b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_4c4d9d2db82ec1eb61ffe073701e5940.jpg
  

Rusiya Ermənistanda “5-ci kolon”u iqtidara gətirsə, növbəti hədəf erməniləri Qarabağa qaytarmaq siyasəti ola bilər - təhlil 

“Robert Köçəryan və Serj Sərkisyan, eləcə də Artur Vanetsyan (Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru - red.) və digər bənzər şəxslər qarşıdan gələn seçkilərdə bizə kömək edəcək”. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində deyib. Simonyana görə, adı çəkilənlər efirə çıxan kimi hakimiyyətin reytinqi yüksələcək. “Vazgen Manukyan (Ermənistanın keçmiş baş naziri - red.) və arxiyepiskop Baqrat Qalstanyan da onlara qoşulsa, hakimiyyətin reytinqi daha 5 pillə yüksələcək. Əgər onlar birlikdə nəsə etməyə başlasalar, o zaman biz, ümumiyyətlə, evdən belə çıxmaya bilərik”, - spiker ironik şəkildə vurğulayıb.

Parlament sədri habelə hakim “Mülki müqavilə” partiyasının xalqla ünsiyyətdə olacağına və 50%+1 səs toplayacağına və böyük ehtimalla vahid hökumət quracağına, islahatları davam etdirəcəyinə əminliyini ifadə edib. Eyni zamanda o, heç bir qüvvə ilə koalisiya qurulmayacağına da əminlik ifadə edib.

Spikerin sözlərinə görə, Ermənistanın ikinci prezidenti Köçəryanın mitinqi əvvəlki parlament seçkilərində hakimiyyətin qələbəsinin açarı olub. O əlavə edib ki, Robert Köçəryan Ermənistanı Rusiya və Belarus İttifaq Dövlətinə birləşdirmək niyyətində idi.

Parlament sədri nə dərəcədə haqlıdır? Doğrudanmı radikal-revanşist (rusiyapərəst) müxalifətin cəmiyyət içində fəallığı hakim partiyanın xeyrinə işləyir və seçkilər zamanı da işləyəcək? Simonyanın qələbə ilə bağlı əminliyinə əsas varmı? Bəs Rusiya faktoru?

fikret.jpeg (167 KB)

Siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan toplumunun böyük əksəriyyəti ölkəsinin Rusiyanın caynağından qopmasını istəyir: “Bu səbəbdən həmin toplum bugünkü Paşinyan hakimiyyətini dəstəkləyir. Erməni toplumunun içərisində Paşinyanı dəstəkləyənlər yaxşı anlayırlar ki, onların yaşadıqları ölkədə normal dövlət deyil, Rusiyanın forpostu kimi bir "dövlətcik" fəaliyyət göstərir. Təbii ki, bunu anlayanlar Paşinyan başda olmaqla, normal, Qərbə bağlı bir dövlət formalaşdırmaq istəyirlər. Erməni toplumunun böyük əksəriyyətinin Paşinyan sevgisinin kökündə onun köçəryan və sərkisyanlardan fərqli olaraq, talançı, rüşvətxor və korrupsioner olmaması dayanır".

F.Yusifov əlavə etdi ki, bu toplum on illər ərzində Köçəryan və Sərkisyan kimilərin Ermənistanı hamının gözləri qarşısında necə taladıqlarının şahidi olub: “Ona görə də hətta 44 günlük biabırçı məğlubiyyətdən sonra keçirilən seçkilərdə də Paşinyana səs verdilər. Bu seçki bir daha onu göstərdi ki, ermənilərin böyük əksəriyyəti (mənim fikrimcə, ən azından 70%-ə qədəri) köçəryanlara və sərkisyanlara nifrət edirlər. Lakin siyasi əxlaqdan uzaq olan Rusiya kimi bir dövlətin Cənubi Qafqaz siyasətindən əl çəkəcəyini və bu bölgədə Azərbaycan torpaqlarında yaratdığı Ermənistan adlı forpostunun müstəqil dövlətə çevrilməsinə asanlıqla göz yumacağını gözləmək sadəlövlük olardı. Rusiya Ermənistanı əvvəlki axarına gətirmək üçün sona qədər savaşacaq".

Onun fikrincə, Rusiya birinci imkanda Ermənistanda hakimiyyətə özünə yaxın olan bir qüvvələri gətirmək istəyəcək: “Bu qüvvələrin başında Köçəryan və ya Sərkisyan kimi canilərin olması əsas şərt deyil. Rusiya üçün əsas şərt Ermənistandakı "beşinci kolon"un sadiq köpəklərindən kimlərsə hakimiyyətə gətirmək olacaq. Lazım gələrsə, Rusiya bunun üçün Ermənistanda vətəndaş qarşıdurması yaradacaq. Biz bu vəziyyəti dəyərləndirməli və ona indidən hazır olmalıyıq. Əgər Ermənistanda Rusiyaya bağlı güclər hakimiyyətə gələrlərsə, onların birinci işi Qarabağ torpaqlarımızdan rədd olub getmiş erməniləri geriyə qaytarmaq cəhdi olacaq. Bu məsələdə Rusiya Ermənistanın yanında dayanacaq və həmin qayıdışın təmin edilməsi üçün ona hər cür dəstək verəcək, Qarabağa qayıdacaq ermənilərin “təhlükəsizliyini və hüquqlarını” müdafiə etmək adı altında orada konsulluğunu açmaq istəyəcək".

