“Suyun qiymətində müəyyən artım olacaq”
AMEA-nın vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən səkkizinci iclasında Azərbaycanda su qıtlığının daha da artacağını deyib. Onun sözlərinə görə, aidiyyatı qurumlar təbiətin biomüxtəlifliyinin qorunması üçün çalışmalıdırlar. Belə olan halda su qıtlığının yaranması problemi onun qiymət artımı məsələsini gündəmə gətirir. Maraqlıdır, su qıtlığı getdikcə artarsa, qiymət artımı müşahidə oluna bilərmi?

İqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, qarşıdakı illərdə suyun qiymətində bahalaşma ola bilər:

“Buna görə də qiymət artımı təkcə içməli və suvarma üçün istifadə olunan suda yox, həm də təsərrüfat üçün yararlılıq məsələsində özünü göstərir. Yəni su çatışmazlığı kənd təsərrüfatına da ciddi şəkildə problemlər yaradır. Cənubi Qafqazda olan mövcud su ehtiyatlarının 62%-i Gürcüstanın, 28%-i Ermənistanın, cəmi 10%-i isə Azərbaycanın payına düşür. Bu bir tonun da tam olaraq 75%-i yenə də transsərhəd çaylarından qaynaqlanan su ehtiyatıdır. Başqa sözlə, ölkənin su ehtiyatları, göründüyü kimi, çox məhduddur. Buna görə də mütləq şəkildə innovativ texnoloji tətbiqləri həyata keçirmək, rentabelli yanaşmalar ortaya qoymaq və müasir suvarma sistemlərinin tətbiqinə çox böyük ehtiyac vardır. Eyni zamanda hesab edirəm ki, içməli su qənaətlə işlədilməlidir. Buna ilk və əsas səbəb isə bahalaşmadır. Suyun qiymətinin qalxması qənaətə məcburiyyət yaradan əsas faktordur.

Həmçinin bu problemi aradan qaldırmaq üçün su anbarları yaradılmalıdır. Su anbarlarının da yaradılması hazırkı şəraitdə düşünürəm ki, ekoloji həddədir və bu da müəyyən problemlər yarada bilər. Su ehtiyatı məsələsi Azərbaycanın iqtisadiyyatını qayğılandıran amillərdən biridir. Bu çatışmazlığı nəzərə alsaq, qarşıdakı illərdə təbii ki, suyun qiymətində müəyyən artım müşahidə edilə bilər. Ancaq hazırki qiymət də kifayət qədər yüksəkdir və bir neçə il artıma ehtiyac yoxdur”./Konkret.az
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək

Dünyapress TV

Xəbər lenti