Ənənəvi Novruz bahalaşması –
“Bu gedişlə bir kiloqramını 20 manatdan aşağı ət ala bilməyəcəyik”

Novruz bayramı ərəfəsində bölgələrdə ətin qiymətinin artması haqqında məlumatlar yayılıb. Məhsulun kiloqramı 12-13-15 manata qədər artıb. Bəzi satıcılar bunu ferma sahiblərinin heyvanın diri çəkisini yüksək qiymətə satması, digərləri heyvan yemi qiymətlərinin artması ilə əlaqələndirirlər.

Arqumentlər arasında mal-qara idxalının və ümumi inflyasiya fonunda, yerli və xarici heyvanların məhsullarının qiymətlərinin artması var. Bu mövzuya rəsmi aydınlıq gətirənlər yoxdur, ancaq əvvəlki qiymətlərin də ötən Novruzda artdığını və qiymətin il boyu yavaş-yavaş yüksəldiyini xatırlamamaq çətindir. İndi mediamız, sözün həqiqi mənasında, yeni bir artım dalğasının başladığı xəbərlərini yayır.

Əgər bölgələrdə ət və mal-qara üçün qiymətlər paytaxta bərabər olubsa, deməli, bahalanma növbəsi şəhərin pərakəndə şəbəkəsinə gəlməyə bilməz. Yeri gəlmişkən, paytaxt sakinləri artıq bahalaşmasının ilk əlamətləri hiss etdilər. Rəflərdə quzu çeşidi nəzərəçarpan şəkildə azalıb və bəzi yerlərdə qiymət etiketləri bir manat artıb.

Mağazalarda da əvvəlki kimi dana ətinin seçimi yoxdur. Alıcılara görə, qiymət etiketləri eyni görünsə də, ətin keyfiyyəti əhəmiyyətli dərəcədə pisləşib. Bunu AYNA-nın həmsöhbət olduğu şəhər sakinləri söyləyirlər.

"Adətən “Qara Qarayev” metrostansiyası yaxınlığındakı mağazaya ət üçün gedirdim - yaxşı bir seçim vardı və dəyəri standartd idi. Ancaq son gedişimi uğurlu saymaq olmaz. Quzuların dəyəri artdı, dana ətinin qiymətləri isə artmasa da, keyfiyyəti artıq tamamilə fərqlidir. Mən yalnız iki kiloqram ət aldım, baxmayaraq ki, daha çox almaq istəyirdim ki, həm tətil vaxtı bütün ailə üçün kifayət etsin, həm də Novruz ərəfəsində süfrə açmaq mümkün olsun", - deyir müsahiblərimizdən biri.

Digər həmsöhbətimizin dediyinə görə, ətin dəyəri keyfiyyətindən asılıdır: “Buna görə yerli bazarda qiymətlərin palitrası olduqca genişdir. Qiymət artmazdan əvvəl bazarda 12 manata adlığım ət üçün indi 14-15 manat verdim. Mağazada 17-ə qədər artıb. Düzünü deyim ki, bu, məni təəccübləndirmir, çünki nəinki ət, bütün digər məhsullar da bahalaşıb".

Şəhərətrafı bazarlarda satıcılar tələbin artmasının qiymətlərə təsir etdiyini söyləyirlər. Orada, dana ətinin dəyəri 12-dən 14,50 manata, quzu ətinin isə 15 manatdan 18 manata qədər artıdığını deyirlər.

Söhbətləşdiyimiz satıcılar bölgələrdə mal-qaranın çatışmazlığından şikayətlənirlər və sevincsiz perspektivlər vəd edirlər: "Bu, belə davam edərsə, bir kiloqram üçün 20 manatdan aşağı ət ala bilmək mümkün olmayacaq" dedi. "Əvvəllər mən rayonlardan indikindən üçqat daha çox ətlik heyvan gətirirdim və indi təklif azaldı, qiymətlər yüksəldi, buna görə daha baha qiymətə satmalıyam".

İqtisadçı ekspert Eldəniz Əmirov mövzuya dair AYNA-ya şərhində deyib ki, qiymət artımının səbəbi mal-qara üçün otlaqların azaldılması və yemin qiymətinin artması ilə əlaqədardır: “İlin sonuna qədər məhsulun dəyəri bir kiloqram üçün 20 manata qədər böyüyə bilər və bunun qarşısını almaq üçün yem bitkiləri yetişdirilməsinin və mal-qaranın sayını artırmaq lazımdır. Ancaq problem yalnız otlaqların azaldılması ilə əlaqədar deyil”.

"Artıma mövsümi amillər də səbəb ola bilər. Bundan əlavə, bizim üçün qiymət artımı onsuz da bir ənənədir. Lakin Novruzdan sonra qiymətlər düşmür, çünki ətin dəyəri artır. Məhdud yem bazası və azaldılmış heyvandarlıq bazası təsir göstərir. İnhisarçılar da bu proseslərə öz töhfələrini verirlər. Belə ki qiymətləri oynayan və bazara təsir edən böyük fermer təssərrüfatlarıdır. Bütün faktorlarla yanaşı, ümumi inflyasiya da öz sözünü deyir. Ətrafdakı hər şey bahalaşırsa, qəssab da xərclərini ödəmək üçün qiymətləri qaldırmaq məcburiyyətində qalır", - deyə Əmirov bildirib.

Fermerlərin mal-qaralarını bazarda sata bilmədikləri barədə də məlumatlar var. Yerli medianın yazdığına görə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, bəzi şəxslər fermerlərdən heyvanları alır və daha yüksək qiymətlərlə şəhərlərdə satırlar: "Kənd sakininin mal-qarasını Bakıya gətirmək üçün pulu yoxdur. Bölgələrdə ət paytaxtda olduğu kimi baha deyil. Beyləqan və Ağcabədi bazarlarında aşağı qiymətə mal-qara alan bəzi insanlar var ki, həmin əti paytaxt bazarlarında üçqat bahasına satırlar".

Müəllif: Emma Rzayeva
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Şamaxı Humanitar Kollecinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı
12 Aprel 2025 Son bir ildə ölkədə hansı məhsullar bahalaşıb?- SƏBƏBLƏR

Dünyapress TV

Xəbər lenti