ABŞ-nin tarif siyasəti Ümumdünya Ticarət Təşkilatının (ÜTT) əsas qaydalarını pozur. İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı açıqlamalar verib.
"Bu, Vaşinqtonun artıq beynəlxalq ticarət qanunlarına riayət etmək istəmədiyini göstərir. ABŞ birtərəfli tarif proteksionizminə üstünlük verdi. Qlobal iqtisadiyyatın artım tempinin yavaşlamasına və istehlakın azalmasına səbəb olan hər hansı bir amil bir çox qlobal proseslərə mənfi təsir göstərir. Dünyanın iki ən böyük iqtisadiyyatına gəlincə, vəziyyət daha da narahatedici olur", - deyə o qeyd edib.