaüdünü kəsirlər.
“Baxmırlar. Kim 3-5 min verir, deyirlər ki, gəl sənin işini düzəldim. Amma kim vermir, onun işinə baxmırlar. İnsan həyatından bezər də. İş qabiliyyətin itirib. Başında 28 qəlpə yarası var idi. Dərmanlarını da kəsdilər, ağrılara dözə bilmədi. Başındakı qəlpələrə görə ozünü idarə edə bilmirdi. Onu artıq kim qaytara bilər?”
M.Həsənovun indi tələbi işin düzgün araşdırılmasıdır: “Arayışı səhv yazan Elşən Cavadovun da , digərlərinin də işinin araşdırılmasını tələb edirəm.Əgər baxmasalar, hara lazımdır, gedəcəm. Qoymayacam ki, atamın işi belə qalsın”.

Bölmənin digər xəbərləri

21 Noyabr 2024 Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
20 Noyabr 2024 Əmək pensiyaları yanvardan bu qədər artacaq
19 Noyabr 2024 Müəllimlərə təhsil kartı ilə güzəşt ediləcək yerlər AÇIQLANDI: geyim mağazaları, supermarketlər, restoranlar, nəqliyyat..
19 Noyabr 2024 Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
19 Noyabr 2024 Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
18 Noyabr 2024 Cənub rayonlarımız “qocalıb”?
17 Noyabr 2024 İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
17 Noyabr 2024 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
15 Noyabr 2024 Məhkəmə müstəvisinə çixdiği halda bu fakt artiq özü bir hüquqi xətadir
14 Noyabr 2024 Həqiqətən körpə uşağın "40"ı var? - Din və tibb nə deyir? (FOTO)
13 Noyabr 2024 Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən?
13 Noyabr 2024 Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?
13 Noyabr 2024 Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
12 Noyabr 2024 Pensiyalar artırılacaq - Nazirdən şad xəbər
12 Noyabr 2024 DÜNYANIN NÜFUSU 8.04 MİLYARA ULAŞTI. DÜNYANIN BÜYÜK FOTOĞRAFINDA EPEY DEĞİŞİKLİK VAR…
11 Noyabr 2024 Azərbaycanda bu şəxslərə güzəştlə torpaqlar veriləcək – Yeni qanun qəbul edildi
10 Noyabr 2024 Pensiyaçılara da nəqliyyatda güzəştli kartlar veriləcək? - Deputat
10 Noyabr 2024 Bayram günü işə çıxanlara nə qədər maaş verilməlidir?
09 Noyabr 2024 Maşın almağa imkanı olmayanlara MÜJDƏ
08 Noyabr 2024 Maaş və pensiyalarla bağlı müjdə - Büdcədən vəsait ayrıldı

Dünyapress TV

Xəbər lenti