Müasir Monqolustan ərazisində Göktürk Dövlətinin qurucusu, Bilgə Xaqanın (683-734) atası Qutluq İltəriş (eli toplayan) Xanın abidəsi tapılıb. Bura “Türk” adının ilk dəfə çəkildiyi güman edilən Orhun ərazisindən daha qədimdir. Ötüken bölgəsindəki Nomqon düzündə 2019-cu ildə başlanan qazıntılar uğurla başa çatıb. Tapılmış kitabə üzərində 12 sətir qədim türk yazısı və qədim yunan soqd yazısı var. Ekspedisiyada iştirak edən alimlər mətnlərdə “Tanrı”, “Türk”, “Kutluk” kimi bir sıra sözləri müəyyən etmişlər. Eldar Tağıyev TEREF: Xocanın Blogu