F.Yusifov hesab edir ki, Ordumuzun daimi güclü olmasını təmin etməliyik, yaxın illər ərzində Qarabağa qayıdışı sürətləndirməliyik. Sabiq nazir təklif edir ki, kənd həyatı yaşamaq istəyənlərə 15-20 sot torpaq vermək lazımdır: “O torpaqlarda yüz minlərlə azərbaycanlının yaşadığını bilən heç bir erməni geri qayıtmaq istəməyəcək. Qayıtmaq istəyənlərə isə yol açıqdır - əgər 30 illik işğal dövründə azərbaycanlılara qarşı törədilmiş hər hansı bir təxribatlarda iştirak etməmiş erməni varsa, buyurub gəlsin. İstənilən cəmiyyətdə çəkməçi, dərzi, bənna və s. kimi sənətkarlara tələbat var”.

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə hesab edir ki, Simoyan birmənalı şəkildə haqlıdır: “Xalq Köçəryan və Sərkisyan cütlüyündən 30 il ərzində çox ciddi narazı qalıb. Korrupsiya çirkabına bulaşmış bu cütlük Ermənistanda cinayətkar rejim qurmaqla yanaşı, dövlət büdcəsindən milyardlar oğurlayıblar. Hər ikisi xunta rəhbəri olub. Qarabağ döyüşlərinin əsas iştirakçıları olub və Qarabağ müharibəsinə görə və hər ikisi səhra komandiri olduqları səbəNiyameddin 11.jpeg (96 KB)bindən prezident vəzifəsinə qədər qalxa biliblər. Təbii ki, həm də Rusiyanın dəstəyi səbəbindən. Köçəryan hakimiyyətə gələn kimi Rusiyanın planı ilə spiker Dəmirçiyan və bır sıra vəzifəli şəxslər qətlə yetirildi. Sərkisyanın prezident seçilməsinə etiraz edən, dinc mitinqə çıxan onlarla şəxsi azadlıq meydanına qətlə yetirdilər. Bu və digər səbəblərə görə Köçəryan və Sərkisyan cütlüyü xalqdan səs qazana bilmir”.

Onun fikrincə, müharibədə uduzan Paşinyan növbədənkənar parlament seçkiləri keçirdi: “Halbuki Köçəryan və Sərkisiyan cütlüyü də seçkiyə qatılmışdı. Növbəti seçkilərdə Paşinyan hakimiyyətinin daha çox səs qazanacağı proqnozlaşdırılır. Digər tərəfdən, bu gün Rusiyaya daha çox Paşinyanın hakimiyyətdə qalması sərf edir. Təsəvvür edin ki, Paşinyan hakimiyyətə gələndən sonra Rusiya-Ermənistan ticari əlaqələrinin həcmi 12 dəfə artıb. Hakimiyyətdə rusiyapərəst Köçəryan olsa idi, Qərb və ya ABŞ buna göz yumardı? Əlbəttə ki, yox. Çünki Paşinyanı hakimiyyətə Qərb gətirib. Putin bunları dəqiqliyi ilə hesablayır. Özünə sərf edən Paşinyanı öz məqsədləri üçün hələ ki istifadə edir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bölmənin digər xəbərləri

13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 Rusiya Azərbaycanı itirir - təyyarə olayı münasibətlərdə “qırmızı xətt” kimi
12 May 2025 İrandan nüvə danışıqları ilə bağlı açıqlama...
12 May 2025 Putin vaxt qazanır: İstanbul danışıqlarında sülhün əldə edilməsi inandırıcı deyil
11 May 2025 Bakı atəşkəsi ALQIŞLAYIR
11 May 2025 Gecəyarı Putin xüsusi bəyanat verdi: “Türkiyə, Ərdoğan...”
11 May 2025 Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif etdi
11 May 2025 Avropa İttifaqı üzv şərtlərini dəyişir - Macarıstan Ukraynaya veto qoya bilməyəcək
10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
10 May 2025 Tramp Putinlə bağlı qərarını verdi
10 May 2025 İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib
09 May 2025 Tramp Ukrayna ilə Rusiyanı barışdıra biləcək tərəfi açıqladı
09 May 2025 Sülh sazişi 2026-cı ildən sonraya qalır?
09 May 2025 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
09 May 2025 Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
08 May 2025 Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi
08 May 2025 Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır
08 May 2025 Prezidentin Moskvaya getməməsinin – SƏBƏBLƏRİ
08 May 2025 Paşinyan Moskvada Qələbə Paradında iştirak edəcək
08 May 2025 Ermənistan Konstitusiyasını dəyişdirir – Yeni layihə 10 aya hazır olacaq

Dünyapress TV

Xəbər lenti