Rza Zərrab Ebru Gündeşi məhkəməyə verdi - Bu səbəbə görə
2010-2021-ci illərdə evli olan Ebru Gündeşlə Rza Zərrab arasında qalmaqal davam edir.

32gun.az Türkiyə KOV-nə istinadən bildirir ki, qızları Alaranın qəgyumluq məsələsi üçün üz-üzə gələn Gündeş Zərrab daha bir problem yaşayıblar.

Zərrabın vəkillərinə göstəriş verdiyi, iki hit mahnının daha Gündeş tərəfindən səhnədə və efirdə oxunmasının qarşısını almağa çalışdığı iddia edilib.

Bildirilib ki, Zərrabın bu qərara gəlməsinin səbəblərindən biri məhz qəyyumluq məsələsi ilə bağlıdır.

Qeyd edək ki, Türkiyədə mahnı müəllifi kimi də mışhurlaşan cənubi azərbaycanlı Rza Zərrab adını dəyişərək "Rıza Sərraf" etdirdikdən sonra Ebru Gündeş, İbrahim Tatlısəs və Sibel Can üçün arabesk musiqili mahnı sözləri yazıb.
Zərrab Sibel Canın oxuduğu "Eski toprak" və İbrahim Tatlısəsin “Neden” mahnılarının bəstəkarıdır.
2.webp
 

Dünyapress TV

Xəbər lenti