AzTV və rəhbərliyi deputatlar tərəfindən TƏNQİD EDİLDİ

Milli Məclisin deputatları Azərbaycan Televiziyasını (AzTV) ittiham ediblər.

"Unikal" xəbər verir ki, deputat Əziz Ələkbərli feysbuk hesabında AzTV ilə bağlı tənqidi status paylaşıb.


Paylaşımda deyilir: “Bu gün AzTV-də “Əsas məsələ” verilişinə baxdım, Qərbi Azərbaycanla bağlı söhbətləri dinlədim və verilişin səviyyəsizliyinə heyrət elədim. AzTV rəhbərliyinə və verilişin müəlliflərinə bir məsləhətim var: Qərbi Azərbaycan mövzusunu bu qədər bayağılaşdırmayın və kanalı bu qədər gözdən salmayın!”.

Deputat Etibar Əliyev həmkarının statusuna dəstək verərək, AzTV rəhbərliyinin fəaliyyətindən narazılığını dilə gətirib.

“ AzTV-nin rəhbərinin özü savadsızın, yekəxananın biridir. Oradakı əksər verilişləri də öz səviyyəsi ilə bərabərləşdirib. Televiziyanı şəxsi ambisiyasının qurbanına çevirib. Təhsil və elm sahəsindəki verilişləri ictimai rəyi çaşdırmağa xidmət edir”, - parlamentari şərh bölümündə yazıb.

AzTV və rəhbərliyi deputatlar tərəfindən TƏNQİD EDİLDİ

 

Dünyapress TV

Xəbər lenti